Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


54 3.5. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə41/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   37   38   39   40   41   42   43   44   ...   80
dasima-modellari

3
54
3.5. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
3.6. QİYMƏTLƏNDİRMƏ


Yüklərin orta və uzaq məsafələrə daşınması üçün hava yolu nəqliyyatı ən sürətli daşıma növü 
hesab edilir. Eyni zamanda hava yolu karqo daşıması digər növ nəqliyyat vasitələrinə nisbətən 
daha yüksək tarifli daşımadır. Xüsusəndə yük xüsusi xüsusiyyətlərə malik olan hallarda. (məsələn: 
ölçüləri daşımaya uyğun deyilsə, təhlükəli hesab olunursa və s.).
Bu gün hava yolu daşıması ümumi yük daşımasının orta hesabla 10%-ni təşkil edir. Yükün 
götürülmə qaydasına, daşınma istiqamətinə və yükün xüsusiyyətlərinə görə hava yolu daşıması - 
yolüstü, sadə və məntəqələrdən yığılma üsulları ilə fərqlənir.
Sadə hava yolu daşımasını - general daşıması kimi də adlandırırlar. Belə ki, bu üsul daşıma yük 
sahibi ilə bağlanan müqaviləyə əsasən həm tez, həm də yüksək tarif əsasında həyata keçirilir.
Yolüstü hava yolu daşıması bir dispetçer məntəqəsindən idarə olunur və həmin istiqamətdə 
hərəkət edən boş yeri olan yük təyyarələrindən istifadə olunur. Belə yük daşıma sürətli olmasa da 
nisbətən aşağı tariflərlə həyata keçirilir.
Məntəqələr üzrə yığılma daşıması - əsasən az miqdarda olan yüklərin daşınması aiddir. Belə 
yüklər bir anbara toplanır və daşıma üçün müvafiq qarşılıqlı müqavilə əsasında müvafiq tutumda 
olduqda təyyarəyə yüklənir. Belə daşıma da nisbətən ucuz başa gəlir.
Hava yolu ilə yüklərin daşınması üçün yükün xüsusiyyətindən asılı olaraq müxtəlif növ yük 
təyyarələrindən istifadə olunur. Bu zaman hətta yük tez, vaxtında, yüksək keyfiyyətlə və yüksək 
təminatla sahibinə çatdırılır. Sürətli hava yolu daşımaları əsasən tez xarab olan və hərbi yüklərə aid 
olunur və belə daşımalar dövlətlər səviyyəsində idarə olunur. 
Hava yolu yük daşımasının təşkilinin əsas prinsipləri
Yük daşıma təşkil olunur:
• Müvafiq marşrutlarla hərəkət cədvəlinə uyğun;
• Müvafiq marşrutlarla hərəkət cədvəlindən kənar sifarişlə;
• Müvafiq marşrutdan kənara çıxmaqla;
• Bir daşıma müqaviləsinə əsasən müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə (hava 
yolu daxil olmaqla).
Daşınması sifarişlə həyata keçirilən yüklər vaxtında sahibinə çatdırılması üçün təyyarələrin 
hərəkət cədvəlindən kənar marşrutla həyata keçirilir. Bu zaman yük daşıma prosesi hava yolları 
müəssisəsinin yük daşıma qaydaları çərçivəsində həyata keçirilir. Bir-başa marşrut olmadıqda 
transfer daşıma üsulundan istifadə olunur (aralıq aeroportlardan istifadə olunur).
Hava yolu nəqliyyatı ilə yük daşıma aşağıda qeyd olunan müvafiq ardıcıllıqlarla həyata keçirilir:

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin