Yüklənməyə görə limana daxil olan gəmilər
texniki cəhətdən saz və daşımaya hazır olmalıdır,
yük daşımaq üçün nəzərdə tutulan yerlər yükün
qəbuluna hazır olmasıdır. Yüklərin qəbulu üçün
gəmidə hazırlıq işləri aparılmalıdır:
• Daşınacaq yükün xüsusiyyətlərini nəzərə
almaqla, yükləmə yerləri hazırlamalıdır.
• Yükləmə qurğuların texniki sazlığı
yoxlanılmalıdır.
• Gəmidə yükləmə başa çatdıqdan sonra nəzarət edilməsi mümkün olmayan, bağlanan
qapıların etibarlılığı yoxlanılmalıdır.
• Yanğına qarşı sistem və avadanlığın texniki sazlığı yoxlanılmalıdır.
• Lyuklərin bağlayan sisteminin və lyuk qapaqlarının kipliyi yoxlanılmalıdır.
Yük yerləri əvvəl daşınan yüklərin qalıqlarından təmizlənməlidir. Bu zaman təmizlənmə işinin
xarakteri daşınacaq yüklərin növündən asılı olaraq dəyişir. Tikinti materialları, metal məhsulları
nəqliyyat texnikasını, qablaşdırılmağa ehtiyac olmayan və toz iylərin təsir etmədiyi yüklərin
daşıması zamanı yük yerlərinin (tryumların) quru şəkildə təmizlik işləri aparılmalıdır. Yeyinti və
bitki məhsulların, pambığın, parçaların və digər səmayə məhsulların daşıması zamanı yük yerlərinin
(tryumaların) yuyulması, qurudulması və havanın dəyişdirilməsi kimi təmizlik işləri aparılır.
Yük yerlərində (tryumlarda) kənar iylər aşkar edildikdə, onlar deodolitə olunur. Duzlu balıqları,
nəm-quzlu dərilərin, mal-qaranın duzlanmış dəriləri və buna bənzər yüklərin daşınmasından sonra
yük yerləri (tryumlar) yuyulmalıdır və dezinfeksiya olunmalıdır. Tozlanan, yük yerlərini çirkləndirən
yüklərin (məsələn: daş-kömür, kömür) daşınmasından sonra tryumlərin su ilə şlanqlarla yuyulması
aparılır. Gəmi sistemlərin (borular) yüklərin zərbələrindən qorumaq üçün onları dəmir və ya taxta
örtüklə örtülməlidir. Bütün sisternlərin tıxaclarının kipliyi yoxlanılmalıdır.
Gəmi oxları və kranları qaldırılmış halda olmalı və elə bərkidilməlidir ki, sahil kranlarının
işinə mane olmamalıdır. Gəmi daxili yükqaldırma vasitələrindən istifadə etməkdən qabaq onların
texniki sazlığı yoxlanılmalıdır. Bundan başqa yükqaldırma vasitələri gəminin texniki sənədlərinin
və təhlükəsizlik istismarı qaydalarının tələblərinə cavab verməlidir.
Göyərtidə yüklərin yerləşdirməkdən əvvəl aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
• Bərkidilmə halqalarının və digər vəsaitlərin sayının kifayət qədər olması və quraşdırılması
təmin olunmalıdır.
Dostları ilə paylaş: