Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


Daşınan məhsulların növlərinə görə hava nəqliyyat növlərinin müəyyənləşdirilməsi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   43   44   45   46   47   48   49   50   ...   80
dasima-modellari

 Daşınan məhsulların növlərinə görə hava nəqliyyat növlərinin müəyyənləşdirilməsi
Daşınan məhsulların növlərinə görə hava nəqliyyatının seçilməsi (çarteri) zamanı aşağıda qeyd 
olunan amillərə diqqət yetirilməlidir:
- Seçilmiş nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətinə və yük yerinin həcminə;
- Yükün xüsusiyyətlərinə və qablaşdırma qaydalarına;
- Daşınma məsafəsinə və vaxtına;
Nəqliyyat növünün düzgün seçilməsinə təsir edən faktorlar:
- Daşıma üçün təyin olunan vaxt (bu faktor əsasən tez xarab olan məsulların daşınması 
prosesində daha vacib sayılır);
- Təhlükəsizlik və logistik sistemin müvafiq iş sxeminə riayət olunması;
TƏLİM NƏTİCƏSİ
4
60


- Yükün növünə görə (ümumi, kütləvi və xüsusi təyinatlı yüklər);
- Açıq və qablaşdırılmış yüklər;
- Uzun ölçülü yüklər(3 metrdən çox);
- Yüngül və ağır yüklər (5 tondan çox);

Kütləvi yüklərə açıq şəkildə və çox miqdarda daşınan yüklər aiddir. Misal olaraq belə yüklərə 
maye yüklər (neft və neft məsulları, təbii və bitki yağları spirt və s.) Özü boşalan yüklərə taxıl, qum, 
çınqıl, konsentrat, fliz və s. aiddir. Daşınması və saxlanması xüsusi qaydalar təlb olunan yüklərə 
xüsusi təyinatlı yüklər aiddir (təhlükəli, tez xarab olan, və s.).
Aviaçarter müqaviləsi
Aviaçarter daşımaları və ya çarter aviadaşımaları qeyri-müntəzəm daşımalardır.
1. Məlum olduğu kimi, çarter daşımaları dəniz hüququna da məlumdur. O, dəniz hüququnda 
dəniz çarteri, hava hüququnda isə hava çarteri və ya aviaçarter adlanır.Hava çarteri (aviaçarter) 
ilə bağlı münasibətlər xüsusi xarakterli müqavilə ilə rəsmiləşdirilir. Həmin müqavilə hava çarter 
müqaviləsi (aviaçarter müqaviləsi) adlanır. Ona hava gəmisini fraxetmə müqaviləsi də deyilir. 
2. Hava hüququnda çarter müqaviləsi hava gəmisinin kirayələnməsi müqaviləsi də adlanır. 
Aviaçarter müqaviləsinə görə, bir tərəf (kirayəyə verən) sərnişin, yük, baqaj daşınması və ya digər 
məqsədlər üçün bir hava gəmisinin tutumunu haqqı ödənilməklə, tamamilə və ya qismən bir və 
ya bir neçə reys üçün digər tərəfə (kirayəçiyə) verməyi öhdəsinə götürür. Kirayəyə verən şəxs hava 
gəmisinin sahibi (mülkiyyətçisi) olan aviaşirkətdir. Kirayəçi isə sifarişçidir. Həmin şəxsə hava 
gəmisini fraxtedən də deyilir.
3. Kirayəyə verən və kirayəçi aviaçarter müqaviləsinin tərəfləridir. Müqavilə də məhz onlar 
arasında bağlanılır. Heyət baxımından, dəniz çarter müqaviləsi kimi, aviaçarter müqaviləsinin də 
iki növü fərqləndirilir:
• Heyətsiz hava gəmisini fraxtetmə müqaviləsi (heyətsiz aviaçarter müqaviləsi);
• Heyətlə birlikdə hava gəmisini fraxtetmə müqaviləsi (heyətlə birlikdə aviaçarter müqaviləsi).
Heyətsiz aviaçarter müqaviləsinə görə, hava gəmisinin sahibi (kirayəyə verən) şərtləşdirilmiş 
haqq müqabilində hava gəmisini heyətsiz formada fraxt edənin (kirayəçinin) istifadəsinə verməyi 
öhdəsinə götürür. Heyətlə birlikdə aviaçarter müqaviləsinə görə, hava gəmisinin sahibi (kirayəyə 
verən) müəyyən haqq almaqla hava gəmisini heyətlə birlikdə fraxtedənin istifadəsinə verməyi 
öhdəsinə götürür. Aviaçarter daşımalarının hüquqi rejiminin yaradılması məsələsi həmişə diqqət 
mərkəzində olmuşdur. Bu məsələyə hələ XX əsrin 50-60-cı illərində kifayət qədər xeyli elmi əsərlər 
həsr edilmişdir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin