Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə46/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   42   43   44   45   46   47   48   49   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
59


kirayə əsasında yük sahibinə verən aviaşirkət fraktiki daşıyıcı sayılır. Qvadalaxara Konvensiyası 
müəyyən edir ki, müqavilə üzrə daşıyıcı və fraktiki daşıyıcı Varşava Konvensiyasının təsir sferasına 
daxildir. Faktiki daşıyıcının hərəkəti müqavilə üzrə daşıyıcının hərəkəti kimi tanınır və əksinə. 
Digər tərəfdən, əgər faktiki daşıyıcı Varşava Konvensiyasının şərtləri əsasında daşımanı həyata 
keçirirsə, o, həm müqavilə bağlayan daşıyıcı, həm də faktiki daşıyıcı kimi Varşava Konvensiyasının 
təsir sferasına aid olur (2-ci maddə). Buna görə də o, Varşava Konvensiyasının məhdud məsuliyyət 
prinsipinə aid olan və aviaşirkət üçün əlverişli hesab olunan digər müddəalarına istinad edə bilər. 
Qvadalaxara 370 Konvensiyasının da başlıca və əsas məzmunu məhz bundan ibarətdir.
Yük sahibinin sərəncam və iradları həm müqavilə üzrə daşıyıcıya, həm də faktiki daşıyıcıya 
verilə bilər. Qvadalaxara Konvensiyasına görə, daşıyıcı ilə faktiki daşıyıcı arasındakı qarşılıqlı 
münasibətlər onların daxili işidir və daşıma müqaviləsinin mövcudluğuna təsir göstərmir. 
Qvadalaxara Konvensiyası zərərçəkən şəxslərə iddia verilməsi üçün xüsusi qayda müəyyən edir. Bu 
qaydaya görə, zərərçəkən mümkün olan üç alternativ variantdan birini seçə bilər. Belə ki, zərərçəkən 
şəxs iddianı ya müqavilə bağlayan daşıyıcıya, ya faktiki daşıyıcıya, ya da birlikdə hər ikisinə verə 
bilər. Bu kimi alternativ variantlar Konvensiyanın 7-ci maddəsində sadalanır. Variantlardan birini 
seçmək zərərçəkən şəxsin istək və mülahizəsindən asılıdır. Əgər iddia daşıyıcılardan birinə 
verilərsə, onda o, digər daşıyıcını məhkə-mənin olduğu yerin qanununa uyğun olaraq, məhkəmə 
prosesinə cəlb edə bilər. Faktiki daşıyıcıya iddia ya onun yaşadığı yerin məhkəməsinə, ya da baş 
idarəsinin olduğu yerin məhkəməsinə verilə bilər. Müqavilə üzrə daşıyıcıya münasibətdə məhkəmə 
aidiyyəti Varşava Konvensiyası ilə müəyyən edilir. Qvadalaxara Konvensiyası nə daşıma müqaviləsi 
bağlayan daşıyıcının, nə də faktiki daşıyıcının hüquq və vəzifələrini müəyyən etmir. Demək olar ki, 
Konvensiyada bu məsələyə toxunan normalar nəzərdə tutulmamışdır. Buna görə də onlar arasındakı 
qarşılıqlı münasibətlər bağladıqları çarter və ya kirayə müqaviləsi əsasında müəyyən edilməlidir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin