Turşular, digər yeyici və korroziyaedici maddələr olan və həmin maddələrin təsirinə davamlı
olan, kip bağlanmış metal nəqliyyat qablarında (taralarında) daşınan fərdi qablar yerdəyişmədən və
yıxılmadan qorunmaq üçün qabın zədələnməsi və yaxud axma zamanı tərkibi tam hopdura bilən
aralıq materialı ilə doldurulmaqla, düzgün qoyulmalıdır və bağlanmalıdır. Göstərilən maddələrin
kip olmayan fərdi qablarda daşınması zamanı fərdi taranın düzgün yerləşdirilməsini görməyə
imkan verən və onun böyrü üstə, ya da ağzı üstə qoyulmasını istisna edən, xarici (üst) metal qablara
qoyulmalıdır. Şüşədən, saxsıdan, keramikadan olan qabların tıxacları üst qabların qapaq səthindən
yuxarı çıxmamalıdır. Hər bir tutumun ağız bağlayıcı qurğusu elə konstruksiyaya malik olmalıdır ki,
onlar düz və tam bağlanmama ehtimalını istisna etsin və tam bağlanmasının yoxlanmasını müəyyən
etməyə imkan versin.
Yükləmə boşaltma zamanı təhlükəsizlik tədbirləri
1-ci sinif yüklər partlayış-yanğın təhlükəlidirlər və mexaniki təsirlərə həssasdırlar, ona görə də
onlarla davranışda ehtiyat tədbirlərinə ciddi riayət olunmalıdır. Yükləmə zamanı hava gəmisinin
yüklənməsi üçün onun yanına tələb olunan yükdən artıq yükün gətirilməsinə yol verilmir.
Yükləmə (boşaltma) zamanı hava gəmisinə yükləmə - boşaltma işlərinin yerinə yetirilməsi üçün
yalnız zəruri olan texniki vasitə növlərinin yaxınlaşmasına icazə verilir. Mexaniki təsirə daha həssas
olan 1-ci sinif yüklər axırıncı yüklənir və birinci növbə boşaldılır. 1-ci sinif yüklərin HG-nə yüklənib-
boşaldılması prosesində, yükləmə-boşaltma ilə bağlı olmayan hər hansı digər işlərin aparılmasına
yol verilmir.
1-ci sinif yüklərin yüklənib (boşaldılmasında) aşağıdakı əsas qaydalara riayət olunması zəruridir:
• Yeşikləri kürəkdə daşımamaq, sürüməmək, çevirməmək və atmamaq (qurğular girdə bağlamada
olduqda diyirləməyə icazə verilir);
• Düşən (yıxılan) yeşikləri, müvafiq akt tərtib etməklə, ehtiyatla yükləmə yerlərindən
uzaqlaşdırmaq lazımdır (hava yolu ilə daşınması, bazaya qaytarılması və yaxud ləğv edilməsi
yükgöndərənin mütəxəssisi tərəfindən həll olunur);
• Konkret maddələr (qurğular) üçün rəhbər sənədlərdə və təlimatlarda təhlükəsizlik
texnikası üzrə şərh olunmuş göstərişləri ciddi surətdə yerinə yetirmək.
Yük avialayner daşımasına aeroportlarda nəqliyyat ekspedisiy şirkəti tərəfindən qəbul olunur. Bu
şirkət yük göndərən və daşıyıcı aviaşirkət arasında əlaqələrin qurulması, yükü avtomobil nəqliyyatı
vasitəsi ilə aeroporta gətirilməsi, avia daımaya qəbulu və bir çox hallarda aeroportdan yük alana
Dostları ilə paylaş: