olunmayan istənilən istiqamətlərdə həyata keçirilir. Daşınması planlı uçuşlarla həyata keçirilməsi
mümkün olmayan karqo xidmətləri sifariş əsasında yerinə yetirilir. Ancaq belə xidmətlərin özüdə
beynəlxalq hüquqi normativ qaydalar çərçivəsində həyata keçirilir.
Yük daşıma əsasən ən qısa məsafəli marşrut sxemi üzrə bir başa həyata keçirilir ki, yükləmə -
boşaltma işləri bir dəfə aparılsın. Daşıma bir başa marşrut xətti üzrə həyata keçirilməsi mümkün
olmadıqda həmin avia marşrut xətti üzrə aralıq hava limanlarında yük bir hava nəqliyatından
boşaldılıb digər avia nəqliyyatına yükləmə prosesi aparılır. Bir çox hallarda yükün yuxarıda qeyd
olunan qaydada boşalıb yüklənməsi avtomatlaşmış və ya mexanikiləşmiş üsulla yerinə yetirilir.
Təhlükəli yüklərin hava gəmilərində daşınmasının xüsusiyyətləri
Qab üçün texniki sənədlərin işlənilməsi, qabların sınaqdan keçirilməsi və təhlükəli yüklərin
hava yolu ilə daşınması zamanı hava gəmilərinin istismarına xas olan şərtlər və xüsusiyyətlər
nəzərə alınmalıdır.
Temperaturun dəyişməsi.
Hava daşımaları zamanı hava temperaturunun mənfi 55°C və 60°C
olduğu hallarla rastlaşmaq olar. Əgər aşağı temperaturda doldurulmuş və tranzitlə subtropik
zonaya keçən mayelərin daşınması zamanı qızmadan genişlənmə ilə əlaqədar tutumlarda boş
yer saxlanmayıbsa, temperaturun yüksəlməsi nəticəsində qab təzyiq altında sıxılar və bu isə öz
növbəsində, mayenin axmasına və yaxud maye doldurulan qabın çatlamasına səbəb ola bilər.
Hava gəmisi yay vaxtı dayandığı zaman yük bölmələrində olan temperatur (yerüstü havasoyuducu
qurğular tətbiq edilmirsə) ətraf havanın temperaturundan 5-8°C yüksək ola bilər, daşınan yüklə olan
bağlama (tara) da həmin temperatura qədər qızacaqdır. Uçuş zamanı hava soyuducuları işləyərkən,
temperatur 10-25°C arasında saxlanılır. Hava soyuducuları söndürüldükdə, temperatur aşağı düşəcək
və uçuşun yüksəkliyindən həm də müddətindən asılı olaraq yük kabinələrində (bölmələrində) olan
istilik uçuş yüksəkliyində olan havanın temperaturuna çata bilər.
Dostları ilə paylaş: