Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   46   47   48   49   50   51   52   53   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
63
4.4. YÜKLƏMƏ FORMASINA VƏ YÜKÜN XÜSUSİYYƏTİNƏ GÖRƏ KARQO QRUPLARINI MÜƏYYƏN EDİR
YÜKLƏMƏ FORMASINA VƏ YÜKÜN XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ KARQO DAŞIMASININ HÜQUQİ 
MƏSULİYYƏTLƏRİ


- Yükün geri alınması;
- Yükün yolda yubadılması;
- Yükün yoladüşmə yerinə (yükün haradan göndərildiyi yerə) qaytarılması;
- Yükalanın dəyişdirilməsi, yəni yükün başqa (yeni) yükalana verilməsi.
Lakin yükgöndərən yükə dair sərəncam vermək hüququndan bu şərtlə istifadə edə bilər ki, 
o, həmin hüququn həyata keçirilməsi ilə bağlı olan bütün zəruri xərcləri daşıyıcıya ödəmiş olsun. 
Yükgöndərən yükə dair sərəncam vermək hüququndan o halda istifadə edə bilər ki, yük daşıyıcıda 
və yolda olsun, yükalan aviaqaiməni və yükü daşıyıcıdan qəbul etmək vasitəsilə hələlik daşıma 
müqavilə münasibətinə girməsin və yük təyinat məntəqəsinə çatdıqdan sonra yükalan yükün 
ona verilməsini hələlik daşıyıcıdan tələb etməsin. Əgər yük təyinat məntəqəsinə çatdıqdan sonra 
yükalan yükün ona verilməsini daşıyıcıdan tələb edərsə və yaxud qaimə və yük yükalana verilərsə, 
yükgöndərən həmin hüquqdan ona artıq xitam verildiyinə görə istifadə edə bilməz.
Öz ünvanına gələn yükün verilməsini tələb etmək yükalanın əsas hüquqlarından biridir. O, bu 
hüququndan yük təyinat məntəqəsinə çatdırıldıqda istifadə edə bilər. Lakin yükalan həmin hüququ 
həyata keçirmək üçün bütün zəruri haqqları (ödənişləri) ödəməli və qaimədə nəzərdə tutulan digər 
daşıma şərtlərini yerinə yetirməlidir. Yükün etirazsız alınması onu ifadə edir ki, əgər başqa hal sübut 
edilməyibsə, yük yükalana salamat (olduğu kimi), lazımi qaydada və daşıma sənədinə uyğun olaraq 
verilmişdir. Əgər yük təyinat yerinə 7 gün ərzində çatdırılmazsa, onda o, itmiş sayılır. 7 günlük 
müddət yükün təyinat yerinə çatdırılması üçün müəyyən edilmiş gündən hesablanır (başlanır). Belə 
halda yükalan daşıyıcıya daşıma müqaviləsindən irəli gələn tələbləri irəli sürə bilər.
Yükün çatdırılması barədə yükalana məlumat (bildiriş) verilməsini daşıyıcının üzərinə düşən 
əsas vəzifələrdən biri kimi müəyyən edir. Yük təyinat aeroportuna çatan kimi daşıyıcı bu barədə 
ləngimədən yükalana məlumat verməlidir. Beynəlxalq hava nəqliyyatı ilə həyata keçirilən 
aviadaşımalar zamanı daşıyıcının məsuliyyətə cəlb edilməsi üçün müəyyən əsas (məsuliyyətin 
əsası) olmalıdır. Həmin əsas isə zərər vurulmasından ibarətdir.
Zərər vurulması aşağıdakılarla ifadə olunur:
- Yükə zərər vurulması;
- Baqaja zərər vurulması;
- Yükün və baqajın təyinat yerinə çatdırılma müddətinin ötürülməsi nəticəsində zərər 
vurulması.
Məhz bunları daşıyıcının məsuliyyət daşımasını şərtləndirən hallar hesab etmək olar. Həmin 
hallardan biri mövcud olduqda daşıyıcının əmlak (mülki-hüquqi) məsuliyyəti yaranır.
Məsuliyyət şərtlərinə aşağıdakılar aiddir:

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin