ödənilməsinin təminat üsulu kimi çıxış edir. Bəzi çarter proformaları demerec haqqında şərt nəzərdə
tutur. Bu şərtə görə, hava gəmisini əsassız yubatmağa görə haqq ödənilir ki, həmin haqqa demerec
deyilir. Çarter proformalarında nəzərdə tutulan şərtlərdən biri daşıyıcının məsuliy-yətinə aiddir.
Daşıyıcı təqsiri olduqda məsuliyyət daşıyır. Çarter proformalarında daşıyıcının məsuliyyətdən azad
olunması hallarının siyahısı verilir. Daşıma müqaviləsi üzrə daşıyıcının məsuliyyəti ya aviaşirkətin
daşıma qaydaları ilə, ya da Varşava Konvensiyasının qaydaları ilə müəyyən edilir. Aviaçarter
daşımalarının tənzimlənməsində kollizion bağlantılardan istifadə oluna bilərmi? Qeyd etmək
lazımdır ki, kollizion bağlantılar (bağlamalar) həmin növ daşımaların qaydaya salınmasında tətbiq
edilir. Lakin kollizion bağlantının hansı növündən istifadə edilməsi barədə alimlər yekdil fikir
söyləmirlər. Hüquq ədəbiyyatında aşağıdakı kollizion bağlantıların tətbiq olunması təklif edilir:
- Əşyanın olduğu yerin qanunu;
- Hava gəmisi bayrağının qanunu;
- Daşımanı tənzimləyən qanun;
- Hava gəmisini verən aviaşirkətin qanunu (qaydaları).
Məsələ, burasındadır ki, Varşava Konvensiyası yalnız bəzi xüsusi kollizion bağlantı nəzərdə
tutur və ümumi kollizion norma müəyyənləşdirmir. Lakin bir çox ölkələrin qanunvericiliyi,
təcrübəsi və nəzəriyyəsində belə bir meyl yaranmışdır ki, ümumi kollizion bağlantı kimi daşıyıcının
qanunundan istifadə olunsun. Lakin çarter əsasında çoxsaylı yük və sərnişin daşıma müqaviləsi
bağlanılır. Buna görə də daşıyıcının qanunu kimi kollizion bağlantıdan istifadə etmək məqsədəuyğun
deyildir. Müəlliflərdən O.N.Sadikov haqlı olaraq, hava gəmisi verən aviaşirkətin qanununun tətbiq
olunmasını təklif edir. Zənnimizcə, bu, məsələyə daha düzgün yanaşmadır. Məhz həmin kollizion
bağlantı çarter münasibətlərinin tənzimlənməsində hüquqi cəhətdən qeyri-müəyyənliyi aradan
qaldırmağa imkan verir. Digər tərəfdən, praktika da göstərilən bağlantıya əsaslanır. Belə ki, birtipli
çarter proformalarında, bir qayda olaraq, çarterin hava gəmisini verən aviaşirkətin qaydalarına tabe
olması barədə göstəriş ifadə edilir.
Daşıma prosesində iştirak edən yükgöndərən və yükalan, beynəlxalq hava daşıma müqaviləsi
subyektlərinin hüquq və vəzifələri Varşava Konvensiyası ilə müəyyənləşdirilən əsas məsələlərdən
biridir. Varşava Konvensiyasının normaları əsas daşıma şərtləri barədə göstərişi ifadə edir ki, həmin
şərtlərdə də daşıma prosesi iştirakçılarının hüquq və vəzifələri təsbit olunur. Yükgöndərənin yükə
dair sərəncam vermək hüququnu müəyyən edir. Onun bu hüququ aşağıdakılarda ifadə edilir:
Dostları ilə paylaş: