də Qeyri-müntəzəm aviadaşımalar 368 turizm mövsümü dövründə həmişə çox olur. Məhz bu tələbat
çarter aviadaşımalarının inkişafını şərtləndirir və ona ciddi təsir göstərir. Əlbəttə, inkişaf etməkdə
olan və bazarı yaranan çarter aviadaşımalarının vaxtilə beynəlxalq – hüquqi tənzimlənməsi tələb
olunurdu. Bunun üçün beynəlxalq konvensiya qəbul edilməli idi. Məsələ onda idi ki, əvvəllər də
qeyd etdiyimiz kimi, Varşava Konvensiyası çarter aviadaşımalarına aid norma və qaydalar nəzərdə
tutmurdu. Bu onunla izah olunur ki, Varşava Konvensiyası qəbul olunduğu dövrdə daşımanın bu
növünün inkişafı geniş xarakter almamışdı. Varşava Konvensiyasının çatışmazlığını aradan qaldırmaq
tələb olunurdu. Bunun üçün 18 sentyabr 1961-ci il tarixində Meksikanın Qvadalaxara şəhərində
müvafiq konvensiya imzalandı. O, beynəlxalq nəqliyyat hüququna Qvadalaxara Konvensiyası adı
ilə məlumdur. Qvadalaxara Konvensiyası belə adlanır: «Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin
həyata keçirdikləri beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün Varşava
Konvensiyasına» Əlavə Konvensiya.1 Konvensiyanı 60-dan çox dövlət imzalamışdır. SSRİ bu
Konvensiyanın iştirakçısı deyildi. Azərbaycan Respublikası 1999-cu ildən Konvensiyaya qoşulmuş
və onu ratifikasiya etmişdir (Azərbaycan Respublikasının 9.11.1999-cu il tarixli 749-I Q nömrəli
Qanunu).2 Konvensiya Varşava sisteminə daxil olan müqavilədir.3 Qvadalaxara Konvensiyasının
əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Varşava Konvensiyasındakı və bu Konvensiyaya əlavələrdəki
boşluğu tamamladı. Belə ki, onlar çarter daşımasını və hava gəmisinin kirayələnməsi ilə bağlı
münasibətləri tənzimlənirdi.
Qvadalaxara Konvensiyası Varşava Konvensiyasının əsas prinsiplərini kirayəyə götürülmüş
hava gəmisi ilə həyata keçirilən daşımalara şamil edir. O, çarter aviadaşımalarının hüquqi rejimini
müəyyənləşdirir. Beləliklə, Qvadalaxara Konvensiyasının əsas məqsədi çarter aviadaşımaları və
hava gəmilərinin kirayələnməsi ilə bağlı münasibətləri tənzimləməkdən ibarətdir. O, həm çarter
reyslərini, həm də kirayələnmə reyslərini Varşava Konvensiyasının nizamasalma predmetinə,
hüquqi təsir sferasına daxil edir. Qeyri-müntəzəm çarter aviadaşımalarının inkişafı buna səbəb
oldu ki, daşımalar kirayələnmiş hava gəmiləri vasitəsilə həyata keçirilməyə başlandı. Daşıma
müqaviləsi hava gəmisini kirayəyə verən aviaşirkətlə bağlanılırdı. Daşımanın özü isə daşıyıcı –
kirayəçi tərəfindən yerinə yetirilirdi. Belə daşımanın hüquqi prosedurunu qaydaya salmaq, habelə
hava gəmisini kirayəyə verənin (hava gəmisi sahibinin) və kirayəçinin (daşıyıcının) üzərinə düşən
məsuliyyəti müəyyənləşdirmək üçün Qvadalaxara Konvensiyası beynəlxalq hava hüququna «faktiki
daşıyıcı» anlayışını daxil edir. Konvensiyanın 1-ci maddəsi faktiki daşıyıcıya anlayış verir: faktiki
daşıyıcı dedikdə müqavilə üzrə daşıyıcı olmayan, lakin Varşava Konvensiyası və Haaqa Protokolu ilə
tənzimlənən daşımanı həyata keçirməyə hüququ olan şəxs başa düşülür. Hava gəmisini çarter və ya
Dostları ilə paylaş: