1q təcilinə uyğundur) və 200 Hers tezlikdə 0,05 mm-dək (hansı ki, 8q təcilinə uyğundur) amplitudaya
malik olan diapazon arasında vibrasiyaya məruz qala bilər.
Vibrasiya qabın (taranın) konstruksiyasının materialında yüksək gərginlik yaradır, bu da qabda
çatların əmələ gəlməsinə (xüsusən qaynaq yerlərində), qapaqların və tıxacların açılmasına, bunlar
da öz növbəsində, kipliyin pozulmasına və axmaya (dağılmaya) səbəb ola bilər. Bununla əlaqədar
olaraq, yükgöndərən tıxacların qeyri-ixtiyari açılmalarının qarşısını almaq məqsədilə, xüsusi
tədbirlər həyata keçirməlidir (xüsusi aralıqların, ilişkənlərin tətbiq edilməsi, ayrı-ayrı hallarda
qabın, tutumun doldurma boğazlarının qalaylanması).
Təhlükəli yüklərin qablarına və bağlamalarına olan ümumi tələblər
Hava daşınmalarına yalnız elə təhlükəli yüklər buraxılır ki, onların bağlamaları, qabların və
bağlamaların hazırlanması üzrə normativ-texniki sənədlərin tələblərinə uyğun olsun və bu
qaydaların tələbləri nəzərə alınmaqla hazırlansın və hər hansı uçuş şəraitində təhlükəsiz daşınmanı
tam təmin etsin.
Təhlükəli yükləri hazırlayan və ya göndərən təşkilatlar, hüquqi və fiziki şəxslər bu Qaydaların
qablara və bağlamalara olan tələblərinə riayət olunmasına tam cavabdehlik daşıyırlar. Bunlar
sertifikatda (4 nömrəli əlavə) edilən qeydlə təsdiqlənir və yük göndərən təşkilatın imzası və möhürü
ilə və ya yük göndərən fiziki şəxsin imzası ilə rəsmiləşdirilir. Yük bölmələrində daşınan maddələrin
axması nəticəsində, partlayış təhlükəli qatılığa malik olan buxarlar partlayışa və yaxud yanğına səbəb
ola bilərlər. Bununla əlaqədar, hava gəmilərində daşınan təhlükəli yüklərin qablarına kipliyin təmin
olunması cəhətdən yüksək tələblər irəli sürülür. Germetik qablar mütləq hava nəqliyyatı ilə daşınan
elə təhlükəli yüklərə tətbiq edilməlidir ki, onların özləri tezalışan, zəhərli, korroziyaedici olsunlar
və yaxud o, onlara oxşar buxarlar və qazlar ayırsınlar, eləcə də quruduqda partlayıcı, ya da hava və
yaxud su ilə əlaqədar olduqda təhlükəli təsirə malik ola bilsinlər. Qabın (taranın) və bağlamanın
quruluşu, adi hava daşınmaları şəraitində istilik, nəmlik, təzyiq və yaxud vibrasiya dəyişmələri
nəticəsində əmələ gələ bilən hər hansı axmanın qarşısını almalıdır. Təhlükəli yüklərin daşınması
üçün təyin olunmuş qabların (taraların) və bağlamaların materialları daşınan maddəyə qarşı inertli
(təsirsiz) olmalıdır, korroziyaya, yumşalmaya, kövrəkliyə və yaxud yüksək, ya da aşağı temperaturun
təsiri nəticəsində xarab olmağa, mexaniki yorulmaya, həmçinin daşınma zamanı meydana gələn
digər faktorlara məruz qalmamalıdır.
Şüşədən, saxsıdan, keramikadan olan qablarda daşınan hər bir maye maddənin qablarının
qorunması təmin olunmalıdır, eləcə də axma və dağılma zamanı mayenin hava gəmisinin döşəməsinə
və döşəməaltı boşluqlara axmasının qarşısını almaq üçün maddənin tam hopdurulmasını təmin
edən aralıq materiallarına malik olmalıdır.
Dostları ilə paylaş: