• Temperaturun dəyişməsi daşınan yükə necə təsir göstərə bilər?
• Təhlükəli yüklərin daşınmasına dair tələblər hansıdır?
• Hava yolu yük daşımasına buraxılmayan yüklər hansılardır?
• Sanitar gigiyenası üzrə əsas tələblər hansıdır?
• Hava yolu yük daşımasında tara nə üçündür?
• Hava yolu yük daşımasında daşınan yükün çəkilməsini hansı qurum yerinə yetirir?
Bir çox hallarda istehsal müəssisələrinin və fərdi şəxslərin avtomobil yolu ilə yükün daşınmasına
ehtiyac olur. Əgər daşıma bir qitə daxilində yerinə yetirilirsə, həm də
zaman şərtində təcili olmursa,
onda avtomobil nəqliyyatından istifadə etmək ən sərfəli vasitədir. Avtomobil nəqliyyatının
üstünlüyü, odur ki, onun rahatlığı və böyük manevrə malik olmasıdır. Bundan başqa,
yükün bir
başa alıcının özünə çatdırılmasıdır.
Nəqliyyat vasitələrinin digər növlərindən istifadə etdikdə, yükləri yükləmə boşaltma yerlərinə
çatdırmaq üçün yenədə avtomobil nəqliyyatından istifadə etmək lazım gəlir. Avtomobil nəqliyyatı
ilə yükün bütün növləri daşına bilər. Avtomobil nəqliyyatı növündən asılı olaraq daşınan yükün
tutumu dəyişilir.
Bir qitənin sərhədləri daxilində müxtəlif növ və məsafələrdə avtomobil nəqliyyatı daşınanı
yerinə yetirmək olar. Daşınacaq yükün növündən asılı olaraq. Avtomobil nəqliyyatı seçilir.
Müasir
yük avtomobilləri 25 tona qədər çəkisi olan yükləri daşımağa imkan verir. Yük avtomobillərinin
əsasən bir-neçə növləri var. Tentli yarımqoşqular ən çox yayılmış yük avtomobillərdir.
Bu tip yük
avtomobilləri böyük tutumlu yüklərin daşınmasında istifadə olunan əsas nəqliyyat vasitələtindən
biridir.Bundan başqa tentli qoşqu tipli nəqliyyat vasitələrinin səmərəliyi ondadır ki onlardan
istifadə etdikdə daşınan yükün tutumunun həcmi artırıla bilər. Aşağı temperaturlarda daşınması
zəruri olan yeyinti və sənayə malları üçün avtomobil - refrijeratorlardan istifadə olunur. Bu
refrijerator soyuducudur, onlarda temperaturun həddi -20C-dən +12C-dək nizamlama bilir.
Lakin
bu cür avtomobil-refrijeratorlardan istifadə etmək daşımanın maya dəyərini artırır (soyuducunun
işləməsinə hesabına).
Bundan başqa refrijeratorın əvəzinə izotermik qoşqulu avtomobillərdən istifadə edilir ki,
bu tip
avtomobillər yükün müəyyən temperaturunu uzun müddət saxlaya bilir. Konteynerlərin daşınması
üçün bortları və divarları olmayan qoşqulardan istifadə olunur. Konteyner qoşqu yerləşdirilir və
bərkidilir. Maye yüklərin daşınması üçün avtosisternlərdən istifadə olunur.
Dostları ilə paylaş: