vasitələrindən istifadə olunur. Domkrat əl talı yükünü özüboşaldan qaldırıcı
arabalar bucurqad və
s. belə vasitələrdəndir.
Avtomobilləri yükləmək və boşaltmaq üçün yük məntəqələrində qoyulmuş mexanizmlər
stasionar yaxud səyyar olur. Bundan başqa yükləmə-boşaltma mexanizmi
bilavasitə avtomobildə də
qurula bilər. Belə mexanizm avtomobilin mühərrikindən güc alır. Yükləmə və boşaltma yerlərində
qoyulan yükləmə-boşaltma mexanizmləri bilavasitə yükləyici yaxud boşaldıcı mexanizmlərə
(Bunker kran elevator tal) və nəqledici mexanizmlərə (Nasos lentli transportyor) ayrılır. Əgər
avtomobil ekskavatorun ilə yüklənirsə onda ekskavator elə qoyulmalıdır ki, yükləmə zamanı onun
oxu avtomobilin kabinəsi üzərindən keçməsin. Yükləmə prosesində kabinə və kuzada olmamalıdır.
Qabsız yük daşınmasında adi bortlu avtomobillərdən istifadə edildikdə onları
çevirici mexanizmlərlə
boşaldırlar. Bu məqsədlə avtomobili xüsusi meydançaya sürür və orada bərkidirlər. Avtomobil
meydança ilə birlikdə müyyən qədər yana yaxud geriyə əyilir və yük asanlıqla platformadan tökülür.
Sürücü avtomobili yükləmək yaxud boşaltmaq üçün müəyyən vəziyyətdə qoymağa da vaxt sərf edir.
Həmin vaxt nəqliyyat vasitəsinin tipindən yanaşma yolunun vəziyyətindən
avtomobilin manevr
etməsi üçün olan meydançanın ölçüsündən asılıdır.
Yükləmə və boşaltma məntəqələrində işıq mənbəyi qoyulması yanaşma yolları saz yükləmə və
boşaltma yeri çox olmalıdır.
Avtomobilləri yan bortdan, arxa bortdan və çəp vəziyyətdə qoymaqla
yükləyib-boşaldırlar. Avtomobilin yan tərəfdən qoyulması yükləmə-boşaltma imkanını azaltdığı
üçün az səmərəlidir.
Sürücü avtomobilin tam yüklənməsinə yüklərin düzgün yığılmasına və bərkidilməsinə
nəzarət etməli avtomobilə həddindən artıq yük vurulmasına yol verməməlidir.
Avtomobilin yük
platformasına yük aşağıdakı qaydada yığılmalıdır:
- Qabsız yük kuzada bir bərabərdə yerləşdirilməli bortdan yuxarı qalxmamalıdır. Yüngül
yüklər daşınan zaman isə bortlar ucaldılmalıdır;
- Bortdan hündürə qalxan ədədi kiçik qabaritli yüklər möhkəm bağlanmalıdır;
- Ağır yük isə kuzanın qabaq bortu yanına qoyulmalıdır;
- Quru yük doldurulmuş boçkalar(çəlləklər)-dik maye boçkaları isə tıxacı yuxarıda olmaq
şərtilə yanüstə qoyulmalıdır;
- Avtomobilin yüklə birlikdə hündürlüyü 3.8 m-dən artıq olmamalıdır;
- Yük kisələrə doldurulmuş olanda və kisələri bir mərtəbə yığmaqla
avtomobilin tam
yüklənməsi təmin ediləndə kisələrin ağız tərəfi yuxarı yığılmalıdır.
- Kisələri bir neçə mərtəbə yığmaq lazım gələndə ikinci və sonrakı mərtəbələrdə kisələrin
ağız tərəfi içəri olmalıdır;
Dostları ilə paylaş: