TƏLİM NƏTİCƏSİ
5
• Avtomobil yolu ilə daşıma zamanı baş verən qəzaları araşdırın və bu zaman insanlara
və ətraf mühitə dəyən ziyan haqqında məruzə edin. Bu ziyanların aradan qaldırılmasına dair öz
ideyalarınızı səsləndirin və qrup yoldaşlarınızla müzakirə edib onların fikirlərini öyrənməyə çalışın.
Öyrəndiklərinizi məntiqi əsaslandırın.
• Baş verən qəzaların ətraf mühit üçün yaratdığı problemlərin gələcəkdə hansı nəticələrə
gətirib çıxaracağını təxmin etməyə çalışın və buna aid bir sənəd hazırlayın.
• Avtomobil yolu daşımasında yükləmə və boşaltma prosesini modelləşdirin (rollu oyun).
• Avtomobil yolu ilə beynəlxalq daşımalar zamanı istifadə olunan simvol və işarələri araşdırın
və simvolların şəkillərini sinifdə təqdim edin (ağıllı lövhə vasitəsilə).
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“5.1. Avtomobil yolu daşıma modelinin xüsusiyyətlərini sadalayır.”
1. Avtomobil yolu daşıma modeli anlayışını izah edin.
2. Avtomobil yolu daşıma modelinin xüsusiyyətləri hansılardır?
3. Azərbaycanda avtomobil yolu daşımasının tarixi haqqında danışın.
4. Azərbaycan Respublikasının nəqliyyat hüququ anlayışını izah edin.
“5.2. Avtomobil yolu ilə daşıma zamanı üstünlükləri və çatışmazlıqları təsvir edir.”
1. Avtomobil yolu daşıma modelinin üstün cəhətləri hansılardır?
2. Avtomobil yolu daşıma modelinin çatışmayan cəhətləri nələrdir?
“5.3. Avtomobil yolu daşınması modelinin simvol və işarələrini fərqləndirir.”
1. Avtomobil yolu daşımasında simvol və işarələrin əhəmiyyəti nədən ibarətdir?
2. Hansı simvol və işarələrdən istifadə edilir?
3. Hansı hallarda məlumatverici yazılardan istifadə edilir?
“5.4. Avtomobil yolu daşımasında yükləmə və boşaltma prosesini təşkil edir.”
1. Avtomobil yolu daşımasında yükləmə qaydaları hansılardır?
2. Avtomobil yolu daşımasında yükləmə və boşaltma prosesi zamanı hansı şərtlərə əməl etmək
lazımdır?
3. Avtomobil yolu ilə daşınacaq yükün yüklənmə və boşaldılma prosesini izah edin.
4. Boş dayanma müddəti anlayışı nə deməkdir?
5. Boş dayanma müddəti necə qısaldıla bilər?
6. Boş dayanma müddətinin qısaldılmasının hansı müsbət cəhətləri vardır?
89
Dostları ilə paylaş: