- Yeşiyə boçkaya paçkaya və s. yığılmış yük kuzada elə yığılmalıdır ki avtomobil gedən və
dayanan zaman yerindən oynamasın;
- Kərpic altlıq üzərində yox qalaq halında daşınan zaman birinci sıra kərpici kuzanın eni
boyunca tili üstə düzmək sonrakı sıraları isə kuzanın uzunluğu boyu yastısına düzmək lazımdır;
- Yeşiyə yığılmış təbəqə şüşə tili üstə saman döşəməyə özü də avtomobil kuzasının uzunu
boyunca qoyulmalıdır;
- Uzun ölçülü yükün daha ağır hissəsi kuzaya nisbətən yüngül hissəsi qoşqu üzərinə
qoyulmalıdır;
- Giləmeyvə və meyvə ancaq yeşiklərdə yaxud səbətlərdə daşınmalıdır.
Qalama yükləri özü boşaldan avtomobillərdə daşımaq daha sərfəlidir. Çünki belə halda yükü
boşaltmaq üçün əlavə mexanizmlər və insan əməyi tələb olunmur.
Yükləmə yaxud boşaltma zamanı avtomobilin boşdayanma vaxtının qısaldılması avtomobilin
məhsuldarlığının yüksəldilməsi şərtlərindən biridir. Yükləmə yaxud boşaltma zamanı avtomobilin
yaxud avtomobil qatarının boşdayanma müddəti-avtomobilin yükgötürmə qabiliyyətindən yükləmə-
boşaltma işlərinin mexanikləşdirilməsi dərəcəsindən və yükün növündən asılı olaraq müəyyən
edilir.
Sürücü yükləmə-boşaltma işləri üçün təsdiq edilmiş vaxt normasına əməl olunmasına diqqət
yetirməli avtomobilin yükləmə-boşaltma və yükün gəlməsini gözləmə dövründə boşdayanma
vaxtının qısaldılması üçün əlindən gələni etməli müəyyən olunmuş normaya əməl edilməyən
hallarda növbətçi dispetçerə məlumat verməli və ondan göstəriş almalıdır.
• Üç qrupa bölünün. Beynəlxalq daşıma şərtləri haqqında digər qruplarla müzakirə edin.
• Avtomobil yolu daşıma modelində istifadə olunan nəqliyyat növləri haqqında təqdimat
hazırlayın və qrup şəklində bu haqda məlumatları bölüşdürüb sinifə təqdim edin.
• Avtomobil yolu daşıma modelinin üstünlük və çatışmazlıqları haqqında qruplara bölünərək
qrup daxili cədvəllər hazırlayın və təqdim etdikdən sonra müzakirələr aparın.
• Beynəlalq logistik şirkətlərini araşdırın və onların strategiyalarını öyrənməyə çalışın. Əldə
etdiyiniz məlumatları Word sənədində yığın və müəllimə təqdim edin.
• Avtomobil yolu daşıma modelinin tarixi haqqında esse yazın.
• Avtomobil yolu daşıma modelinə aid videoları tapmağa və onlar üzərində müxtəlif quru yolu
nəqliyyat növlərinə yükləmə və bo.altma prosesini izah etməyə çalışın.
Dostları ilə paylaş: