Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


KOMBİNƏ OLUNMUŞ DAŞIMA MODELİNİ İZAH EDİR



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə74/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   70   71   72   73   74   75   76   77   ...   80
dasima-modellari

6.1. KOMBİNƏ OLUNMUŞ DAŞIMA MODELİNİ İZAH EDİR
KOMBİNƏ OLUNMUŞ DAŞIMA ANLAYIŞI


TƏLİM NƏTİCƏSİ
6
daşımanın) həyata keçirilməsinin təmin edilməsini haqq əvəzində öhdəsinə götürür. Qarışıq daşıma
operatoru dedikdə şəxsən öz adından və ya onun adından hərəkət edən başqa şəxsin vasitəsilə 
qarışıq daşıma müqaviləsi bağlayan, müqavilə tərəfi kimi çıxış edən və müqavilənin icra edilməsi 
məsuliyyətini öz üzərinə götürən şəxs başa düşülür. 
Operatorlar bir neçə qrupa bölünür: 
a) Konteyner operatoru, konvensional operator;
b) Faktiki operator, müqavilə operatoru;
c) Daşımanın təşkilində istifadə olunan nəqliyyat vasitələrinin növünə görə operatorlar; 
d) İntermodal xidmət göstərdikləri ərazi baxımından ölkələr üzrə operatorlar, regionlar üzrə 
operatorlar, ayrı-ayrı istiqamətlər üzrə operatorlar, ayrı-ayrı nəqliyyat dəhlizləri üzrə operatorlar və 
s. 
Operatorun məsuliyyəti. Operatorun məsuliyyət dövrü yükün daşınma üçün operator tərəfindən 
qəbul olunduğu andan təhvil verildiyi anadək olan vaxt dövrünü əhatə edir. 
Operator iki əsas hala görə mülki-hüquqi məsuliyyət daşıyır: 
1. Yükün salamat qalmaması; 
2. Yükün təyinat yerinə çatdırılma müddətinin pozulması. 
Yığma yüklərin daşınması
Çox zaman kiçik həcmli yüklərin mütəmadi olaraq daşınmasının ən optimal variantı onların yığma 
yük şəklində daşınmasıdır. Bu məsələ həmçinin yükün kiçik partiyasının birdəfəlik göndərilməsində 
də optimaldır. Bu tip yüklərin daşınması, bir qayda olaraq, xaricdə kiçik partiyalarla mal alan kiçik 
və orta biznes sahiblərinə lazımdır. 
Belə yüklərin daşınması üçün ayrıca nəqliyyat vasitəsinin istifadəsi məqsədəuyğun deyil. 
Belə hallarda bir nəqliyyat vasitəsinə və yaxud konteynerə iki və daha çox yük yüklənir. Bu cür 
daşınma yığma, daşınan yüklər isə yığma yüklər və yaxud qruppaj yüklər adlanır. Yığma yüklərin 
daşınması zamanı, əsasən, avtomobil nəqliyyatı və həmçinin, konteynerlərlə daşınmadan istifadə 
olunur.
• Kombinə edilmiş daşımanın üstün cəhətlərindən biri coğrafi səbəblərə görə kombinə 
edilmiş daşımada vaxt itkisinin azaldılması;
• Keyfiyyətli çatdırılma üsulu (yüklərin konteynerlər və ya digər nəqliyyat qabları ilə 
birləşdirilərək ardıcıl yükləmə və çatdırılma imkanı);
91

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin