TƏLİM NƏTİCƏSİ
6
daşınmasında əsas vasitə hesab edilir. Qaz sənayesinin və qaz nəqlinin inkişafı da elə həmin
vəzifəni yerinə yetirməklə bu məhsulların çıxarılması ilə istehlakı arasındakı ərazini (məsafəni)
yaxınlaşdırmış olur.
Bu daşıma digər daşıma növlərindən kifayət qədər fərqlənir. Belə ki, boru xətləri yerin üstü və
altında salınmaqla yanaşı, suyun altında da çəkilir. Bununla yanaşı boru nəqliyyatı ən ucuz daşıma
növlərindən biri hesab olunur. Boru kəmərlərinin inşa edilməsi bir sıra təbii
və iqtisadi amillərdən
asılıdır. Dünyada boru kəmərlərinin coğrafıyası ilk öncə nəql olunan xammal mənbələrinin və
istehlakçılarm yerbşməsi əsasında formalaşır. Məlız bu iki mərkəz arasında mövcüd olan məkamn
relyefı, infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi,
regionun ekoloji vəziyyəti və digər amillər inşa ediləcək boru xətlərinin
istiqamətinin müəyyən
edilməsində başlıca rol oynayır.
Boru xətti vasitəsi ilə əsasən qaz və maye halında olan məhsullar (əsasən neft, qaz, su, kimyəvi
maddələr və s.) nəql edilir. Burada aparıcı yeri karbohidrogen mənşəli xammal tutur. Belə ki, boru
nəqliyyatı ilə daşman xammalın 82%-i neft və qazın payına düşür. Müasir dövrdə transmagistral
boru xətləri əhəmiyyətcə daha vacib hesab olunur. “Transalyaska”, “Mavi axın”, “Bakı-Tiflis-Ceyhan”
və “Urenqoy-Qərbi Avropa” boru kəmərlərini belə magistral xətlərə aid etmək olar.
Bu kimi boru
xətlərinin uzunluğu 1-5 min km arasında dəyişir. Boru xətlərinin uzunluğuna görə dünyada aparıcı
yerləri ABŞ, Rusiya, Çin və Kanada tutur.
Neft və təbii qazla əlaqədar olaraq Azərbaycanda boru kəməri nəqliyyatı xeyli inkişaf etmişdir.
Neftin istər respublika daxilində, istərsə də xaricə səmərəli yollarla daşınması boru kəməri
nəqliyyatının bütün illərdə inkişaf etdirilməsini tələb edir.
Təhlükəli mallar öz strukturları, öz xüsusiyyətləri və ya vəziyyəti səbəbindən daşımada
insanlara,
heyvanlara və ətraf mühitə, ictimaiyyətə, əhəmiyyətli təhlükə yaradan maddə və obyektlərə deyilir.
Təhlükəli
maddələr; onların kimyəvi tərkibinə (yandırıcı, təzyiqli), formalarını (bərk, maye, qaz)
və onların təhlükələrinə (partlayıcı, zəhərli) görə qruplaşdırılır. Hər sinifə aid olan təhlükəli
maddələrin təsnifatı üçün hər bir məhsul üçün bir alt sinif nömrəsi, hərf,
identifikasiya nömrəsi
(BMT nömrəsi) verilməlidir. Təhlükəli maddə ehtiva edən və daşınan bütün maddələr, eynən digər
təhlükəli maddələrlə eyni qaydalara uyğun olaraq yüklənilməli və nəql edilməlidir. Təhlükəli
maddələr, onların
təbiətinə görə, tərkibinə və vəziyyətinə görə diqqətsizlik və qəza nəticəsində
ekoloji təhlükəsizliyə,
heyvanlara, insanlara və ümumi təhlükəsizliyə zərbə vuran maddələr kimi
93
Dostları ilə paylaş: