Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


Təhlükəli maddələrin yüklənməsi və daşınması prosesi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə78/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   72   73   74   75   76   77   78   79   80
dasima-modellari

Təhlükəli maddələrin yüklənməsi və daşınması prosesi
Partlayıcı, yandırıcı, yanıcı, öz-özünə və tez alışan, zəhərli və radioaktiv maddəllar və onların 
analoqları fiziki və kimyəvi tərkibi və xüsusiyyətləri baxımından təhlükəli maddələr hesab 
edilir. Təhlükəli maddələrin yüklənmə, boşaltma və daşınması zamanı müvafiq qanunvericiliyin 
müddəalarını yerinə yetirməklə yanaşı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün bu 
maddələri daşımanı sifariş edən və daşıyan aşağıdakı prinsiplərə, prosedurlara və şərtlərə riayət 
etməlidir.
• Xüsusiyyətlərinə görə təhlükəsiz daşınması üçün tələb olunan şəkildə qablaşdırılır.
• Paketlərin zədələnməməsini təmin etmək üçün, partlayıcı maddələr olan konteynerlərin 
silkələnməməsi, yuxarıdan atılmaması, yuvarlanmaması, sürüşdürülməməsi üçün lazımlı tədbirlər 
94


TƏLİM NƏTİCƏSİ
6
görülməlidir.
• Təhlükə yaradacaq şəkildə qabları zərər görən və zədələnən mallar yüklənməməli, əgər 
hərəkət zamanı zədələnmə olmuşsa zədələnən qablaşdırılmış mallar ayrılmalı və yalnız bu halda 
daşımaya davam etmək lazımdır.
• Sürücü xəbərdarlıq lövhələrinin taxılması və çıxarılması üçün məsuliyyət daşıyır.
• Partlayıcı, yandırıcı, yanıcı, öz-özünə və tez alışan maddələrin yüklənməsi və boşaldılması 
zamanı siqaretlər və bənzər maddələr 30 metr məsafədə istehlak edilməməlidir. Kibrit, çaxmaxlar, 
işıqlandırma qurğuları və bənzəri kimi alov və qığılcım yarada bilən əşyalardan istifadə edilməməlidir 
və 6 voltdan yuxarı fənərlərlə nəqliyyat vasitələrinə daxil olmaq olmaz.
• Tankerlərdə və ya yanmaq nöqtəsi 61 dərəcə C-yə qədər olan yanıcı maye və yanıcı qazlarda 
torpaqlama edilir.
• Elektrik avadanlıqları qısa qapanma, və qığılcım meydana gətirməyəcək çəkildə izolyasiya 
edilməlidir.
• Yanğın və qığılcım törədə biləcək maddələrin yüklənməsi və boşaldılması zamanı diqqətli 
olmaq lazımdır.
• Yükləmə və boşaltma hallarında sürücülərə və nəqliyyat vasitəsinə malları yükləyən şəxslərə 
nəqliyyat vasitəsinin yaxınlığında siqaret çəkmək qadağandır.
• Daşınacaq nəqliyyat vasitəsinin yük platforması yüklənmədən əvvəl yoxlanılmalı və 
təmizlənməlidir.
• Təhlükəli yüklərin daşınmasında nəqliyyat vasitəsinə yüklənmiş bütün yüklərin 
təhlükəsizliyi üçün uyğun materialdan istifadə edilməlidir. Vasitədə olan yüklər heç bir şəkildə 
hərəkət etməməlidir.
• Yük təhlükəsizliyini təmin etmək üçün tarım ip, sıxma çubuğu, hava yastıqları, paletlər və 
sürüşməyən örtüklər istifadə edilməlidir. Təhlükəli maddələr bu köməkçi materialların köməyi ilə 
nəqliyyat vasitəsinin gövdəsində və ya konteynerdə daşıma zamanı risklərə qarşı qorunmuş olur. 
Yuxarıda göstərilənlərin xaricində, avtomobilin yük platforması tamamilə dolu olduqda, yükün 
təhlükəsizliyi təmin edilmiş sayılır.
• Ön və arxa tərəflərinə qırmızı zəmin üzərinə uzunluğu 20 sm, və cizginin qalınlığı 2,5 sm-
dan az olmayan ağ rənglə “TƏHLÜKƏLİ MADDƏ” yazısı yazılmalıdır və bundan başqa ön və arxa 
tərəflərinə asan görülə biləcək şəkildə 30 x 30 sm qırmızı bir parça asılmalıdır. Yanacaq daşıyan 
nəqliyyat vasitələrində sisternlərin üzərinə daşınana maddənin adı yazılmalıdır.
• Yüklənmə və boşaltma zamanı motorun soyutma məqsədi ilə istifadə olunmaması halında, 
tamamilə bağlanmalıdır.
95



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin