Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə59/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   55   56   57   58   59   60   61   62   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
72


• Məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;
• Bazar seqmentlərinə və satış kanallarına intensiv təsir edilməsi;
• Yeni məhsul və onun obrazının yaradılmasına təsir edilməsi; 
• Logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi;
• Saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;
• Əmtəə dövriyyəsinin artması və əmək məhsuldarlığının yüksəldilməsinə birbaşa təsir 
göstərməsi. 
Qablaşdırmanın funksiyaları qablaşdırılacaq məhsulların layihələşdirilməsi və istehsalı 
mərhələsindən formalaşmağa başlayır və logistik dövrənin ilkin mərhələ-sindən (istehsalçı) son 
mərhələsinə (istehlakçı) qədər, (çoxdövriyyəli taralar üçün isə qapalı sistem formasını alır, yəni 
axırdan əvvələ, əvvəldən axra) fəaliyyət göstərir. Taralar öz funksiyalarını yalnız xidmət etdiyi 
məhsulu təyinat məntəqəsinə çatdırdıqdan və bu məhsuldan azad olub, bir daha təkrar istifadə 
üçün yararsız olduğu ana qədər yerinə yetirir. 
Karqonun yükləmə və boşaldılması prosesi
Karqonun avialaynerə yüklənməsi və 
avialaynerdən boşaldılması prosesi əsasən 
daşıyıcı aviaşirkətin işçiləri və mexanizmləri 
tərəfindən yerinə yetirilir. Lazım olduğu 
hallarda aviaşirkət yuxarıda qeyd olunan işləri 
yük göndərən və yük alan tərəflərin həyata 
keçirməsinə icazə vermə hüququna malikdir. 
Bu proses iki və ya üç tərəfli razılaşma əsasında 
rəsmiləşdirilə bilər. Ancaq, əgər yükləmə-
boşaltma işləri yük göndərən və ya yük alan 
tərəflər yerinə yetirərsə bu zaman bu prosesə aviadaşıyıcı şirkət özü nəzarət edir.
Aviaşirkət iri qabaritli və ağır çəkili karqo yüklərin yüklənib-boşalması üçün xüsusi texnikanın 
təqdim olunmasını yük göndərən və ya yük alan tərəflərdən tələb etmə hüququna malikdir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin