Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə38/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   34   35   36   37   38   39   40   41   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
3
50
3.3. MƏHSULA GÖRƏ İSTİFADƏ OLUNAN KONTEYNERLƏRİ SEÇİR
DƏNİZ VƏ ÇAY YOLU DAŞIMA MODELİNDƏ İSTİFADƏ OLUNAN KONTEYNERLƏR 
3.4. DAŞINAN MƏHSULLARIN NÖVLƏRİNƏ GÖRƏ GƏMİ NÖVLƏRİNİ SADALAYIR
YÜK DAŞIMADA İSTİFADƏ OLUNAN GƏMİ NÖVLƏRİ


Gəmirlərin göyərtənin olması nəticəsində kran və diyirlənmə üsulu ilə həmçinin yükləri 
göyərətəyə yükləmək mümkündür. Bundan başqa hər rolker gəmisində yükləmə avadanlığı vardır.
Hərbi əməliyyatlarda bu nəqliyyat növündən desant gəmisi kimi istifadə etmək olar. Mənfi cəhəti, 
bu gəminin tikintisi çox baha başa gəlir. Ona görə də, donanmalarda bu gəmilərin sayı məhduddur. 
Bərə-çox mərtəbəli gəmidir. Aşağı mərtəbələrdə avtomobillər və texnika, yuxarı mərtəbələrində 
sərnişin kayütları və salonları, kafe və restoranlar yerləşdirilir. Müasir bərələr, səyahət laynerləri 
kimi çox yaxşı təchiz olunur. 
Dəniz yollarını ilə ancaq səpələnən yüklərin (buğda, könur və s.) daşınmalarında balker növlü
gəmilərindən də istifadə olunur. Bu gəmilər müxtəlif hissələrə bölünmüş, vahid bir boyük tutuma 
malik olurlar. Hər hissənin öz qapağı olur. Balkerə yükləmə əməliyyatı limanın göyərtəsindən yerinə 
yetirilir. Bu cür gəmilərdə özünün yükləmə avadanlıqları olmur.
Tanker balkerdən fərqli olaraq, maye 
yükləri və ya sıxılmış qazları daşıyır. Maye 
yüklərə neft, yanacaq materialları, kimyəvi 
maddələr, təhlükəli yüklər və zəhərli 
tullantılar aiddir. Quruluşuna görə tanker 
balkerə çox oxşayır. Hissələrə ayrılmış, 
böyük tutuma malik yük gəmisidir. Daşınan 
yüklərin xüsusiyyətlərinə görə tankerin 
divarları ikiqatdır və divarların arasında 
hava olur.
Bu vəziyyət vibrasiyanı söndürür, yükü yüksək temperaturlardan qoruyur, hermetikliyin 
qorunması üçün əlavə müdafiyə rolunu oynayır. Tanker ən çox yayılmış və tələb olunan dəniz 
nəqliyyat növüdür.
Digər çox istifadə olunan yük dəniz nəqliyyatının növü bərədir (param). Bərədə yükləmə 
diyirlənmə üsulu yerinə yetirilir, lakin rolkerdən fərqli olaraq, əsasən sərnişin daşınması da həyata 
keçirilir. Bu növ dəniz nəqliyyatı ilk növbədə sərnişin daşınmada istifadə olunur.
“Quru yük” adlanan gəmi nəqliyyatı gəminin universal növüdür. Bir çox növ məhsulların və 
yüklərin daşınmasında geniş istifadə olunur. Bu növ gəmilərdə iriqabaritli yüklər də daşınır. Yeyinti 
məhsulları (ət, meyvə ,balıq) daşınmasında istifadə olunur. Bundan başqa, məhsulların müstəqil 
boşaltma-yükləmə işlərini aparmaq üçün öz avadanlıqları ilə təchiz olunur. Bu xüsusiyyət, istənilən 
limandan əgər limanda boşaltma-yükləmə avadanlığı yoxdursa öz boşaltma-yükləmə işlərini 
müstəqil apara bilər.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin