Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi



Yüklə 94,41 Kb.
səhifə14/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
referat 201

İşçi qüvvəsi bazarı. Bu, olduqca spesifik bazardır, başqalarından təkcə əmtəənin növünə görə deyil, həm də onun alıcıya təklifinin və ödənməsinin xüsusi formasına görə, alqı-satqı müddətinə görə də fərqlənir. O, hər bir fərdin öz işçi qüvvəsini seçiminə görə bazar qiyməti üzrə işçi və muzdödəyən arasında bağlanan kontrakta əsasən satmaq hüququnu nəzərdə tutur. Eyni zamanda, adamları işə qəbul edən müəssisə əməyin, işçi qüvvəsinin kiçik bazarı kimi çıxış edir. Buna görə də hesab etmək olar ki, işçi qüvvəsinin alındığı və iş yerlərinin satıldığı istənilən yer əmək bazarıdır.
Bazar münasibətlərinə keçidlə əlaqədar aparılan iqtisadi islahatlar prosesində ölkədə işsizlik doğuran ciddi obyektiv səbəblər meydana çıxmışdır.
Daha parlaq şəkildə işçi qüvvəsi bazarı əmək birjasında özünü göstərir. Azərbaycan Əmək və Sosial Müdafiə Nazirliyinin qəbul etdiyi qərara uyğun olaraq, Bakıda 10 may 1999-cu ildə əmək birjası yaradılmışdır. Əmək birjasından başqa əmək yarmarkası da fəaliyyət göstərir. Ancaq bu strukturlar hələlik tam gücü ilə işləmirlər.
Son illər Respublikada işçi qüvvəsi bazarını tənzimləyən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Bunlar: 29 sentyabr 1992-ci ildə təsdiq olunmuş “Əməyin mühafizəsi haqqında”, 19 iyul 1994-cü ildə cü ildə təsdiq olunmuş “Məzuniyyətlər haqqında”, 21 may 1996 cə ildə təsdiq olunmuş “Fərdi əmək müqavilələri haqqında”, 18 fevral 1997-ci ildə təsdiq olunmuş “sosial sığorta haqqında”, 1 fevral 1999-cu ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” Azərbaycan Respublikası Qanunlarıdır.
İnnovasiya bazarı – istehsalın səmərəliliyinin və rəqabət qabiliyyətli olmasının asılı olduğu mühüm iqtisadi ehtiyatdır. Burada alqı-satqı obyekti kimi texniki və sosial-iqtisadi yeniliklər, səmərələşdirici təkliflər və icadlar, patentlər, texnoloji yeniləşdirmələr çıxış edirlər. Bəzən bütün bu obyektləri vahid “nou-xau” adı altında birləşdirirlər, daha doğrusu, elmi-texniki tərəqqinin nailiyyəti hesab edirlər. İnnovasiya – həm məzmununa, həm dəyərinə, həm də mülkiyyətin xarakterinə görə xüsusi əmtəədir ki, bu da innovasiya bazarının fəaliyyət üsulunda və zonasında öz əksini qoyur.
İnnovasiya bazarı bir qədər öz texniki iqtisadi parametrlərinə görə dünya standartlarına bərabər olan və ya ondan üstün olan prinsipcə, yeni texnika və texnologiyanın mənimsənilməsini və işlənilməsini nəzərdə tutan elmi-texniki işlənmələr və patentlər bazarına oxşayır.
Azərbaycan Respublikasında innovasiya bazarı formalaşma üzrədir və tezliklə inkişaf edərək genişlənəcək.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin