6.4.
Şirənin qarışıqlardan təmizlənməsi
və duruldulması
Təzə sıxılıb çıxarılmıĢ Ģirə özünü asılqan Ģəkildə olan iri və
xırda hissəciklərin mürəkkəb yarımdispers sistemi kimi göstərir.
Asılqan Ģəkildə olan iri hissəciklər lət və qabıq qırıntılarından, daĢ
hüceyrələrindən, bütöv və əzilmiĢ toxumlardan və s. ibarətdir. Bu
hissəciklər Ģirənin maye fazası ilə zəif əlaqəli olub, müxtəlif
mexaniki təsirlərlə - seperasiya etməklə, kobud süzülmə, çökdürmə
və s. kənar oluna bilər.
Lətin kiçik hissəcikləri və həll olan kolloid maddələri (pektin,
zülallar, aĢı və rəng maddələri və s.) uzun müddət asılqan
vəziyyətdə qalaraq Ģirəni bulanlıq edir. Onları kənar etmək üçün
yalnız mexaniki təsirlər kifayət etməyib, durultmanın xüsusi
metodları tələb olunur.
Bütün növ lətsiz Ģirələr hazırlandıqda Ģirənin xarici görünüĢünü
pozan və onun gələcək iĢlənməsini çətinləĢdirən iri asılqan hissə-
ciklərin kənar olunması lazımdır. Bu proses Ģirənin təmizlənməsi
adlanır.
Kolloid maddələr Ģəffaf «duruldulmuĢ» Ģirələr hazırlandıqda
kənar edilir. «DuruldulmamıĢ» lopalı Ģirə alınmasında yalnız Ģirə-
nin təmizlənməsi tətbiq olunub, kolloid maddələr və xırda
hissəciklər kənar olunmur.
Dostları ilə paylaş: |