M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Mədəniyyət anlayışı və konsepsiyası



Yüklə 499,8 Kb.
səhifə27/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   23   24   25   26   27   28   29   30   ...   76
İAK.Kitab.son

Mədəniyyət anlayışı və konsepsiyası

“Mədəniyyət” anlayışının latın dilindən tərcüməsi “julture” – “becərmək”, “bəsləmək”, “yaxşılaşdırmaq” deməkdir. Bu sözün ilkin mənası – torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və “mədəniyyət” sözü daha geniş maarifçilik, savad, tərbiyə mənalarını daşımağa başladı. “Mədəniyyət” sözü, həmçinin ərəbcə “mədinə” sözündəndir və mənası şəhər anlamına gəlir. “Mədəni” sözü də “şəhərli” mənasındadır. Əvəllər “mədəni” anlayışı şəhərdən uzaqda yaşayan, hərəkəti, davranışı, nitq qabiliyyəti hələ formalaşıb müəyyən ölçüyə, əndazəyə uyğun olmayan insanlara qarşı, şəhərdə yaşayanların danışığı, davranışı bədəvilərin, ucqarlarda yaşayanların nitqinə, davranışına qarşı qoyulurdu. 


“Mədəniyyət” anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. Ona görə də elmi ədəbiyyatda mədəniyyət anlayışının yüzlərlə tərifinə rast gəlirik. 
Müasir elmi ədəbiyyatda mədəniyyət haqqındakı təyinləri və tərifləri aşağıdakı kimi tərif emək mümkündür: 

  • Mədəniyyət - əvvəlki nəsillərin yaradaraq gələcəyə ötürdüyü, bizim həyatımızın əsaslarını müəyyən edən sosial təcrübə və mənəvi irsdir

  • Mədəniyyət - insan davranışını təşkil edən qaydalar məcmusudur; 

  • Mədəniyyət - təbii mühitə cəmiyyətin uyğunlaşması vasitəsidir; 

  • Mədəniyyət - sənət(incəsənət), əxlaq, qanunlar, adətlər və həmçinin sosial varlıq kimi insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksidir. 

  • Mədəniyyət - adət, ənənələr, sosial təcrübə, etiqad və bütün fəaliyyət növlərinin məcmusudur; 

  • Mədəniyyət - insan davranışını normaya salan əxlaqi imperativlər və qaydalar məcmusudur. Burada mədəniyyət əxlaq, etik davranış, səliqə, savad, mənəvi dəyər və intellekt göstəricisi kimi çıxış edir. 

  • Mədəniyyət - mədəni institutlar səviyyəsində kitabxana, klub, teatr, muzey, ali təhsil müəssisələri və s. kimi anlaşılır. 

Bu fikirləri ümumiləşdirsək “Mədəniyyət” sözü : 
1) insan cəmiyyətinin istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu; 
2) hər hansı xalqın müəyyən dövrdə əldə etdiyi nailiyyətlərin səviyyəsi , təsərrüfat və ya zehni fəaliyyətin hər hansı birisinin inkişaf səviyyəsi; 
3) savadlılıq, elmlilik, biliklilik, cəmiyyətdə özünü apara bilmə;t ərbiyəlilik; mədəni adamın tələbatına uyğun olan həyat şəraitinin məcmusu mənalarını ifadə edir. 
Mədəniyyət sözü həyatımıza dərindən sirayət etmiş, insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən çox işlək anlayış olmuşdur: müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə mədəniyyəti, səhnə mədəniyyəti,oxu mədəniyyəti, qulaq asma, dinləmə mədəniyyəti və s; şəhər mədəniyyəti kənd mədəniyyəti daha geniş mənada götürülərək konkret yerin-ölkə və ya qitənin adı ilə-Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mədəniyyəti, Çin mədəniyyəti və s deyilir, millətlə bağlı olaraq alman mədəniyyəti, fransız mədəniyyəti, türk mədəniyyəti anlayışları da mövcuddur. 
Mədəniyyət həyati proseslərlə paralel insanın qarşıya qoyduğu məqsədə doğru getdiyi yol və bu yolda əldə etdiyi yüksək göstəricilərdir.Bu proses bütün uğurlu işgüzar fəaliyyətlərin dərk edilməsini, istiqamətlənməsini və qorunmasını təmin edir. Tədricən insani münasibətlərə və onların dəyərlərinə aydınlıq gətirilir; mədəniyyət müxtəlif düşüncə sahibi olan insanların bir yerdə yaşaması, işgüzar ünsiyyət qurmasıdır – bu gücə yalnız mədəniyyət malikdir. 
Mədəniyyətin ən vacib xüsusiyyətləri bunlardır: dialoqlaşma, bu prosesdə mədəniyyət amillərinin çoxluğu və məntiqi nəticəsi; bu prosesin fasiləsizliyi; mədəniyyət faktı atributlarının bir sıra istiqamətə şaxələnməsi və mexanizminin qorunması və s. Bütün bunlar öz növbəsində bir-biri ilə sıx bağlıdır və onların əlaqəsini aşağıdakı şəkildə müəyyən etmək olar: mədəniyyət gerçək aləmdəki hadisələrə insani münasibətin təzahürüdür və bunlara məna, dəyər verir. Mədəniyyət anlamının mahiyyəti də spesifikdir: insanlar arasında xüsusi əhəmiyyət daşıyır, məhz insan faktoru üçün müəyyən bir məna kəsb edir və tədricən işarələrə, şərhə, izaha çevrilirlər. İstənilən işarə öz növbəsində obyekt və ya subyekt haqqında məlumat verir, şərh prosesində bu və ya başqa səviyyədə anlamını açır. Beləliklə, dialoqlaşmanın-işgüzar kommunikasiyanın mahiyyəti də mədəniyyət amilində müəyyənləşir. 
Dialoqlaşma prosesinin davamlılığı mədəniyyəti fasiləsiz edir: bu prosesin meydana gəlməsi üçün işarəvilik mədəniyyət faktları arasındakı müxtəlif istiqamətləri müəyyənləşdirir, yəni mədəniyyət amilinə çevrilə bilən hər bir şeyə təsir edir; ya bu mexanizmlərin işlənməsinə şərait yaradır, ya da nədən qurtarmağın yollarını göstərir. Öz növbəsində bu mexanizm təkcə ünsiyyət deyil, həm də qeyri-verbal, simvol, işarələr mədəniyyəti ilə maddi və mənəvi cəhətdən bir-biri ilə bağlıdır. Bu qarşılıqlı əlaqə müqayisə atributuna çevrilir, mədəniyyəti dərk etmək yolunda analoji-məntiqi və müfəssəl yanaşmanı tələb edir. 
Mədəniyyət hər hansı bir kollektiv üçün ümumi əhəmiyyət kəsb etsə də, həmin kollektiv və ya bir qrup insan eyni zamanda fəaliyyət göstərir və müvafiq sosial təşkilatlarda birləşirlər. Deməli, mədəniyyət həm də işgüzar kommunikasiyada eyni qrupda birləşən insanlar arasında ünsiyyət vasitəsidir. Mədəni ünsiyyət kommunikasiyanın ən yüksək formasıdır, hər hansı bir kollektiv üçün ümumi məna kəsb edir; məhz kollektivin yaranma səbəbi və onları birləşdirən amildir. Əsas funksiyası hər hansı bir strukturun tərkibində insanları bir-birinə qovuşdurmaqdır; insanlar ətrafında sosial mühit yaradır və bu mühit gələcək həyat üçün ictimai zəmin hazırlayır. 
Geniş anlamda mədəniyyət insan cəmiyyətinin işgüzar istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusudur. Bu nailiyyətlər insanların bir yerdə yaşamağını daha rahat təşkil etməyə yönəlib. Mədəniyyət anlayışının əsas mənbəyi insan, onun təfəkkür fəaliyyəti və ona verilən dəyərdir. Bunlardan biri də ünsiyyət, kommunikasiya mədəniyyətidir. 
Nitq təkcə hər bir fərdin danışıq səviyyəsinin deyil, həm də bütövlükdə mədəniyyətin göstəricisidir. Mədəniyyət fəaliyyəti zamanı insan tərəfindən yaradılmış və onun üçün səciyyəvi həyat formalarının məcmusu, həmçinin quruculuq və təkrar istehsal prosesidir. Bu mənada mədəniyyət anlayışı təbiət anlayışından fərqli olaraq, insanın iç dünyasını xarakterizə edir və özündə dəyər və normaları, etiqad və qanunları, bilik və bacarıqları, adət və ənənələri, dil və incəsənəti, texnika və texnologiyanı və s. birləşdirir. 
İşgüzar kommunikasiyada mədəniyyət davranış xüsusiyyəti spesifikliyi ilə fərqlənir: 
- etnosentrizm (milli mədəniyyətin başqalarından üstünlüyünə inam) ; 
- stereotip (bütün qrupa tətbiq olunan həddindən artıq sadələşdirilmiş davranış modeli);
- tolerantlıq (mədəniyyətlərarası fenomen kimi başqalarının inanc və təcrübələrini tanımaq) ; 
- empatik ( başqa birinin gözü ilə dünyanı görmək). 
İşgüzar kommunikasiyada mədəniyyət müxtəlif üsullarla millətin sosial normalarına təsir göstərir: 
- mədəniyyətin eksplisit və davranış nümunələri ənənəvi ideyalardan törəyən bir qrup insanın xarakterik nailiyyətidir; 
- bir tərəfdən fəaliyyət məhsulu kimi qəbul edilir, digər tərəfdən gələcək hərəkətlərin şərti elementlərinin başlanğıcıdır, davranış milli, ümumi modelə: dəyər, inanclara əsaslanır və hamılıqla qəbul olunur; 
- milli mədəniyyət kollektiv düşüncə proqramıdır. 
Azərbaycanın sosial və iqtisadi sahədə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutmaqla təmin edilir. 
Azərbaycan Republikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. 
“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra-Konsepsiya) Azərbaycan mədəniyyətinin inkişafının daxili və xarici təhdidlərdən (saxtakarlıq, mənimsəmə, təhriflər, tarix və mədəniyyət abidələrinin məqsədli şəkildə məhvi və s) qorunmasının və dünya mədəniyyətinə uğurlu inteqrasiyasının əsas istiqamətlərini, mədəniyyət hüquqlarının təminatı formalarını müəyyən edir. 
Konsepsiya mədəni sərvətlərin, o cümlədən maddi və qeyri-maddi mədəni irs nümunələrinin, Azərbaycanın xarici dövlətlərdə milli mədəni irsinin, beynəlxalq hüquq normalarına əsaslanaraq qorunması, bərpası, təbliği və təşviqi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 
Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunmasından ibarətdir. 
Mədəniyyətin əsas vəzifələri mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir. 
Nitqin əsas formaları və növləri

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin