128
Nefroloqların fəaliyyətində XBÇ xəstələri ilə işləmək əsas yer
tutur, amma buna baxmayaraq bu diaqnoz ilk dəfə nefroloq yox,
başqa mütəxəssislər tərəfindən qoyulur. Ona görə də ümumi təcrübə
həkimlərinin, terapevtlərin, ailə və sahə həkimlərinin bu məsələyə
düzgün münasibətinin böyük rolu vardır, çünki diaqnoz qoyulduq-
dan sonra xəstə düzgün istiqamətə yönəldilməlidir. Vaxtında qoyul-
muş diaqnoz, nefroloqun məsləhətinə göndəriş və nefroprotektiv
müalicə çox hallarda XBÇ proqressinin inkişaf sürətini yavaşıdır.
Digər tərəfdən müasir kliniki təbabətin ən uğurlu nailiyyətlərindən
olan itirilmiş böyrək funksiyasının tam əvəz olunması üçün effektiv
üsulların vaxtında seçilməsi mümkün olur.
XBÇ təsnifatı. Son 20-25 ildə müxtəlif alimlər tərəfindən XBÇ-
nin 20-dən artıq təsnifatının verilməsinə baxmayaraq onların demək
olar ki, heç biri hamı tərəfindən qəbul olunub istifadə olunmur.
Əvvəllər XBÇ mərhələsinin təyini üçün istifadə olunan qan
plazmasındakı kreatininin səviyyəsi yumaqcıq filtrasiya sürətini tam
əks etmir, çünki bu göstərici bədənin əzələ kütləsindən, yaş
həddindən, cinsdən asılı olaraq dəyişir. ABŞ-da Kidney/Dialisiz
Outcomes Quality İnutiative (K/DOQİ) milli böyrək fondunun son
illərdə verdiyi təsnifata görə XBÇ 5 mərhələyə bölünür (cədvəl 7).
Cədvəl 7
Dostları ilə paylaş: