MəMMƏdov qəRİb xəLİlov mahmud


b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir.  Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.   ç)



Yüklə 4,78 Mb.
səhifə165/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   161   162   163   164   165   166   167   168   ...   751
b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir. 

Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.  



ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit,  boksid, karbonat və silisium sü-

xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-

ki qraniti keçmiş biosferin izləri adlandırır.  

ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir. 

d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxarlan-

dırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud Yerin 

quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yaratmağa im-

kan vermiş və ona 70-75% nəzarət edir.  



e) Yerdə  gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının 

parçalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmiş-

dir); 

ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası 

biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın 

dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmosfer-

də olan konsentrasiya ilə müvazinət  (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon 

qazının konsentrasiyası okeanın səthində  və  dərinliyində  bərabərləşir. Bunun nəticəsində atmosferə CO

2

-nin 



atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası atmosferdə CO

2

-nin 



konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq ətraf təbii mühitin sabitliyini 

təmin edir.  

Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasi-

lidir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaran-

mışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan 

həyata qədəm qoyan zamandan bəri, yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.  

Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir 

hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer 

(okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında 

2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bəra-

bər yayılmışdır. O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin 

digər sahələrində olduqca zəngin (bol) və çoxmüxtəlifliyi ilə fərqlənir.  

Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sər-

həd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanların 

üst qatlarında, su hövzələrinin dibində  və xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ. 

Vernadski litosferdə orqanizmlərin ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmışdır. 

 



 

86


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin