MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə230/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   226   227   228   229   230   231   232   233   ...   751
 

Fotokimyəvi  duman 

Havaya daxil olan hissəciklər günəş radiasiyasını udaraq havanı dumanlaşdırıb  boz - qırmızımtıl rəngə çevi-

rir. Ən dəhşətlisi isə budur ki, müəsisələrdən və nəqliyyat vasitəsindən atmosferə buraxılan karbon və azot ok-

sidləri, kükürd qazı, qurguşun birləşmələri, toz və his havada toplaşaraq dumanla birləşir və insan orqaniziminə 

öldürücü təsir göstərən «smoq» adlı qarışıq əmələ ğətirir. 

1930-cu illərdən başlayaraq ABŞ-ın Los- Anceles şəhəri üzərində ilin isti vaxtlarında «smoq», yəni 70% 

nəmliyi olan duman ğörürməyə başladı. Bu hadisə «fotokimyəvi duman» adlandırıldı. Belə ki, «smoqun» əmələ 

gəlməsi üçün ğünəş şüası lazımdır. Bu şüalar avtomobillərin havaya buraxdığı karbon və azot oksidi qarışığın-

dan mürrəkəb fotokimyəvi çevrilmələr, maddələr yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə atmosfer-

də olan diğər çirkləndirici maddələrdən dəfələrlə yüksək olur.  

Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşagı salır, adamların gözləri,burun və boğaz qi-

şalarını  xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini kəskinləşdirir.  

Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini alır, sonra isə solur. 

Fotokimyəvi dumanlar metalları korroziyaya ugradır, rezin və sintetik rənglərin  catlamasına səbəb olur, pal-

tarı korlayır, nəqliyyatın işinə maneçilik törədir. 

Fotokimyəvi dumanların  əsas səbəbi avtomobillərin iş zamanı buraxdıgı qazlardır. Yüngül avtomobillər hər 

km- də 10 qrama qədər azot oksidi ayırır. Böyük avtomobil parkı olan Los - Ancelesdə ilin 260 günündə tempe-

ratur inversiyası müşahidə olunur.  

Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın fotokimyəvi duman əmələ 

gəlir.  


Günün 2-ci yarısında istiliyin artması nəticəsində inversiya zəifləyir, «smoq» yuxarıya dogru qalxır. Hazırda 

dünyanın bir sıra böyük şəhərlərində – Nyu -York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da fotokimyə-

vi duman əmələ gəlir. Bu, əsasən, avtomobillərin həddən çox olması ilə baglıdır. Məs: bütün dünyanın yolların-

da 300 mln-dan artıq avtomobil hərəkət edir. Los-Ancelosin havasını 3,0 mln, Parisin havasını 1mln.-a qədər 

avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin buraraxdıgı qazların dərəcəsi 90%-ə qalxır. 

 «Smoq» hadisəsi açı nətiçələr vermişdir. London şəhərində sıx dumanlar 1948, 52, 56, 57 və 1962- ci illərdə 

qeydə alınmışdır. 1952-ci ilin dekabırın 5-9 arasında  Londonun üzərində dayanan «smoqdan» 4 mindən çox 

adam ölmüşdür. İngiltərə mütəxəssisləri müəyyən etmişlər ki, bu qarışığın tərkibində bir neçə yüz ton tüstü və 

sulfat anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin yanvarında Nyu-Yorkun üzərində 96 saat qalan «smoq» nə-

ticəsində 400-ə yaxın adam zəhərlənib ölmüşdür. Zəhərli qazların miqdarı (kükürd anhidridi, azot oksidi, alde-

hidlər, xlorlu karbohidrogenlər) havada adi haldan 5-6 dəfə çox olmuşdur.  

Dəmiryol vagzalları və onların ətraf ərazilərinin atmosferi parovozlar və teplavozlar tərəfindən çirklənir. Ha-

zırda çox ölkələrdə, o cümlədən respublikamızda çəkici qüvvə elektiriklə əvəz olunduğundan bu sahədə çirklən-

mə xeyli aşagı düşmüşdür.Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Bakı  və  Gəncə  şəhərlərində  elektirik  

gücü  ilə  işləyən  tramvay  və  tralleybus  xətləri  çox  yerdə  sökülmüşdür.Havanın lokal çirklənməsi həmçinin 

daş kömür və digər ağır yanacaqla işləyən dəniz və çay gəmiləri tərəfindən müşahidə olunur.  

Hava nəqliyyatı da hazırda havanı çirkləndirən mənbə hesab edilir. J.Detriyə görə reaktiv təyyarələr uçuş za-

manı aşağıdakı qədər zərərli qarışıqlar ayırır: 




 

121


Aldehidlər – 0,7kq /m

3

, CO



2

 – 6,5 kq /m

3

, karbohidrogenlər – 1,7 kq /m



3

, azot oksidləri – 4,3 kq /m

3

, sülb 


hissələr – 6,3 kq /m

3

.  



Dizel mühərrikləri ilə işləyən traktor və kombaynlar da havaya zərərli komponentlər buraxmaqla  onu çirk-

ləndirir. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin