Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə248/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   244   245   246   247   248   249   250   251   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
254 
edəndə, onlar bir-birinin əlini möhkəm sıxırlar. Dostlar da
həmçinin bir qayda olaraq əllə görüşürlər, lakin qadınlar qucaqlaşır 
və bir-birini öpürlər. Məsələn, ailə daxilində olanlar görüşərək bir-
birini qucaqlayırlar. Başqa regionun əhalisi görüşərək 2-3, bəzən də 
4 dəfə bir-birlərinin yanaqlarından öpürlər. Fransızlar ailə daxili 
müracətdə bir-birlərinə “sən”, kənar şəxslərə “siz” deyə müraciət 
edirlər. Kənar şəxslərə “sən” deyə müraciət etmək nəzakətsizlik 
hesab olunur. Amma yaşlı adamlar uşaqlara, uşaqlar da öz 
aralarında bir-birlərinə “sən” deyə müraciət edirlər.
Fransız xalqının milli hissləri. Cənublu fransızların 
hərəkətlərinin arxasında çox vaxt təbii fikirlər və hisslər durur. 
Burada şəxsi münasibətləri, insanların bir-biri ilə əlaqəsi əsasən 
tanışlıq üzərində qurulur. Bu qarşılıqlı əlaqələrdən də adətən 
“müştəri” termini yaranır ki, bu da bəzən dairəvi formada 
rüşvətxorluqla əlaqələrə gətirib çıxarır. Onun bəhrəsini də yerli 
klanlar və mafiya qrupları görürlər. Demək olar ki, bütün cənub 
fransızlarının sifətində sadəlövh cizgisi var. Lakin onlar hiyləgər, 
lağlağı və danışqan adamlardır. Çox tündməcaz olurlar.
Şimalla Cənub arasındakı fərq onların tarixi taleləri ilə də 
müəyyən edilir. Ölkənin Cənub hissəsi Roma Qalliyasından əmələ 
gəlib. Əsasən rum mənbələrində qallar cəsarətli, zirək, fərasətli, 
gözəl danışmağı bacaran, ünsiyyətcil, lakin ehtiyatsız, şöhrətpərəst, 
qərarsız, tamamilə qayda-qanuna riayət etməyən xalq kimi təsvir 
olunmuşdur. Əlbəttə ki, fransızlar öz xüsusiyyətlərini yaxşı bilir, 
özlərinə hesabat verməyi bacarırlar.
Fransızların təbiətə münasibəti. Fransanın bənzəri olmayan 
ərazisində çoxlu təzadlar və müxtəliflik görmək mümkündür. 
Fransada yolun hər döngəsində mənzərə dəyişilir. Aralıq dənizinin
Cənubunda bütün rənglər açıq çalarlıdır. Burada çoxlu şam və 
zeytun ağaclarına da rast gəlinir. Fransa müxtəlif balıq növləri ilə 
də zəngindir. Bu ərazinin sıldırım dağları, təpələri vardır. Fransanın 
Cənubu isti iqlimə mənsub olduğundan, aydın təbiət buranın 
insanlarının da təbiətinə uyğun gəlir. Fransanın şimalında isə 
əksinə, heç nə günəşli cənubdakı kimi deyildir. Səma tez-tez yağışlı 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin