Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


XV–XVIII əsrlər Azərbaycan fəlsəfəsinin xüsusiyyətləri



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə141/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   307
333 felsefe muhazireler toplusu eyani

XV–XVIII əsrlər Azərbaycan fəlsəfəsinin xüsusiyyətləri. 
XV– XVIII əsrdə 
Azərbaycan tarixinin ən mürəkkəb dövrüdür. Teymur imperiyasının süqutu, Səfəvi-
lərin hakimiyyətə gəlməsi, ardı– arası kəsilməyən müharibələr, dağıntılar, iqtisadi 
böhranlar heç də mədəniyyət, elm və fəlsəfənin inkişafının qarşısını kəsə bilməmiş-
di. Sufilik, hürufilik və s. cərəyanlar inkişaf edib yayılırdı. Bu dövrdə islam ideolo-
giyası hakim ideologiya kimi özünü tam şəkildə təsdiq edirsə də, müxtəlif ideyalar 
da münbit zəmin əldə edən kimi inkişaf edirdilər. İslama qarşı çıxan bidətçilik və 
mötədillik ideyaları geniş yayılmışdır. Bu dövrdə hürufilik, xəlvətilik təriqətləri su-
fizm zəminində yaranıb inkişaf etmişdir. Həmin dövr müxtəlif ideoloji cərəyanlar 
və təlimlər arasında gərginləşən ziddiyyətlərin həll edilməsi onlara yaxınlaşma pro-
sesini gücləndirir, ideologiyada sinkretizm yaradırdı. XV– XVI əsrlərdə sufilik, iş-
raqilik, kəlam, peripatetizm cərəyanlarından, demək olar ki, heç biri əvvəlki əsrlər-
də malik olduğu məzmunu xalis şəkildə saxlamamışdı. Z.Məmmədovun fikrincə, 
həmin dövrdə universal yaradıcılıq yoluna qədəm qoymuş filosof və mütəfəkkirlə-
rin elmin bütün sahələrinə aid yazdıqları müxtəlif mövzulu əsərlər tədqiqatdan daha 
çox təbliğat səciyyəsi daşıyırdı. Burada, ilk növbədə, sanki mövcud elmləri yaşat-
maq, onu daha anlaşıqlı, dövrün tələbinə uyğun şəkildə yeni nəslə çatdırmaq məq-
sədi güdülürdü.
 
XV əsrdən başlayaraq bu filosofların əksəriyyətinin yaradıcılığında 
şərhçilik daha geniş yer tuturdu. 
XV əsrdən etibarən Azərbaycanda yayılan təriqətlərindən biri də mötədil sufi 
baxışlarını təmsil edən xəlvətilik olmuşdur.
Xəlvətilik 
öz adını ərəb sözü olan "xəlvət"dən götürüb. 
Xəlvət
- insanların 
görmədiyi, gizlin, yalnız qala biləcəyin yerdir. Xəlvətə çəkilmək, Yaradanla baş-
başa qalmaq İslamdan öncə də mövcud olmuşdur. Hələ Məhəmməd peyğəmbərin 
gənc yaşlarında Hira mağarasına – xəlvətə çəkilərək saatlarla, bəzən günlərlə Tan-
rını düşünməsi haqqında qaynaqlar var. Ünlü İslam filosofu və sufisi Muhyiddin 
ibn Ərəbi (1165-1245) xəlvətə çəkilməyi belə izah edir: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin