Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Korroziya
Metalın kimyəvi və ya elektrokimyəvi təsir
nəticəsində pas tutaraq aşınması. Boru
kəmərlərinin, polad çənlərin və digər metal
konstruksiyaların paslanması
və
yeyilməsinə
səbəb olan mürəkkəb
elektrokimyəvi təsirlərdir.
Ktenofor (daraqlılar)
Daraqlılar tipinə aid olan və üzmək üçün
istifadə etdiyi səkkizcərgəli daraqşəkilli
kipriyə malik şəffaf, həlməşik bədənli
müxtəlif dəniz orqanizmlərinin hər hansı
növü. Həmçinin dəniz darağı kimi də
tanınır.
Kumulyativ təsir
Özü-özlüyündə
əhəmiyyətli təsir
göstərməyən, lakin gələcəkdə nəzərdə
tutulan işlərin təsirləri ilə birlikdə daha
böyük və daha əhəmiyyətli təsir(lər)ə
səbəb ola bilən ekoloji və/və ya sosial-
iqtisadi aspektlər.
Küləklər gülü/ küləklər diaqramı
Konkret bir sahəyə təsir göstərən hər bir
tərəfdən əsən küləklərin tezliyini və
gücünü əks etdirən şüaşəkilli xətlərin
diaqramı.
Qabaqlayıcı qazma işləri
Dəniz qurğuları quraşdırılan kimi ilkin
hasilatı sürətləndirmək üçün öncədən
həyata keçirilən qazma işləri.
Qalıq təsirlər
Qalıq təsirlər həm layihənin əsas kimi
qəbul edilmiş variantında nəzərdə
tutulmuş, həm də əsas varianta əlavə
olaraq hazırlanmış təsirazaltma tədbirləri
görüldükdən sonra qalan təsirlərdir.
Dostları ilə paylaş: