Qamış-bataqlıq ərazi Yağıntılardan sonra səth sularının
müvəqqəti toplanması ilə əlaqəli olan bitki
toplumu, bu toplumda Tamarix meyeri
kolları üstünlük təşkil edir və buna, adətən,
çökəkliklərdə və drenaj xətləri boyunca
rast gəlinir.
Qamışlıq Dayaz sulu yerlərdə və ya həmişə rütubətli
və yumşaq olan torpaqda iri dəstələrlə
bitən hündür bitkilər.
Qarınayaqlılar İlbizlər kimi qarınayaqlılar sinfinə mənsub
olan müxtəlif molyusklardan hər hansı biri.
Qazılmış şlamlar Qazma nəticəsində süxurlardan ayrılmış
və dövr etdirilən qazma məhlulu axını
vasitəsilə səthə çıxarılmış kiçik süxur
hissəcikləri.
Qazma baltası Süxurları deşmək üçün istifadə olunan
qazma aləti.
Qazma flüidləri Yataqdan neft quyusunun səthinə axan
formasiya flüidinin tərkibindəki neft, qaz və
su qatışığı (adətən, geoloji formasiyalarda
yaranan mayelər və qazlar).
Qazma kolonu Qazma baltasını qazma qurğusu ilə
birləşdirən boru təşkil etmək üçün bir-
birinə
bərkidilmiş polad boruların
uzunluqları. Kolon lülənin qazılması üçün
fırladılır və qazma flüidlərini baltanın
qazma ucluğuna ötürür.
Qazma məhlulu Qazma borusu (kolonu) və qazma baltası
vasitəsilə quyunun dibinə vurulan su və ya
neft ilə və kimyəvi aşqarlar ilə qarışdırılmış
halda olan xüsusi gil. Qazma məhlulu
qazma baltasını sürətlə soyudur, qazma
borusu quyu lüləsində fırlandığı zaman
onu sürtkü vasitəsilə təmin edir, süxur
şlamlarını səthə daşıyır və quyu lüləsinin
divarlarının uçmasının qarşısını alan bir gil
qabığı (örtük) rolunu oynayır. Həmçinin
qazma flüidi də adlandırılır.
Qazma qurğusu Quyunun qazılması üçün zəruri olan
avadanlıqları təsvir edən ümumi termin.