Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Rixter cədvəli
Hər hansı zəlzələnin
dərəcəsini göstərən
cədvəl.
Sahildən dənizə müvəqqəti yol
Çıxıntı formasında iki sahəni bir-birindən
ayıran
torpaqdan tökülmüş mühəndis
qurğusu.
Saxsı parçası
Saxsı məmulatın hər hansı fraqmenti
Sazlama
Bu iş qurğunun quraşdırıldıqdan sonra
həyata keçirilməyə başlanılır və sazlama
zamanı bütün
birləşmələr və
kommunikasiya xətləri istismar sınağı və
işəsalma mərhələsi üçün işlək vəziyyətə
gətirilir.
Səhralaşma
İqlim dəyişikliyi,
yaxud torpaqdan
destruktiv istifadə
nəticəsində
əkin
yerlərinin və ya məskunlaşma üçün yararlı
olan torpaqların səhraya çevrilməsi.
Sement
Su ilə qarışdırılarkən bərkiyən (quruyan)
yapışdırıcı funksiyasına malik tozlu
maddə.
Sement çox vaxt beton
hazırlamaq üçün doldurucu materialları
(məsələn, qum və çınqıl) bir yerdə
bərkitmək (yapışdırmaq) üçün istifadə
olunur.
Dostları ilə paylaş: