173
Ay İlyas qağa (Şair dostum İlyas Tapdığın 75 illik yubileyi münasibətilə) Səninlə hər zaman fəxr edirik biz,
Bizə şöhrət-şansan, ay İlyas qağa!
Dillər əzbəridir şeirləriniz,
Sən xoşbəxt insansan, ay İlyas qağa!
Əlinə qələmi alandan bəri,
Kağıza tökülüb alnının təri.
Həyatda baş verən incəlikləri,
Düşünüb duyansan, ay İlyas qağa!
Gəzib dolanırsan öz aləmində,
Qovrulub-bişibsən söz aləmində.
Adın yaşayacaq saz aləmində
Sənətə uyansan, ay İlyas qağa!
Bu dağların sərvətindən halısan,
Çiçəkdən süzülmüş beçə balısan.
Bizim şairlərin ağsaqqalısan.
Dosta mehribansan, ay İlyas qağa!
Mən Dağlaroğluyam, ucadır başım,
Yubileyin mübarək, əziz qardaşım.
Demə yetmiş beşə çatıbdır yaşım,
Sən hələ cavansan, ay İlyas qağa!
Sən hələ cavansan, ay İlyas qağa!