Èëéàñ Òàïäûã
184
Ay ustad
Zaman məni elə hala salıb ki,
Əyriyə də düz deyirəm, ay ustad.
Bir alçağa bilə-bilə baş əyib,
Astara
da üz deyirəm, ay ustad.
Hər gün çevirirəm haqqa üzümü,
Tanrı da rüşvətsiz demir sözünü.
Elə itirmişəm
özüm-özümü,
Əlliyə də yüz deyirəm, ay ustad.
Sazı ələ salıb, qırdılar simi,
Bütöv varlığımın laxladı himi.
Ağlını itirmiş sərxoşlar kimi
Çaşıb
qaşa göz deyirəm, ay ustad.
Qalmayıb başımda nə ağıl, nə huş,
Baharı bəd gəlmiş ilimdən soruş.
Bütün yeri-göyü bürüyüb bayquş,
Səyyad yanır,
döz deyirəm, ay ustad
Dostları ilə paylaş: