Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə237/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   233   234   235   236   237   238   239   240   ...   253
Müzahim İsmayılzadə 


Èëéàñ Òàïäûã 
 
180 
* * * 
2005-ci ilin iyul ayının 28-də xalqımızın ziyalı oğlu, Gədəbəy 
Rayon  İcra Hakimiyyətinin başçısı Kamran Rzayev şair  İlyas 
Tapdığııı 71 illiyi münasibətilə Gədəbəydə böyiik bir şeiir məclisi 
təşkil etmişdi. 
 
İki min beşinci il ortası yayın, 
Dağların döşündə gül yığın-yığın, 
Böyük el şairi İlyas Tapdığın, 
Yetmiş bir yaşında dayandı zaman, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Qocadağ Şahdağa sarı baxırdı, 
Sanki baxışından şimşək çaxırdı, 
Mahnı süzülürdü, şeir axırdı  
Gözəl Gədəbəyin bulaqlarından, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Hər qəlbdə neçə min arzu yanırdı, 
Hamı bir-birini qardaş sanırdı, 
Dağlar bu birlikdən vüqarlanırdı, 
İnsanlar can deyib eşidirdi can
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Güllər bir-birinə eyləyirdi naz, 
Elə bil təzəcə açılmışdı yaz. 
Aşıq İsfəndiyar sinəsində saz
Meydan sulayırdı, eləyirdi qan, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Vətən torpağının xoş təbiəti
Məftun eyləmişdi Cavad Heyəti. 
Dindikcə dilində el məhəbbəti, 
Sevinclə gülürdü Təbriz, Savalan, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
Áèáëèîãðàôèéà 
 
181 
Şairlər yurdunun qoca, cavanı, 
Hörmətlə dinlədi Oqtay Rzanı, 
Andıqca qürbətə dönən Şuşanı, 
Şuşa dağlarından qalxırdı duman, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Musa Ələkbərli dağ vüqarıyla, 
Dosta sədaqəti, etibarıyla, 
Açmışdı qəlbini min bir barıyla. 
Sanki püskürürdü oyanmış vulkan, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Dəmir Gədəbəyli dağlar övladı, 
Qaynar bulaqlar tək coşdu, çağladı, 
Yamaclar, cığırlar, izlər ağladı, 
İlyas qağamız da kövrəldi yaman, 
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Dinlədikcə Nahid Hacızadəni, 
Dağlar öz başından dağıtdı çəni, 
Oğuz mərdlərinin şanlı vətəni, 
Sənətkar sözünə olmuşdu heyran
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Tanrı töhfəsiydi o məclis, o tam, 
Bir əlində sazı, bir əlində cam. 
Mənim alim dostum tarixçi İlham, 
Nəğməkar bülbülə dönmüşdü inan
Bir şeir məclisi qurmuşdu Kamran. 
 
Fəsillər dolanıb keçsə də illər, 
Açılsa da güllər, axsa da sellər. 
Gəlsə də dünyaya neçə nəsillər
Məzahir o günü unutmaz bir an, 
Bir şeir məclisi qurmuşdu Kamran. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin