Èëéàñ Òàïäûã
182
Bil
Şeir-sənət mülkündə sən,
Yaxşı oxu, bu adı bil:
Səməd Vurğun yadigarı,
İlyas Tapdıq ustadı bil.
Gümüşüdü - saçın qarı,
Qızılıdı şeir varı,
Köməksizin mədədkarı,
Hər vaxt meyli dostadı bil.
Səyyad, deyil yolu çaşqın.
Ömrü təzə zirvə aşsın!
Özü sakit, təbi daşqın,
Hər sözündə astadı bil!
Balasıyam
Ünvanımı soruşursan,
Uca dağlar balasıyam.
Gədəbəydə doğulmuşam,
Bulaqların aynasıyam.
Yağılardan qisas alan,
O dağlarda məğrur qalan,
Qartal üstə qanad salan,
İsgəndərin qalasıyam.
Sözlərimdə yoxdu qələt,
Xoş dillərdən aldım xələt –
Yanıramsa mən də əlbət,
“Yanıq Kərəm” nəvəsiyəm.
Áèáëèîãðàôèéà
183
Çənlibelin gülü yazdı,
At üstəyəm, at murazdı.
Sinəm üstə telli sazdı,
Onu zildə çalasıyam.
Səyyad mənim öz adımdı,
Elim qolum, qanadımdı.
İlyas Tapdıq ustadımdı,
“Baş Sarıtel” havasıyam.
Dostları ilə paylaş: