|
Yerindədir
Qağa, soruşursan dağlarda nə var,
Hələ tərpənməyib tar yerindədir.
Bərədə ovçular, zirvədə qartal
Elə əvvəlki tək var, yerindədir.
Tutub gədikləri qışın ordusu,
Bərk hücumdadı, yoxdu qorxusu.
Qəti hiss olunmur yazın qoxusu,
Keçən ildən yağan qar yerindədir.
Áèáëèîãðàôèéà
185
Baxdım tanımadım düzü dağları,
Sır-sıra bağlamış buz bulaqları.
Dərman üçün çox axtardım bağları,
Güclü xəzan vurub, xar yerindədir.
Keçmişimdən çox danışdı babalar,
Səyyad yenə tarixləri varaqlar.
Buzdan dirsəklənib qədim qalalar,
Sinəmdən asılan qor yerindədir.
Dostları ilə paylaş: |
|
|