Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə234/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   230   231   232   233   234   235   236   237   ...   253
  Mələk Sayım 
Áèáëèîãðàôèéà 
 
177 
Xalq şairi İlyas Tapdığa 
 
Ülvi salamlarla, ay İlyas Tapdıq, 
Görüşə səsləyir bu dağlar səni. 
Vədə çatdı, el qayıtdı qışlağa, 
Arayır kimsəsiz yaylaqlar səni. 
 
Baldırğanlar, quzqulaqlar quruyub
Zirvələri çiskin, duman bürüyüb, 
Comaların bel kərəni çürüyüb
Xatırlar gəzdiyin oylaqlar səni. 
 
Qalmayıb qarağat, moruq, çiyələk 
Arxaclarda ağarışır göbələk, 
Nağıltək xatırlar o küskün mələk
Bir də o cığırlar, çaylaqlar səni. 
 
Bıçaqla ağaca yazdığın o ad, 
Çoxdan sənsizləşib, qoparır fəryad, 
Səsləyir o sevgi, o ləzzət, o dad, 
Yelləncək qurduğun budaqlar səni. 
 
Yurd yeriniz çoxdan uçub-tökülüb
Pərdiləri zaman kimi sökülüb, 
O qız da qocalıb, beli bükülüb
Öpüşə səsləyir bulaqlar səni. 
 
Kərəməm, yetişdi ömrün payızı, 
Başa qırov salıb qışın ayazı, 
Pozulub üstünə yazdığın yazı, 
Axtarır həmən o yarpaqlar səni. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin