Èëéàñ Òàïäûã
14
İlyas Tapdıq şeirlərindən deyimlər
İlyasam, el üçün qaynayır qanım,
Elsiz kimə gərək şeirim, dastanım,
Bu barlı-bəhrəli Azərbaycanın
Bir kiçik parçası Gədəbəydədir!
****
Çəkdiyi dağları sinədən silməz,
Bəla çaylarına körpü çəkilməz...
Sirri içindədir – fələk də bilməz,
Açmayıb nə qədər falı bu dünya!
****
Ömür qopar bir gün tağdan –
Qədrini bilmək yaxşıdır.
Qorxa-qorxa yaşamaqdan,
Mərdliklə ölmək yaxşıdır.
****
Sökən olma, qardaş, sökən,
Baltalama dirəyini, pərdəni;
Təzə yurdda
çəkmə
Köhnə yurdun dərdini!
****
Səhnədə şöhrət də, faciə də var,
Böyük bir həyatdır səhnə aləmi.
Áèáëèîãðàôèéà
15
****
Ac nəfsin ömrünə qənim kəsilən
Tamahkardan ibrət götürməyəcəm!
****
Şeirimin canıdır bu el,
bu Vətən,
Boş sözü bu elə ötürməyəcəm!
****
Adlar batır, yeni adlar törəyir,
Ocaq sönür, yurdda otlar göyərir.
Doğmalardan qorxunc yadlar törəyir,
Qoyma arta, vədəsində bil dərdi.
****
Yolunda kim daş qırar
Yola çəkər bulağı –
Suyu şirin deyilsə?!
****
Dayanıb daş olduq əli qoynunda:
Quruyan ağacın sahibi kimdir?
Çinar torpağında, palıd
yurdunda
Ağacı quruyan yollar yetimdir!
****
Bu yalan dünyaya doğru gəlməyim
Bəlkə bu dünyaya yamanlığımdı.
Əlimdən yapışan yaxın həmdəmim,
Nakam uşaqlığım, cavanlığımdı.
****
Hara çəkir bu dünyanı yedəklər?
Bilən varmı,
dərdi nədir, səri nə?!
Öz oduna özü yanan ürəklər
Sərniyərmi çəkilməklə sərinə?!
Èëéàñ Òàïäûã
16
****
İnsan kaş ki, dünyanı
Nəğmələrlə yatıra,
Nəğmələrlə oyada!
****
Unutmayın eldə ana-bacı var,
Çiçəklərin xırman-xırman tacı var.
Gorbagora qahmar çıxan payçı var,
Ay-ulduzlu pak nişanı qoruyun!
****
Üçrəngli bayrağımız,
Paytaxtımız, gerbimiz,
Himnimiz, dinimiz var.
Dünya
həsəd aparan
Sərvətimiz, varımız,
Şəhid qanı çilənən
Torpağımız, ağrımız,
Taleyi daşdan keçən
Soyumuz-elimiz var.
****
Gecə-gündüz öz xeyrini güdənin
Bu millətdən danışmağa haqqı yox!
Tamahının yedəyində gedənin
Səxavətdən danışmağa haqqı yox!
****
Ac olsan da aclığını bildirmə,
Nəfsin üçün vüqarını öldürmə,
Sınaq olar – dostu-yadı güldürmə,
Danışılar şenliyini unutma.
Áèáëèîãðàôèéà
17
****
Heç
fikir eləmə -
artmadın asan,
Çoxları həyatda yerini tutmur.
Çalış əməlindən sıxılmayasan,
Xəcalət tərini günəş qurutmur.
****
Mən İlyasam, bir həmdəmim yar idi,
Xəyalıma yerlər, göylər dar idi.
Cavan idim, bir ürəyim var idi,
Ata oldum, üç paradır ürəyim.