IV FƏSİL
«İskəndərnamə»
Nizaminin axırıncı əsəri «İskəndərnamə»dir ki, onun vasitəsiylə ağıl və qələminin
gücünü göstərmişdir. Şair, tanınmış sərkərdə İskəndər Zülqədəri əsas surət seçməklə
həm dastanı maraqlı etmiş, həm tarixi simanı ədəbiyyata gətirmiş, həm də öz fikir və
mülahizələrini əxz etdirməyə çalışmışdır. O, əfsanəvi ağıl şəhəri simasında şəriət, təbiət,
ictimaiyyət, behcət və səadətin bir məkanda mümkün olacağı ideyasını göstərmişdir.
Bu bilik şəhərində bərabərlik, azadlıq, qardaşlıq, kimi nəcib işlər hələ Nizaminin
ilk əsəri «Sirlər xəzinəsi»ndə özünü göstərmişdir. İskəndər obrazı əsasında şair bir
mühəndis və memar kimi dünyanı sanki özü tərtib etmiş, onun gərdişini və keçmişdə,
indi və gələcəkdə görmüşdür. Bu əsərdə Şərqlə Qərbin təması, dünyanın məhvəri,
82
müharibə və sülhün əlaqəsi öz təntənəsini tapır. Nizami bütün bunları İskəndərin
simasında cəmləşdirib vermək istəmişdir. Əsər iki hissədən ibarətdir. «Şərəfnamə»də
İskəndərin fatehliyi və kiçik bir zaman çərçivəsində dünya ölkələrinin çoxunu
tutmasından, onun şərəf və qabiliyyətindən bəhs edir. Ancaq Nizamiyə görə hər bir
hərbin sonu sülhdür prinsipi əsərin ikinci hissəsi «İqbalnamə»də (bunu bəzən
«Ağılnamə» də adlandırırlar.
İskəndərin İran şahı Dara və ruslarla müharibəsi onun iyirmi yaşından iyirmi yeddi
yaşına qədər təsadüf edir. o, Misir, Babil, Hindistanı ələ keçirir. Nəhayət qıpçaq torpa-
ğına, Bərdəyə yürüş edir. İskəndər hətta əbədi yaşamaq üçün dirilik suyu axtarır. 7 illik
döyüşlər və cahangirliyi İskəndəri peyğəmbərlik mərtəbəsinə qalxmağa sövq edir. lakin
bu arzu ona 16 ildən artıq nəsib olmur. O 36 yaşında ölür. Ancaq onu demək lazımdır
ki, İskəndər o qədər filosofları başına toplamışdır ki, özü də alim kimi olmuşdur. Bu da
ona döyüş taktikasında kara gəlmişdi. İskəndər tutduğu ölkələrin xalqlarına zülm
etməmiş, əraziləri dağıtmamışdır. 27 yaşlı İskəndər peyğəmbər adı alır. Dərbənd üçün
«qapı» və «bənd» düzəltdirir. Digər tərəfdən İskəndər filosof Flippin oğlu olduğundan
ağıllıdır. Bunun nəticəsidir ki, «hakim» və «həkim» ideyası ona yabancı deyil. Nizami
dünyanın hər yerində ağıllı adamların olacağına işarə edir. Şair, Qərblə Şərqi birləş-
dirərək dünyanın bir olduğunu izah edir. Bu filosofluq və fəlsəfə Nizaminin qəhrəma-
nından çox onun özünə aiddir. Nizaminin yazılarında şairin təxəyyülü olsa da, əksər
məxəzlərdən istifadə etdiyi heç şübhəsiz nəzərə çarpır. Şair atəşpərəstlikdən çox söhbət
açır. Həqiqətən bu islamdan daha qədimə gedib çıxır. İskəndərin igid bir sərkərdə ol-
duğu Firdovsinin «Şahnamə» əsərindəki Rüstəm pəhləvan obrazına çox yaxındır. Niza-
mi qəhrəmanlıq motivlərindən məharətlə istifadə etmişdir. Nəticədə əsrlər ötür, böyük
rus yazıçısı Lev Tolstoy özünün məşhur romanı «Hərb və Sülh»də bunu təsdiq edir.
İskəndərin zəncilərlə döyüşündə həm sərkərdəlik bacarığı, həm də elmi ona çox
kömək edir. Əsir zəncilərdən birini seçib onu öldürtdürür və ətini bişirib yeyəcəyini əmr
edir. Əslində isə o qara qoyunu bişirib başını yeyir. Zəncilər onu adamyeyən zənn edib
83
qaçırlar. Bu xəbər tezliklə Misirə yayılır. Bu psixoloji təsir Misirin daha tez məğlub
olmasıyla nəticələnir.
Nizami Gəncəvi böyük məharətlə göstərir ki, bəzən qılıncın gücündən elmin gücü
daha böyükdür. Bu üsulla İskəndər tutduğu ölkələrin çoxunu müharibəsiz təslim edirdi.
Nizaminin İskəndəri Bərdəyə gətirməsi şairin öz təxəyyülü idi. İskəndər bu yerlərə
heç vaxt gəlməmişdi. Onun Nüşabə ilə qarşılaşması səhnəsi çox maraqlıdır. Arranda
qonağı duz-çörəklə qarşılayırlar. Nüşabə isə bir boşqabda xörək əvəzinə İskəndərin
qarşısına qızıl və gövhər qoyur. Buna məəttəl qalan İskəndər Nüşabə xanımdan soruşur
ki, bu nədir? Cavabında eşidir ki, sən bura xörək yemək üçün deyil, var-dövlət üçün
gəlmisən, buyurub apara bilərsən. Nüşabənin bu müdrik cavabı İskəndəri Bərdədən
əliboş getməyə vadar edir. Nizami ağlın hər şeydən üstün olduğunu bir daha göstərməyə
çalışır.
Lakin İrana hücum edən İskəndər bir çox sahəni tutur. O, Gilandan Reyə və
Xorasana hərbi yürüş edir. oradan Hindistana hərbi səfər etdiyini görən Hind şahı
müharibənin qarşısını almaq üçün öz qızını, bir həkim və bir filosofu İskəndərə hədiyyə
edir. Bunu görən Çin xaqanı ölkəsinə hücum olmasın deyə, Bərdə hökmdarının
siyasətindən istifadə edir və düşünür ki, müharibəyə qalsa İskəndər güclüdür, məğlub
olacaq. Böyük ikramiyyə təşkil edib, İskəndərə hədiyyələr verməklə sülhə nail olur.
Üstəlik xoşüzlü və incəsəsli bir kənizi ona verir. Bütün bunların fonunda ruslar Bərdəyə
hücum edir, oranı dağıdıb İskəndərin dərin rəğbətini qazanmış Nüşabəni əsir götürürlər.
İskəndər bu hadisədən kədərlənir və Nüşabəni ruslardan xilas etmək üçün Arrana,
Bərdəyə gəlir.
Nizami bu qıpçaq torpağına ona görə belə bağlı idi ki, öz Afaqı bu yerlərdən idi.
İskəndər demək olar ki, bütün Şərqi tutmuşdur. Budəfəki, Qıpçağa gəlişində
qadınların kişilərlə bərabər düşmənə qarşı vuruşduğunu, açıq üzlə örtüksüz gördükdə
heyrətə gəlir və onların üzlərini örtməsini kişilərdən xahış edir. lakin cavab alır ki,
qadınların həqiqi gözəlliyi örtük altında itir. Bu fikir İskəndərin xoşuna gəlir və o
razılaşır. İskəndər rus qoşunları ilə altı gün öz ordusuyla vuruşur. Yeddinci gün
84
müharibə İskəndərin qələbəsi ilə bitir. O, Nüşabəni rus əsirliyindən azad edir. Nizami
rusların iç üzünü açan ilk şairdir. Görünür Gəncəli şair öz mütaliəsi sayəsində dünya
xalqlarının əksəriyyətini yaxşı tanıyırmış.
Bu müharibədən sonra qoca bir kişi İskəndərə nəql edir ki, bundan sonra sənə
dirilik suyu tapmaq lazımdır ki, sən əbədi yaşayasan və o su bu yaxınlardadır, mən onun
yerini sənə göstərərəm. İskəndər Xızır adlı sərkərdəsini ora göndərir. Xızır suyu tapıb
ondan içir, lakin İskəndər yetişənə qədər su birdən yox olur. Xızır, İskəndərdən aralı
gəzməyə başlayır. Söz var ki, Xızırla birlikdə İlyas da o dirilik suyundan içib ki, o da
əbədi yaşayıb. Ancaq İskəndər 40 gün suyun axtarışında olsa da, nəticə əldə edə bilmir.
Öz qoşununun yanına qayıdır və naçar belə qərara gəlir ki, hər kəsin ölümü gəldikdə
ölməlidir. Oradan İskəndər rus torpağına yaxınlaşır. Burada şair əsərin birinci hissəsini
sona çatdırır ki, bu «Şərəfnamə» idi.
«İqbalnamə» şairin özünün qocalıq vaxtına təsadüf edir. Bu əsərin meydana
gəlməsi Nizaminin Rum tarix və ədəbiyyatından xəbərdar olması ilə əlaqədardır.
Nizaminin yunan dilini bilməsi də öz güclü təsirini göstərir. Əsər boyu yunan
filosoflarının «ağıl» və «ağılnamə»lərini göstərən gəncəli şair deyilənləri sübut edir.
burada şairin açdığı söhbətlər tarixə tam dəqiqliyi ilə söykənmir, rəvayətlər əsasında
qurulmuşdur. İskəndərin sevib hörmət etdiyi filosoflar arasında Sokrat xüsusi seçilirdi.
İskəndərin ona böyük hüsnü-rəğbəti var idi. Onu da qeyd edək ki, Nizami yunan, rum,
hind, misir və iran mədəniyyətlərindən bəhrələnmişdir. İskəndər peyğəmbərlik rütbəsinə
çatmasında başına topladığı alimlərin və aldığı elmin nəticəsində gəlib yetişmişdi.
Nizaminin 30 illik dastan yazma tarixi bununla sona çatır.
Müasir İran tədqiqatçılarından Ə.Zərrinkub daha böyük nüfuza malik bir alimdir.
O, Əfqanistan, Pakistan, Hindistan, Avropa və Oksford univesitetində çalışmış, Tehran
Universitetinin sayılıb-seçilən professorlarındandır. Nizami haqqında yazıları da öz
müfəssəlliyi ilə diqqəti çəkir. Lakin onun dediklərində ziddiyyətli fikirlər mövcuddur.
O, Gəncə barədə geniş və dolğun məlumat verir. Nizami əsərlərinin təhlilinə dəqiq
yanaşır. Lakin farslığa xas olan xüsusiyyət onu açıqca göstərir. Nizaminin farsca
85
yazması, onun farslığa dəlaləti, yaxud İraqdan köçüb gələn valideynlərinin fars
qəbilələrindən olması fikirləriylə qəti razılaşmaq olmaz. Əvvəla ona görə ki, İraqda
xeyli miqdarda türk qəbilələri yaşamış və indi də Türkmənlər əhalinin əsas hissələrindən
birini təşkil edir. Ikincisi əlimizdə dəqiq məlumat yoxdur ki, Nizaminin ata babası nə
zaman köçmüşdür? Ancaq məlum olan odur ki, Nizami Gəncə torpağında, Azərbaycanın
intibah dövründə anadan olmuş, burada yaşamış, yaratmış və burada da rəhmətə
getmişdir. Məzarı da bu ulu torpaqdadır.
Dostları ilə paylaş: |