1. Azərbaycan Atabəyləri Bu zümrə o Atabəylərdəndirlər ki, onlar 531 dən ta 622-yə qədər Azərbaycanda və
gah da İraqda hökmranlıq etmişlər. Şəmsəddin Eldəgiz bu dövlətin başında dururdu.
555-ci ildə İraq əmiri Süleymanşah İbn Məhəmməd devrildi, Atabəy öz oğlu Arslan İbn
Toğrulu səltənətə gətirdi. Beləliklə də İraqı da öz təsiri altına saldı.
Şəmsəddin Eldəgizdən sonra oğlu Məhəmməd Cahan Pəhləvan atasının yerini tutdu
və böyük qüdrətlə 568-ci ildən etibarən ta 581-ci ilə qədər hökümətin başında dayandı.
Əldən-ələ keçən hakimiyyət nəhayət Nüsrəddin Əbubəkir və Müzəffərəddin Özbəklə
622-yə qədər davam edir.
88
Atabəylərin yaxşı cəhətlərindən biri şairlərə və elm adamlarına fikir vermələri idi.
Bu cəhətdən Nizami kimi şair kənarda qala bilməzdi. Onlar dərk etmişlər ki, Nizaminin
bir yazısı böyük bir ordunun zəfəri qədərdir.