III FƏSİL
«Xosrov və Şirin»
«Sirlər xəzinəsi»nin yazılmasından bir il sonra, hələ onun təravəti bitməmiş
Gəncəli şair «Xosrov və Şirin» kimi ecazkar bir eşq əsəri yaratdı. Hələ indiyədək
«Xosrov və Şirin» dastanı kimi bir eşq, mehr, məhəbbət əsəri dünya ədəbiyyatına
gəlməmişdir. Bu əsər sadəcə eşq deyil, əxlaqi məsələləri özündə ehtiva edir. Əlbəttə,
Nizami özündən əvvəl yazan Firdovsinin «Şahnamə»sindən bəhrələnmişdir. Digər
tərəfdən Nizami, Ənsəri və Fəxrəddin Gürganidən də məlumatı var idi. Əgər Firdovsi
Şirin haqqında yazanda onun artıq 60 yaşı var idisə, Nizami bunu 40 yaşında etmişdir.
Bu yaşda eşqin təcəlliyatı daha güclü olur.
Gəncə və Bərdədə bu eşq dillər əzbəri olmuş və buradan Bağdad və Məkkəyə
gedən insanlar «Xosrov və Şirin»i hər yerdə yaymağa başlamışlar. Pərviz sarayı
Mədaində hələ də öz nişanələrini göstərir. Şirinin eşqinə çəkilən «süd arxı» Fərhadın
əfsanəvi adı və Şəbdizin daşlar üzərində çəkdiyi rəsmlər indi də qalmaqdadır.
Nizami, Firdovsinin dediklərini təkrarlamamış, əksinə bu sahədə yeni bir cığır açıb
ona ətirli bir təravət gətirmişdir. Həqiqətən Nizami bu əsəri yazmaqla öz qadını Afaqı
nəzərdə tutmuşdur. Nizaminin dövrü Atabəylər hakimiyyəti illərinə təsadüf edir.
Atabəy Cahan Pəhləvan, Toğrul İbn Arslan həm şeir, həm də musiqi vurğunu
olduğundan Nizamiyə böyük hüsnü-rəğbət bəsləmişlər, onu mükafatlandırmışlar.
Atabəy Məhəmməd Eldəgiz Bərdədə Nizami əsərlərinin yayılmasına şərait yaratmışdır.
Nizami 576-cı ildə bu əsəri Cahan Pəhləvana təhvil verir. Afaqın sonrakı ölümü isə
şairi sarsıdır və bu zaman oğlu Məhəmmədin 7 yaşı var idi. Atabəy öz vardatının bir
hissəsini şairə bağışladı, ancaq onun qəflətən ölümü 581-ci ildə şairin əliboş qalmasına
gətirib çıxartdı. Lakin Qızıl Arslan Nizamiyə hörmətinin nəticəsi kimi bir qism mülk
verib şairi ruhlandırdı.
72
Xosrov, Hörmüz şahın oğlu on yaşında ikən at sürməyi, qılınc tutmağı və ov etməyi
bacarırdı. 14 yaşlı Xosrov dünya axarışlarına başladı. Ustadı ona böyük ümid
bəsləyirdi. Şah onu bütün dünyada bəlkə canından çox istəyirdi. Camaatın onun ömrünə
dua oxumasını istəyən şah Xosrovun ədalətli olacağına, məmləkəti layiqincə
qoruyacağına inanırdı. Təsadüfən Xosrov bir günün səhəri seyr və ov üçün səhraya
gedir. Orada kef məclisi qurur. Sərxoşluq zəminində bir kəndlinin qorasını qoparıb,
üzüm tənəklərini əzdiklərinə görə xəbər şaha çatanda o, Xosrovu tənbeh etdi. Xosrov
hərəkəti müqabilində şahdan üzr istədi, şah onu bağışladı.
Daha sonra Xosrov yuxuda Şirini görüb ona vurulur. Bu hadisəni rəsam Şapura
danışır. Şapur göstərir ki, Dərbənddən Arrana və ta Ərmənə qədər Şirin adlı bir hökmdar
oranı idarə edir. Adı kimi özü də şirindir. Xosrov Şirini eşqin gücüylə sevir və onunla
evlənməyə qərar verir.
Şapur özünü bir ay içərisində Ərmənə çatdırır. Eşidir ki, Şirin 70 gözəllə dağ
ətəyindəki çəməndə əyləncə məclisi keçirir. Şapur Xosrovun şəklini bir ağacın
gövdəsinə çəkdiyi kağızda yapışdırır. Şirin qızlarla dolaşanda bu şəkli görür və şəklin
gətirib ona verilməsini əmr edir. Şirin şəklə baxdıqda şövqdən can quşu pərvazlanmağa
başladı. Bu vaxt Şapur oradan keçib diqqəti Şirinin onu göstərməsinə çəkdi. Şirin şəklin
kim olduğunu Şapurdan soruşdu. Şapur onunla təkbətək qalmağını xahiş etdi. Bu zaman
Xosrovun haqqında Şirinə danışdı. Şirin də Xosrovla maraqlandığı üçün Şapura söz
verdi ki, yenə bir gün qızlarla gəzintiyə gəlsin və atı Şəbdizlə onlardan uzaqlaşıb
Xosrovla görüşmək imkanı əldə etsin. Həmin bəhanə ilə yolunu Mədainə salır. Şirin kişi
libasında olur ki, onu tanımasınlar. Nəhayət, Şirin çeşmə başında bədənini yuyarkən
Xosrov onu görür və bir könüldən min könülə ona vurulur. Şirin də tanımadığı bir gənci
görəndə onun Xosrov olduğunu təxmin etdi. Lakin bir-birlərini tanımadıqları üçün
Xosrov Ərmənə, Şirin isə Mədainə tələsdi. Birinci tanışlıq belə bitsə də, Xosrov Şirini
görmək məqsədiylə Azərbaycana, Muğana, Ərmənə yol tutdu. Burada Şirinlə qarşılaşdı.
Şirin laqeyd qalmayıb onu tanıdı və evə dəvət etdi. Banu da şahı layiqincə qarşıladı.
Məhin bu eşqdən xəbərdar olduğundan Şirinə ağıl və məsləhət verdi. Xosrovu Şirinlə
73
tək buraxmadı. Ertəsi gün Şirin öz qız yaşıdları ilə Xosrovun sarayına gəldi. Orada
çovqan oynadılar, mahnı oxudular, lakin Xosrov Şirini təklikdə görə bilmədi. Şirin
xəlvəti şərait üçün Xosrova imkan yaratmadı. Şirin eşqbazlığı başqa bir vaxta saxladı.
Əli boşa çıxan Xosrov Konstantinopola üz tutdu. Rum hökmdarı öz qızı Məryəmi
izdivac üçün ora gətirdi. Bu zaman Xosrov Bəhramı döyüşdə yenib Mədainə qayıtdı.
Ancaq fikri Şirinin yanında qaldı. Şirin də Xosrovun ayrılığına biganə qala bilmirdi.
Məhin Banu və Şapur ona təsəlli verirdilər. Bir qədər sonra Məhin banu xəstələndi və
yatağa düşdü, özünü ölüm ayağında görüb saray və xəzinəsinin açarların Şirinə verdi,
canını tapşırdı. Ərmənin hökmdarlığı Şirinin ixtiyarına keçdi, o isə ədalətlə oranı idarə
etməyə başladı, lakin bundan o qədər də xoşhal deyildi. Çünki fikri Xosrovun yanında
idi. Bu xəyal da onu Xosrovun yanına Mədainə getməyə vadar etdi. Şapuru və bir neçə
qızı da özü ilə apardı. Xosrov, Şirinin bu gəlişinə sevinsə də, Məryəmlə əhdi-peyman
bağladığından eşqdən danışmadı. Xosrov Şapurla Şirinə xəbər göndərib eşqini bəyan
etdisə də, Şirin rədd cavabı verdi, isti hərarəti Şirinə təsir etdiyindən, o, süddən başqa bir
şey yeyib-içmirdi. Qəsrə isə südü hər dəqiqə gətirmək olmurdu. Bu zaman Şapur öz dərs
yoldaşı mühəndis Fərhadı Şirinin yanına çağırıb ondan süd arxı çəkməsini xahiş etdi.
Fərhad bu işi öz öhdəsinə götürdü. Süd arxının tamamlanmasına az qalmış Şirin
Fərhadın sənətinə baxmağa gəldi. Şirin Fərhadın bu qüdrətinə «afərin» deyib, hətta öz
sırğalarını qulağından çıxarıb onun ayaqları altına atır. Eşq dastanı da elə buradan
başlayır. Tezliklə hər yana yayılır. Bu xəbər Xosrova da çatır. Təbii ki, Xosrov buna razı
ola bilməzdi. O da Fərhadın sənətinə vurulur, Lakin Şirinin eşqi onu rahat buraxmır.
Daşlar üzərində çəkilmiş şəkillər və xüsusən Şirinin portreti Xosrovu heyran edir.
Fərhad Xosrovdan Şirini sevdiyini bildirib, ona kömək etməsini xahiş edirsə də, Xosrov
ona rəqib kimi baxır. Fərhad Bisitun dağında Şirinin, Xosrovun və Şəbdizin rəsmlərini
çəkir. Fərhad gecə düşəndə Şirinin heykəli qarşısında diz çöküb onun eşqiylə yaşadığını
dilə gətirir.
Xosrov rəqibini yox etmək üçün hiyləyə əl atdı və göndərdiyi qarı ilə Fərhada
Şirinin qəfil ölümünü söylədi. Fərhad Şirinsiz ömr etmək olmaz deyib öz külüngünü
74
başına vurub dünyasını dəyişir. Şirin bu hadisədən çox kədərlənib ağlayır. Xosrov isə
məktub yazıb Şirinə təsəlli verir.
Bir qədər sonra Məryəm ölür. Şirin də tənə ilə Xosrova başsağlığı verir. Şirin
tikanlı sözlərlə onu dalayır: «Əgər aləm bağından bir sərv gedibsə, özün qalmısansa,
alimin canı sənsən». Bu tənədən sonra Xosrov İsfahan gözəli Şəkərə bənd olur, lakin bu
eşq də nakam qalır. Bütün bunlardan sonra Xosrov Şirinin qəsrinə gəlib onunla
görüşmək istəyir. Şirin onu lazımi dərəcədə qarşılamır. Lakin Şirin Xosrovu sevdiyindən
bir qədər hərəkətindən peşman olur.
Nəhayət Şirin Şapuru görüb Xosrovla saraydan uzaqda tənha danışmaq istədiyini
bildirir. Onlar pərdə arxasında Şirinin Xosrovla danışması üçün şərait yaradırlar. Bu
şərtlə ki, Xosrov Şirinə əl vurmasın. Sonra da bu iş Xosrovla Şirinin birləşməsinə gətirib
çıxardır. Lakin Siruyə bundan istifadə edib Xosrovun yeni eşq macərasına tutulmasından
faydalanaraq taxta çıxır. Təbiidir ki, Xosrovun Məryəmdən olan oğlu Şiruyə Şirini qəbul
edə bilməzdi. İş belə gətirir ki, Şirüyə Şirini gördükdə o da Şirinə vurulur. Ancaq Şirin
təkcə Xosrovu sevdiyi üçün ona rədd cavabı verir. Şiruyədə olan kin və ehtiras atasını
öldürüb Şirinə sahib çıxmaq ideyasını qarşıya qoyur. Lakin o Xosrovu öldürsə də buna
müyəssər ola bilmir. Gözəl təbiət təsvirləri, dəbdəbəli həyat tərzi, eşq, mehr,
məhəbbətdən bəhs edən bu qiymətli əsər sonda faciə ilə bitir. Xosrovdan sonra Şirin də
özünə qəsd edir.
Nizami göstərir ki, başqalarına xəyanət, özünə xəyanətlə bitməlidir.
Şair bunu yazarkən Gəncə məhəllərindən birindən alınmış hekayədən bəhs etmiş,
Arran torpağını vəsf etmişdir. Bununla da Gəncəli şair nəzm aləmində bir dönüş
yaratmışdır. Xosrov surəti Firdovsi «Şahnaməsi»ndə olsa da, Nizaminin yazdığı Ərmən
və türklük onda yoxdur. Şirin surəti Nizami yaradıcılığında xüsusi bir tərzlə tərənnüm
edilmişdir. «Mən, Şirini yaratmaqla Afaqı düşünmüşəm» fikri bunu təsdiq edir.
Nizamiyə görə sevənlər eşq üçün canlarından keçməyə belə hazır olmalıdırlar. Ona görə
də ipə-sapa yatmayan Xosrovu eşq vasitəsilə cilalayır.
|