Microsoft Word monoqrafiya docx


IV FƏSİL  «LEYLI VƏ MƏCNUN»



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə37/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   33   34   35   36   37   38   39   40   ...   95
IV FƏSİL 
«LEYLI VƏ MƏCNUN» 
Eşq və ayrılıq 
«Xosrov və Şirin» dastanından illərcə sonra artıq Nizaminin 50 yaşı var idi. Qıpcaq 
qızı Afaqı itirmiş, oğlu Məhəmməd isə 14 yaşına çatmışdı. Bu zaman çərçivəsində 
Şirvan şahı Axsitan  İbn Mənucöhr Nizamiyə ehtiramla dolu bir məktub yazıb «Leyli və 
Məcnun» dastanını nəzmə çəkməyi xahiş etdi. Nizami bu xahişi  qəbul etdi. Qeyd edək 
ki,  şahın həmyerlisi Xaqani Şirvani bir neçə  əl yazmasını «Leyli və  Məcnun» barədə 
şaha təqdim etmişdi. O da öz növbəsində onları Nizamiyə göndərmişdi. Şair də böyük 
zövqlə işə girişməyi qarşısına məqsəd qoydu. 
O, bu işə başlayanda öz dərdi, bu ayrılıq hicranı bir-birinə qarışdı. Digər tərəfdən 
Afaqı itirməsilə ürəyinin tək təsəllisi övladı oldu. Atası Yusifin, anası Rəisənin, dayısı 
Xacə Ömərin itkisi, onu dostlardan ayırmışdı. Bu dərdlər Nizamini incidir, onu rahat 
buraxmırdı. Lakin hər bir insan kimi o da bunlara dözürdü. Belə bir vaxtda şahın öz xətti 
ilə yazılmış 15 sətirlik bir məktubu şairin sevincinə səbəb oldu. 
Şahın bu təklifi şairi ərəb dastanlarına cəlb etdi. Bundan əvvəlki, «Sirlər xəzinəsi», 
«Xosrov və  Şirin»  şahın rəğbətini qazanmışdı.  Şah Nizamiyə fars, türk, Arrandan 
danışdıqdan sonra ərəb və islam dünyasına girməyi məsləhət bilmişdi. Onu əlavə edək 
ki, bu hadisələr «Şirvanşahlar» və Xosrovdan qabaq baş vermişdi.  Şirvanlı Xaqani bu 
məsələyə toxunsa da Əbnəlmüzəffər Axsitan özü şair təbiətli bir adam olduğundan 
Nizami onun diqqətini çox çəkmişdi. Digər tərəfdən şah bu şeirlərin bəzilərini «Leyli və 
Məcnun» dastanının ərəb variantında eşitmişdir. Şahın Nizamiyə təklifi şairin ürəyincə 
oldu. Məcnun və  Leylinin eşq macərası o zaman çox məşhur idi və dillər  əzbəri 
olmuşdur. Axsitanı maraqlandıran iki ərəbin bir-birini sevməsi deyil, eşq, aşiq və 
məşuqun nə olduğunu bilmək, onu poeziyanın gücündə görmək idi. Bu eşq həqiqi sevib-
sevilənlərin böyük bir mücəssəməsinə çevrilmişdi. Sevən bir gəncin, öz sevgisinə 
çatmaması zamanın zalım bir qanunu nəticəsində baş verir. Digər tərəfdən onlar 


76 
 
 
qovuşmasalar da, şerin hədisi onları daha da yüksəldir. Adi səhranı şair elə təsvir etmişdi 
ki, onu poeziyasız təsvir etmək mümkün deyil. 
Nizamidən çox əvvəl ərəb və fars şairlərində məhəbbət motivləri olmuş və əldən-
ələ gəzmişdi. Hətta, hicri tarixinin III əsrində naməlum şair Əbubəkr Valəbi tərəfindən 
bəzi misralar ərəbcədən farscaya çevrilmişdi. Şah Axistan bundan xəbərdar olduğundan 
onun tam farsca variantını Nizaminin yazacağına  əmin idi. Çünki, «Xosrov və  Şirin» 
kimi  gözəl bir məhəbbət dastanı yazan bir şairin belə bir eşq dastanı yazacağına şübhə 
yeri qalmırdı. 
Nizami bu əsəri 4 aya yazdı.  Onun farscası çox sadə və anlaşıqlı idi ki, bu da şah 
və kəndli üçün aydın idi. 
Məcnun və Leyli hər ikisi məktəbdə oxuyur və elə orada da bir-birlərinə vurulurlar. 
Məcnunun əsl adı Qeys olsa da, o, Məcnun çağırıldıqda heç pərişan olmur, əksinə, eşq 
divanəsi olduğuna görə sevinir. Amma zəmanə Məcnunu qəbul etmir və tezliklə Leylini 
valideynləri məktəbdən uzaqlaşdırır. Məcnun da Leyli eşqiylə səhraya üz tutur. O, göz 
yaşlarını saxlaya bilmir və eşq mahnıları oxuyur. Qəbilə ağsaqqalları belə qərara gəlirlər 
ki, onlar Leylinin atasıgilə elçiliyə getsinlər. Lakin Leylinin atası  Məcnuna qız 
verməyəcəyini bildirib şərt qoyur ki, o, Kəbəyə gedib «məcnun» olmayacağına and 
içsin. Qeysi Kəbəyə aparsalar da, o eşqdən başqa heç nəyi qəbul etmir və Leylini özünə 
qiblə hesab edir. Orada məşhur bir kəlamı deyir: «Xudaya, sən mənim başıma Leyli 
eşqindən başqa bir şey qoymamısan axı!». Eşq bu iki gənc üçün hər şey idi. 
Məcnunu atası evə aparıb səhra həyatından ayırmaq, ona ağıl vermək istəsə  də, 
Leyli Məcnunu görməsə  də onun yazdığı  şeirlərə mahnı oxuyub özünü Məcnunsuz 
təsəvvür edə bilmirdi. Atası Leylini bu eşqdən aralandırmaqdan ötrü onu İbn Səlam adlı 
bir varlı  ərəbə  ərə verir. Lakin Leyli onu qəbul etmir və  İbn Səlam da buna tab 
gətirməyib dünyasını dəyişir. 
Məcnunun atası  səhraya gəlib oğluna yenə  nəsihət vermək istəyir, amma 
Məcnundakı Leyliyə qarşı ülvi məhəbbəti görüb evə qayıdır və bu hala dözə bilməyib 


77 
 
 
ölür. Məcnun atasının ölümündən xəbər tutub çox kədərlənir. Bir qədər sonra Məcnun 
anasını da itirir. Lakin bütün bunlar onu səhradan ayıra bilmir. Nizami yazır : 
   «Səhra Məcnun üçün qışda qışlaq, 
           Yayda yaylaq olaraq qalacaq» (72-118) 
Nəhayət, Leyli bütün bunlara dözməyib intihar edir. Məcnun acı-acı buna yanır və 
Leylidən sonra yaşamağın mənası olmadığını əsas gətirərək, o da Leylinin qəbri üstündə 
can verib dünyadan köçür. Nizaminin bu eşq macərası belə nakam məhəbbətlə bitir. 
Bütün bunların içərisində şairin  o zamankı mühitə, cahilliyə qarşı sərt bir davranışı 
dayanır. Nizami bununla ərəb mühitini şərq oxucusuna çatdırır. 
Məcnun və Leyli hər ikisi ərəb ailələrinin zəngin və tanınmışından olsalar da, 
cəhalət və onları  əhatə edən mühit bu gənclərin birləşməsinə  rəvac vermir, əksinə, 
onların nakam ölümünə səbəb olur. 
Nizami özü mütərəqqi insan olaraq ona bəxş edilən kənizi ömür-gün yoldaşı kimi 
qəbul edir, bu sevgi də  əbədi yaşayır. Bu fikir «Xosrov və  Şirin»də özünü göstərir. 
Nizamiyə görə səhradakı vəhşi heyvanlar belə Məcnunla ünsiyyət yaradır, əfsus ki, cahil 
insanlar onu anlamır. Gəncəli  şairin bu cəsarəti onu fövqəlbəşər bir insana çevirir. 
Nizami əxlaq məsələlərini çox bariz bir surətdə açmağa nail olmuşdur. Nizami həmişə 
doğru insanların tərəfində olmuş, onların ideyalarını  şahlara, xaqanlara qarşı qoymuş, 
ədalətin qələbə çalacağına inanmış və inandırmağa çağırmışdır. 
Gəncəli şair Nizaminin «Leyli və Məcnun» dastanını sifarişlə yazması həm də şairə 
öz ideyalarını  təcəssüm etdirməsinə imkan vermişdir.  Əgər belə olmasaydı,  şair belə 
imkanı əldə edə bilməzdi. 
Şair bu dastan vasitəsiylə  bəşəriyyətə  bəyan edir ki, zülm ilə abad olanın axırı 
bərbad olar. Nizami bütün bunlara baxmayaraq gələcəyə yaxşı ümidlərlə yaşayan 
sənətkardır. 
 
 
 


78 
 
 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin