Microsoft Word s?may?kitab?sas doc


partiyasının başçısı vəzifəsindən istefa verdi. Harold Vilsonu



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının başçısı vəzifəsindən istefa verdi. Harold Vilsonu 
Corc Kallagen əvəz etdi. Corc Kallagen 1979-cu ilə qədər bu 
vəzifədə qaldı. Kallagenin baş nazir olduğu dövrdə «büdcə 
iqtisadiyyatı» siyasətinə keçildi. 
70-ci illərin ikinci yarısında İngiltərə tədricən böhrandan 
çıxmağa başladı. 1977-ci ildə ölkənin maliyyə vəziyyəti bir 
qədər yaxşılaşdı. 1978-ci ildə ölkədə sənaye məhsulu istehsalı 
1973-cü il səviyyəsinə çatdı. 70-ci illərin sonunda ölkədə 
yenidən iqtisadi çətinliklər başlandı. Poladəritmə, 
avtomobilqayırmada sənaye məhsulları istehsalı sürətlə aşağı 


183
düşdü. Bunun əksinə olaraq Şimal dənizində neft və qaz 
çıxarılması inkişaf etdi. 1979-cu ildə Böyük Britaniyada 75 
milyon ton neft çıxarıldı ki, bu da onun tələbatını tamamilə 
ödəyirdi. 
Bu dövrdə ölkənin siyasi həyatında sabitlik xeyli 
pozuldu. Hökumət Olster, Şotlandiya, Uels problemini həll edə 
bilmədi. Şimali İrlandiyada vəziyyət kəskinləşdi. 1978-ci ilin 
yanvarında Avropa məhkəməsi Strasburqda İrlandiyanın 
məsələsinə baxdı. Təqibin güclənməsi nəticəsində minlərlə 
adam Şimali İrlandiyanı tərk etməyə məcbur oldu. 
İngiltərənin siyasi həyatında 70-ci illərin sonunda sağ, 
irticaçı qanad da gücləndi. 15 min üzvü olan «Milli cəbhə» 
faşist irqçi təşkilatı öz fəaliyyətini genişləndirdi. Onlar «Qara 
və rəngli dərililər İngiltərədən rədd olun!» şüarını irəli 
sürdülər. Bu şüar 2 milyon «rəngli» adama qarşı çevrilmişdi. 
1977-ci ilin avqustun 13-də irqçilər Londonun cənub-şərq 
küçələrində yürüş təşkil etdilər. Toqquşma nəticəsində 100 
nəfər öldü, 200 həbs edildi. Buna cavab olaraq 100 həmkarlar 
təşkilatı «Antimilli liqa» təşkil etdilər. 
İngiltərə NATO-da öz fəaliyyətini genişləndirdi. Orta 
mənzilli raketlərin Avropada yerləşdirilməsini və NATO-nun 
xərclərinin 3% artırılmasını dəstəklədi. Eyni zamanda İngiltərə 
Helsinki müşavirəsində iştirak etdi və onun Yekun altına imza 
atdı. «Yeddilər qrupu»nun üzvü oldu. 1975-ci ilin fevralında 
İngiltərə, SSRİ və ABŞ arasında nüvə silahını genişləndirmə-
mək haqqında saziş bağlandı. Bundan sonra Sovet-İngiltərə 
münasibətləri xeyli canlandı. İngiltərə Yaxın Şərq məsələsində 
ABŞ və İsraili müdafiə etdi. 70-ci illərin sonunda ABŞ kimi 
İngiltərə də beynəlxalq gərginliyin zəifləməsi xəttindən yan 
keçməyə başladı. 
Böyük Britaniya Marqaret Tetçerin «yeni 
mühafizəkarlar» hökuməti dövründə (1979-1990-cı illər). 
70-ci illərin sonlarında dünyanın qabaqcıl ölkələrinin 
əksəriyyətində sağların hakimiyyətə gəlməsi İngiltərədə də öz 


184
əksini tapdı. 1979-cu ilin mayın 4-də keçirilən parlament 
seçkilərində nümayəndələr palatasından olan 650 yerdən 390-
nı mühafizəkarlar tutdu. Seçicilərin 13 milyondan çoxu 
mühafizəkarlara, 11 milyondan bir qədər çoxu isə leyboristlərə 
səs verdilər. 1959-cu ildən İngiltərə parlamentinin üzvü, 1975-
ci ildə mühafizəkarlar partiyasının lideri, əvvəlki hökumətin 
dövründə təhsil naziri işləmiş və hələ o dövrdə sosial xərclərin 
azadılması təklifi ilə parlamentdə məsələ qaldırmış Marqaret 
Tetçer baş nazir kürsüsündə əyləşdi.
Tetçer hökuməti iqtisadi və sosial sahədə fövqəladə 
çətinliklərlə üzləşməli oldu. «Neft şoku» ağır nəticələr verdi. 
1979-cu ildə İranda şah rejiminin devrilməsi və İran-İraq 
müharibəsinin başlanması ilə OPEK ölkələri dünya bazarında 
neftin qiymətini iki dəfə qaldırdılar. 1980-ci ildə Avropa 
ölkələrini yeni böhran dalğası bürüdü ki, bu özünü İngiltərədə 
daha ağır göstərdi. Böyük Britaniya hətta 1929-1933-cü illərdə 
də belə bir böhranla üzləşməmişdi. Ölkədə ümumi sənaye 
məhsulu istehsalı 12%, emal sənayesi 16%, yüngül sənaye 
27%-ə qədər aşağı düşdü. İnflyasiya və işsizlik artdı. 1980-
1981-ci illərdə işsizlərin sayı 1,5 milyondan 3,3 milyona çatdı. 
Buna baxmayaraq Tetçer hökuməti iqtisadiyyatın struktur 
islahatından əl çəkmədi. Hökumət ilk növbədə inflyasiyanın 
sürətini aşağı salmaq siyasəti yeritdi. «Qiymətli kredit» 
siyasətinə keçirildi. Böyük gəlirlərdən tutulan vergilər 3,5 
mlrd. funt-sterlinq ixtisar edildi, büdcəyə gələn dolayı 
vergilərin çəkisi 1979-cu ildəki 34%-dən 1981-ci ildə 39%-ə 
qalxdı. 
Tetçer öz daxili siyasətini «yeni mühafizəkar inqilab» 
adlandırdı. Dövlət kommunal və yol təsərrüfatı, mədəniyyət, 
maarifə çəkilən dövlət xərclərinin böyük miqyasda ixtisarına 
başladı. 1980-1981-ci illərdə onlara büdcədən çəkilən xərclər 4 
milyard funt-sterlinq azadıldı. Eyni vaxtda dövlət aparatının 
tərkibinin və onların saxlanılması xərclərinin azaldılması 
başlandı. 1982-ci ilə qədər hökumətin tərkibindəki bütün sahə 


185
nazirlikləri ləğv edildi. Tetçerin apardığı siyasət artıq 1982-ci 
ildə öz nəticələrini verdi. Tetçer inflyasiyaya qarşı mübarizəni 
özünün ən şərəfli vəzifəsi hesab edirdi. M.Tetçer bu xətti 
tutmuşdu ki, İngiltərə güclü orduya və donanmaya malik 
olmalı, özünün nüvə silahını təkmilləşdirməlidir. Tetçer 
hökuməti milliləşdirilmiş iqtisadiyyat şöbələrinin ziyanla 
işlədiyini əsaslandıraraq sistematik özəlləşdirilməsi xəttini 
yeritməyə başladı.
Neft, kimya, aviasiya, gəmiqayırma, nəqliyyat və digər 
sənaye sahələrinin xüsusi mülkiyyətə çevrilməsi prosesində 
dövlət müəssisələrinin 2/3 hissəsi iştirak etdi. 21 dövlət 
kampaniyası özəlləşdirildi. 1984-1987-ci illərdə sənaye, 
nəqliyyat, kommersiya strukturlarının 1/3-i özəlləşdirildi. 
Daxili məhsul istehsalında dövlət bölməsinin payı 10%-dan 
6,5%-ə endi. Tetçer hökuməti milliləşdirilmiş dövlət 
müəssisələrinə dövlət yardımını kəskin surətdə azaltdı. Dövlət 
bölməsinin ixtisarı nəticəsində bu sahəyə kapital qoyuluşu 
50%-dən 25%-ə endi. İqtisadi proseslərin liberallaşdırılması 
xətti yeridildi. Bələdiyyə idarələrinin bir milyondan artıq 
mənzili satıldı. 1975-ci ildə Şimal dənizində neft yataqlarının 
kəşf edilməsi və 1979-cu ildə neft hasil edilməsi ölkənin 
gələcək inkişafının stimullarından biri oldu. Tetçerin siyasi 
iradəsi və təşkilatçılıq bacarığı öz işini gördü. 1982-1987-ci 
illərdə İngiltərə inkişaf sürətinə görə Avropa ölkələrinin 
hamısını ötüb keçdi. Dünyada beşinci yeri tutdu. «İngilis 
xəstəliyi», işsizlik, infilyasiya arxada qaldı. Britaniya 
sənayesinin rəqabət qabiliyyətini möhkəmləndirmək üçün 
hökumət ETİ-nin nailiyyətləri əsasında onun tamamilə yenidən 
təchiz edilməsi üçün böyük vəsait ayırdı, yeni sahələri inkişaf 
etdirən və əmək məhsuldarlığının artmasını stimullaşdıran 
sahibkarları həvəsləndirdi və bu öz nəticəsini verdi. Tetçer 
İngiltərənin keçmiş şöhrətini özünə qaytardı. İngiltərə artıq 
«Avropanın xəstə adamı» kimi tanınmadı. 1980-ci ildə işsizlik 
fəal əhalinin 10%-ni əhatə edirdi.


186
Tetçer hökuməti sahibkarlığın hüquqi əsaslarının nizama 
salınması üçün xüsusi tədbirlər gördü. 1985-ci ildə 
«Kompaniyalar haqqında yeni akt» qəbul edildi. Tetçer xırda 
və orta biznesin inkişafına xüsusi diqqət ayırdı. «Yeni 
mühafizəkarlar» üçün kiçik biznes-insan amilinin iqtisadi 
fəaliyyətdə rolunun artırılması, əməyin fərdiləşməsinin yüksək 
dərəcəsi, yaradıcı azadlıq, işçinin özünü təsdiq etməsi demək 
idi. Onlar «mülkiyyətçilərin milləti»ni yetişdirməklə təkcə 
kiçik biznesin inkişafının iqtisadi səmərəsini deyil, onun 
ictimaiyyətin psixologiyasına təsirini də düşünürdülər. 1980-ci 
ildən 1987-ci ilə qədər kiçik bizneslə məşğul olanların sayı 1,9 
milyondan 3 milyona çatdı. 80-ci illərin sonunda işçilərinin 
sayı 20-ə qədər olan müəssisələrin sayı xüsusi bölmənin işçi 
qüvvəsinin 35%-ni təşkil edirdi. İrimiqyaslı özəlləşdirmə 
əhalinin geniş təbəqələrinə səhm sahibi olmaq imkanı verdi. 
80-ci illərin sonunda Böyük Britaniya səhm sahiblərinin sayına 
görə ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu. 
Mülkiyyətçilər cəmiyyətinin formalaşması mənzil təsərrüfatı, 
tibbi xidmət, təhsil islahatları ilə yanaşı gedirdi. Bu isə «ümumi 
rifah dövləti»nin demontajı demək idi. Fərdi ev tikintisi 
genişləndi, bu sahədə kreditlər ayrıldı, tikinti kompaniyalarına 
vergi güzəştləri edildi. Bununla bərabər dövlətdən mənzil 
tikintisinə ayrılan vəsait iki dəfə azaldıldı. Standart həyat 
tərzindən əl çəkilməyə başlandı. Səhiyyə sahəsində Tetçer Hit 
kabinetinin siyasətini davam etdirdi. Təhsil sahəsində hökumət 
«təhsil plüralizmi»nin bərpa edilməsi proqramını irəli sürdü. 
1980-ci ildə parlament təhsil haqqında qanun qəbul etdi. 
Həmin qanun tədris prosesinə validenylərin nəzarət hüququnu 
genişləndirirdi. Təsadüfi deyildir ki, 1987-ci il seçkiləri 
ərəfəsində hökumət bildirdi ki, son səkkiz ildə o təhsilin, 
səhiyyənin ehtiyaclarına əvvəlki hökumətlərdən daha çox 
vəsait xərcləmişdi. Tetçer hökumətinin səmərəli fəaliyyətinin 
nəticsi olaraq Britaniya iqtisadiyyatının inkişafının bütün 
göstəriciləri yaxşılaşmağa başladı. İstehsalın orta inkişaf sürəti 


187
80-ci illərdə hər il 3-4% oldu. Xaricə kapital qoyuluşu artdı. 
İşsizlik 1987-ci ildəki 9,8%-dən 1989-cu ildə 6,8%-ə düşdü. 
80-ci illərin ikinci yarısında əhalinin gəliri ildə 5% artdı. Bu 
dövrdə artıq 64% ingilis ailəsinin özünün şəxsi evi, 70%-dən 
çoxunun avtomobili var idi. Yarısından çoxu isə öz uşaqlarını 
pullu təhsil müəssisələrində oxudurdular. Əhalinin bu təbəqəsi 
özünü orta sinif adlandırırdı. 
1988-1990-cı ildə özəlləşdirmənin yeni mərhələsi 
başlandı. Aerolimanlar, su təhcizatı sistemi və elektro-
energetika özəlləşdirildi. 1988-ci ildə pensiya sistemi yenidən 
quruldu. 
Şimali İrlandiya hadisələrinə daha sərt münasibət 
göstərildi. 1981-ci ildə oraya əlavə hərbi kontingent göndərildi. 
Katolik təşkilatlarının fəallarının məhkəmə prosesi başlandı. 
Tetçerin hər hansı bir məsələyə prinsipial və sərt 
mövqedən yanaşması onun İngiltərədə və bütün dünyada 
«dəmir ledi» kimi tanınmasına səbəb oldu. O, hakimiyyətə 
aydın proqramla gəlmişdi və onları bir-bir həyata keçirməyə 
başladı. Marqaret Tetçer parlamentdə ilk çıxışlarında göstərdi 
ki, onun üçün əsas vəzifə İngiltərənin əvvəlki şöhrətini 
qaytarmaqdır. Sosial xərclər kəskin şəkildə ixtisar edildi. 
Zəhmətkeşlərin əmək haqları artırılmadı. Lakin dövlət xərcləri 
hərbi xərclər hesabına artdı. Belə ki, 1979-1980-ci illərdə hərbi 
xərclər 9 milyard funt-sterlinqdən 1980-84-cü illərdə 10 
milyard funt sterlinqə, 1985/86-cı illərdə isə 18 milyard funt-
sterlinqə çatdı. 
Tetçer 1982-ci ilin aprel-iyul aylarında Argentina 
yaxınlığında Malvin (Folklend) adalarında baş verən hadisə 
zamanı özünün dönməzliyini bir daha nümayiş etdirdi. Malvin 
adaları tarixi nöqteyi-nəzərdən Argentinaya məxsus olsa da
adanın əhalisinin 2 mini ingilislər idi və onlar İngiltərənin 
tərəfində idi. Argentinada Xunta hakimiyyətə gəldikdən sonra 
adanı işğal etmək qərarına gəldi və oraya qoşun çıxartdı. Bu 
hadisə İngiltərədə böyük həyəcana səbəb oldu. 1982-ci ilin 


188
aprelində İngiltərə oraya 78 gəmi ilə 22 min nəfərlik qoşun 
çıxartdı. Adada ingilis bayrağı dalğalandı. İngiltərə hökuməti 
bildirdi ki, Malvin İngiltərənin hərbi bazasıdır və olacaqdır. Bu 
hadisə Tetçerə ölkədə və bütün dünyada böyük nüfuz 
qazandırdı. 1983-cü ildə Tetçer yeni parlament seçkiləri keçirdi 
və qələbə çaldı. O, İngiltərənin NATO-da mövqeyini 
gücləndirməyə nail oldu və göstərdi ki, NATO İngiltərəyə 
lazım olduğundan daha çox, İngiltərə NATO-ya lazımdır. 
Onun dövründə İrlandiyada nisbi sabitlik yarandı.
Fəhlə hərəkatına münasibətdə Tetçer başqa bir mövqe 
tutdu. 1979-cu ildə «Piketlər haqqında» verilən qanuna əsasən 
piketlər keçirən fəhlələrin ancaq o hissəsi işə bərpa edilə bilərdi 
ki, onlar həmkarlar ittifaqının üzvü olsunlar. 1981-ci ildə 
«Məşğulluq haqqında» qanun verildi ki, həmin qanun 
həmkarlar ittifaqının hüquqlarını məhdudlaşdırdı. 80-ci illərdə 
İngiltərədə rəngli əhaliyə münasibət xeyli kəskin xarakter aldı. 
1982-ci ildə parlament «İngiltərə vətəndaşlığı» haqqında qanun 
qəbul etdi. Qanuna əsasən İngiltərə vətəndaşları üç 
kateqoriyaya bölündü: 
1.
İngiltərənin öz vətəndaşları 
2.
Başqa ölkələrdən gələn ağlar 
3.
İmtiyazları xeyli məhdudlaşdırılmış dəriləri rəngli 
olanlar 
Tetçerin hakimiyyətinin son dövründə hadisələrə 
münasibətdə radikallığının artması həm ölkədə, həm də 
mühafizəkarlar partiyasınnı öz daxilində ona qarşı müxalifəti 
gücləndirdi. Belə ki, onun parlamentdən keçirdiyi 18 yaşdan 
yuxarı gəlirlərindən asılı olmayaraq hamıdan vergi alınması 
haqqında qanun böyük narazılığa səbəb oldu. Xarici siyasətdə 
Tetçer AİB-ə münasibətdə belə hesab edirdi ki, İngiltərənin bu 
qurumda iştirakını daha çox genişləndirməyə ehtiyac yoxdur. 
Mühafizəkarlar partiyasının digər üzvləri isə belə hesab edirdi 
ki, buna zərurət var. Bütün bunlar ona gətirib çıxardı ki, on bir 
il yarım hakimiyyətdə olduqdan sonra 1990-cı ilin noyabrında 


189
Tetçer baş nazir vəzifəsindən öz siyasi varisi Con Meycorun 
xeyrinə istefa verdi.
Tetçerin həyata keçirdiyi tədbirlər sistemi «Tetçerizm» 
adı ilə tarixə daxil oldu. 
«Tetçerizm»in başlıca müddəaları aşağıdakılardan ibarət 
idi: 
- inkişaf edən hər cür iqtisadiyyatın hərəkətverici 
qüvvəsi sahibkarlıqdır. Dövlətin siyasi kursunun əsasını 
«azadlıq, hamı üçün imkan, sahibkarlıq ruhunu müdafiə, 
mülkiyyətçilərin demokratiyası» təşkil edir. 
- dövlətin iqtisadi həyata müdaxiləsi minimuma endirilir, 
o, xüsusi təşəbbüsü heç cür buxovlamamalıdır. 
- bütün əmək qabiliyyətli vətəndaşlar özləri özlərini 
təmin etməlidirlər. Dövlət və xeyriyyə təşkilatları ancaq əmək 
qabiliyyəti olmayan o adamlara yardım göstərir ki, onlar 
işləmək imkanından öz günahları üzündən məhrum olmayıblar. 
Bu prinsiplərə əsaslanan dövlət sosial proqramlardan imtina 
etməli, ya da onları minimuma endirməlidir. 
- dövlət defisitsiz, balanslaşdırılmış büdcəyə malik 
olmalıdır. Onun mühüm hissəsi əhalinin öz gəlirinə uyğun 
surətdə ödədiyi vergilərdən ibarət olur. Qənaət rejiminə və 
xərclərin ixtisar edilməsinə ciddi surətdə əməl olunmalıdır. 
- həmkarlar ittifaqları başqa adamların mənafeyfinə 
toxunmadan zəhmətkeşlərin mənafeyini qanunu vasitələrlə 
müdafiə etmək hüququna malikdir. Tətillər cəmiyyətə zərər 
vurur, buna görə də bu hüquqlar məhdudlaşdırılmalıdır.
İngiltərə C.Meycorun baş nazir olduğu «yeni 
mühafizəkar hökuməti» dövründə (1990-1997-ci illər). Con 
Meycor hələ 1989-cu ilin iyulundan xarici işlər naziri olarkən 
tanınmışdı. Onun şəxsi nüfuzu yüksək idi və «dəmir ledinin» 
stilindən yorulmuş əhali onu rəğbətlə qarşıladı. O hakimiyyətə 
gələn kimi «can vergisi»ni təxirə saldı. Vətəndaşlardan 
gəlirlərinin səviyyəsinə görə vergi alınmağa başladı. 90-cı 
illərin əvvəllərində ölkədə başlıca göstəricilər üzrə inkişaf 


190
aşağı düşsə də, hökumət iqtisadi siyasət sahəsində radikal 
addımlar atmaqdan çəkindi. Seçkiqabağı kampaniyada o, 
Tetçerin inadkar, fəal elektoratı səfərlərlərliyə almaq 
taktikasından imtina edərək, cəmiyyətin geniş təbəqələrinin 
simpatiyasını qazanmağı üstün tutdu. 1992-ci ilin aprelin 2-də 
icma palatasına keçirilən seçkilərdə mühafizəkarlar partiyası 
41,9% səs alaraq əksəriyyət qazandı. Mühafizəkarlar partiyası 
daxilindəki müxalifəti aradan qaldırmaq üçün Con Meycor ən 
sərt metodlara əl atmalı oldu. Siyasi şəraitin sabitləşməsi 
ölkənin iqtisadi vəziyyətini də yaxşılaşdırdı. 1992-ci ildə 
iqtisadiyyatda canlanma müşahidə edilməyə başladı. 1997-ci 
ilə qədər inkişafın dinamikası Avropa İttifaqının digər 
ölkələrini ötüb keçdi. Qadınların fəallığı artdı. Onlar 1997-ci 
ildə fəhlə və qulluqçuların 47%-ni təşkil edirdilər. Sənaye 
bölməsi fasiləsiz artmağa başladı. Sənayedə əmək 
məhsuldarlığı ildə 3-4% artdı. Kapital qoyuluşu isə çox az 
artdı. Meycor hökuməti kiçik biznesin maraqlarını nəzərə 
alaraq 1992-ci ildə «Kiçik biznesin xartiyası» sənədini işləyib 
hazırladı. Onlara kredit ayrıldı və vergi güzəştləri edildi 
Özəlləşdirmə davam etdirildi. 1994-1995-ci illərdə idxal 4-5%, 
ixrac isə 10% artırıldı. Müharibədən sonrakı dövrdə ilk dəfə 
olaraq iqtisadi artımın sürəti qiymətlərin artma tempini 
qabaqladı. «Sərt iqtisadi qənaət» siyasəti həyata keçirildi. 
Böyük Britaniya Aİ-nın «Sosial xartiyası»na qoşulmadı. 
Vətəndaş cəmiyyətinin hüququ əsasları möhkəmlən-
dirildi. Hökumət 1992-1993-cü illərdə «Vətəndaş xartiyası» adı 
altında «Valideynlərin xarityası», «Pasientlərin xartiyası», 
«Mənzildəki ailə başçılarının xartiyası», «İstehlakçıların 
xartiyası», «İş axtaranların xartiyası», «Sərnişinlərin xartiyası» 
adlı sənədlər qəbul etdi. 1994-cü ilin sonuna qədər xartiyaların 
sayı 40-a çatdı. 
Meycorun dövründə regionlaşma siyasəti də xeyli 
fəallaşdı. Şotlandiya, Şimali İrlandiya, Uels kimi nisbətən 
geridə qalmış rayonların iqtisadi inkişafını stimullaşdırmaq 


191
istiqaməti götürüldü. Uelsdə vali dilinin məktəblərdə tədrisinə 
icazə verildi. 1994-cü il qanununa əsasən Uelsin inzibati-ərazi 
quruluşu möhkəmləndirildi. 1995-ci ilin əvvəllərində İngiltərə 
və İrlandiya dövləti arasında Olster problemini həll etmək 
üçün birgə saziş imzalandı. Britaniya hökuməti Şimali 
İrlandiyaya özünün «daimi əyaləti» kimi baxmaq haqqındakı 
qanunvericilik aktına yenidən baxacağına söz verdi. 
1997-ci il parlament seçkilərində Şimali İrlandiya, 
Şotlandiya və Uelsdə mühafizəkarlar partiyasının nüfuzunun 
bir qədər zəifləməsi özünü göstərdi. 
XX əsrin 80-ci illəri və 90-cı illərinin birinci yarısında 
Böyük Britaniyanın xarici siyasəti. Tetçer hökumətinin xarici 
siyasəti Böyük Britaniyanın böyük dövlət kimi dirçəldilməsinə 
yönəldilmişdi. Böyük Britaniya Millətlər birliyinə daxil olan 
ölkələrdə bu dövrdə vəziyyət yaxşı deyildi. Böyük Britaniya 
1979-cu ildə Lusakada olan konfransda Cənubi Pobeziyada 
konstitusiya islahatlarının keçirilməsinə təminat verdi. 1980-ci 
ildə Zimbabve də müstəqil dövlət kimi Birliyin üzvü oldu. 
Tetçer çalışırdı ki, Birlik tədricən çoxtərəfli beynəlxalq 
təşkilata çevrilsin, onun fəaliyyəti «xüsusi münasibətlərə» görə 
deyil, adi beynəlxalq hüquq normaları əsasında qurulsun. Belə 
yanaşma Birliyin 1987-ci il Vankuver bəyannaməsi ilə qəti 
şəkildə möhkəmləndirildi. Əsas məqsəd birlikdə Böyük 
Britaniyanın mövqeyini gücləndirmək idi. Həmçinin Böyük 
Britaniyanın NATO-da mövqeyinin möhkəmləndirilməsi 
siyasəti yeridildi. 
1983-cü ildə Tetçerin Vaşinqtona səfəri ABŞ və Böyük 
Britaniya arasında «xüsusi münasibətlər» olduğunu bir daha 
nümayiş etdirdi. 80-ci illərin ikinci yarısında Böyük Britaniya 
ABŞ-ın strateji müttəfiqi idi. ABŞ-ın İrana, Əfqanıstana, 
Nikaraquaya qarşı sərt münasibəti London tərəfindən müdafiə 
edilirdi. 1986-cı ildə ABŞ-ın Liviyaya qarşı hərbi aksiyasını 
İngiltərə bəyəndi. Vaşinqtonun «Strateji müdafiə təşəbbüsü» 
strategiyasının inkişafında Böyük Britaniya diplomatiyası da 


192
iştirak etdi. Antisovet kampaniyaya başlayaraq Moskva 
olimpiadasını baykot etdi. Qlobal məsələlərdə ABŞ-İngiltərə 
birgə münasibətləri möhkəmləndi. Böyük Britaniya ərazisində 
160 ortamənzilli raketin yerləşməsinə icazə verdi. ABŞ-ın 
«Traydent» adlı sualtı nüvə qayıqlarının hazırlanmasının 
modernizasiyasını müdafiə etdi. SSRİ-də M.Qorbaçovun 
hakimiyyətə gəlməsini İngiltərə alqışladı. 1986-1987-ci illərdə 
bir sıra məsələlərdə Sovet-Britaniya dialoqu oldu. 1987-ci ildə 
M.Tetçer SSRİ-yə rəsmi səfər etdi. Meycorun dövründə də bu 
münasibətlər davam etdirildi.
Meycor əvvəl SSRİ-nin dağılmasını separatizm kimi 
qiymətləndirdi. 1991-ci ilin yanvarında Latviya və Litvadakı 
hadisələrə sərt münasibətini bildirdi. Avropa dövlət 
başçılarından birinci olaraq Meycor Moskvada 1991-ci il 
avqust qiyamını mühakimə etdi. Rusiyanı SSRİ-nin varisi kimi 
tanıdı. 1992-ci ildə Londonda Rusiya ilə Böyük Britaniya 
arasında münasibətlərin prinsipləri haqqında müddətsiz 
müqavilə bağlandı. 1994-cü ildə kraliçə II Yelezaveta Rusiyaya 
rəsmi səfər etdi. 
Meycorun dövründə də ABŞ-İngiltərə münasibətləri 
birmənalı şəkildə inkişaf etdi. İran körfəzində BMT-nin hərbi 
əməliyyatlarında, 1991-ci ildə İraqa qarşı «Səhrada tufan» 
əməliyyatında İngiltərə də iştirak etdi. Lakin 1993-cü ildən 
İngiltərə-ABŞ münasibətlərində yaxınlıq azalmağa başladı. Bu 
özünü Bosniya və Hersoqovina məsələsində bir daha göstərdi. 
İngiltərə sülh məramlı qüvvəllərin hərbi əməliyyatda iştirakına 
qarşı çıxdı. 1995-ci ildə sülh müqaviləsinin bağlanmasında 
İngiltərə vasitəçi kimi çıxış etdi. 
Qərbi Avropa ilə inteqrasiya məsələsi İngiltərə xarici 
siyasətinin bu dövrdə əsas halqalarından idi. Tetçerdən fərqli 
olaraq Meycor Qərbi Avropa ilə inteqrasiyanı möhkəm-
ləndirmək tərəfdarı idi və bu sahədə mühüm addımlar atdı. 
Entoni Bleerin «yeni liberalizmi». XX əsrin 90-cı 
illərində leyborist hərəkatın yeni ideoloji və siyasi simasının 


193
dəyişməsinin fəallaşması davam edirdi. Leyboristlər 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin