295
oktyabrın 30-da «əks-inqilabi qiyam» kimi qeyd olundu.
Macarıstan Varşava müqaviləsindən çıxdığını bildirdi.
Noyabrın 1-də İmre Nad tələb etdi ki, Sovet qoşunları
Macarıstandan çıxarılsın. SSRİ bununla razılaşmadı. Noyabrın
4-də Macarıstana sovet tankları yeridildi və Macarıstanda azad
fikirliliyə son qoyuldu. İmre Nad edam edildi. 1956-cı ildən
1988-ci ilə qədər Macarıstanda hakimiyyətə Y.Kadar başçılıq
etdi. Onun şüarı belə idi: «Kim bizimlədirsə, biz onunlayıq!»
Macarıstanda 70-ci illərdə aqrar sənaye kompleksləri
inkişaf etdi. Əhalinin təchiz olunmasının
və xidmət sahəsinin
yaxşılaşması, sənaye kooperasiyalarının inkişafı xırda ticarət
məntəqələrinin, ictimai iaşə müəssisələrinin xüsusi şəxslərə
verilməsinə səbəb oldu. Lakin Macarıstan iqtisadiyyatı 80-ci
illərin ortalarında bütövlükdə çətin vəziyyətə düşdü. Xarici
borclar vəziyyəti daha da çətinləşdirirdi. Ölkə rəhbərliyi 80-ci
illərin sonunadək radikal dəyişikliklərə
girişməyə cəsarət
etmədi. 1988-ci ildə Y.Kadar vəzifəsindən uzaqlaşdırıldı. Onu
Karoy Qros əvəz etdi. Lakin o da bu vəzifədə çox qala bilmədi.
1987-ci ilin sonunda meydana gəlmiş Macarıstan Demokratik
Forumu 1990-cı ilin yazında parlament seçkilərində birinci yeri
tutdu. O, hüquqi dövlət yaradılması, demokratik özünüidarə,
zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi,
bazar
iqtisadiyyatına keçmək uğrunda çıxış edirdi. Jozef Antall xırda
sahibkarlar partiyası və başqa partiyalarla birlikdə koalision
hökumət yaratdı. MSP-nin deputatları parlamentdə müxalifətdə
qaldılar. MSFP isə parlamentdə heç bir yer tuta bilmədi.
80-ci illərin ikinci yarısında dünyada və Avropada baş
verən sosial-siyasi proseslər Macarıstandan da yan keçmədi.
1989-cu ildə 1956-cı il hadisələrinə haqq qazandırıldı. İmre
Nad bəraət aldı. Oktyabrın 23-ünün macar xalqının
milli
bayramı kimi qeyd edilməsi qərara alındı. 1990-cu ildə
prezident vəzifəsi təsis edildi. Macarıstanın ilk prezidenti
Arpad Gents oldu. Yeni konstitusiya qəbul edildi. Konstitu-
siyaya əsasən o, Macar Respublikası adlandı. Macarıstan
296
investisiya qoyuluşuna görə sosialist ölkələri arasında
birinci
yeri tutdu. Ona 18 milyard dollar investisiya qoyulmuşdu.
Macarıstan ATƏT, Avropa Şurası, Aİ, 1999-cu ildən isə
NATO-nun üzvüdür.
RUMINİYA: İkinci Dünya müharibəsində Rumıniya
Almaniyanın satilleti idi və ölkədə Antonesko diktaturası hökm
sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi.
Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə
nəticəsində Rumıniyadan 170 min nəfər öldü,
itkin düşdü və
yaralandı. Faşist diktaturası devrildikdən sonra demokratik
Dostları ilə paylaş: