357
Yunanıstan arasında gəmiçilik sazişi, 1977, 1979-cu illərdə
yeni sazişlər bağlandı. 1979-cu ilin oktyabrında Karamanlis
SSRİ-yə gəldi. Monqolustan, Vyetnamla diplomatik əlaqələr
yaradıldı.
Yunanıstan XX əsrin 80-ci-90-cı illərdə. 80-ci illərdə
Yunanıstan iqtisadi çətinliklərlə qarşılaşdı. 1980-ci ildə iqtisadi
inkişaf sürəti düşdü. Bu vəziyyət 1983-ə qədər davam etdi. Sə-
naye məhsulları 8,5 faiz aşağı düşdü. Kənd təsərrüfatı
məhsulları istehsalı 4,4% azaldı, işləyən əhalinin 8,3 %-i işsiz
idi.
Ölkənin sosial-siyasi vəziyyəti kəskinləşdi. 1981-ci ilin
parlament seçkilərində «Ümumyunan sosialist hərəkatı
(PASOK)» partiyası qələbə çaldı və həmin partiyanın sədri
P.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Bu
dövrdə siyasi və ictimai həyat daha da demokratikləşdirildi.
Sosial-iqtisadi yeniliklər, xarici siyasətdə pozitiv dəyişikliklər
baş verdi. 1981-ci ildə Yunanıstan AİB-ə üzv oldu.1989-cu il
parlament seçkilərindən sonra K.Mitsotakisin hökuməti təşkil
edildi. Bu hökumət 1993-cü ilə qədər hakimiyyətdə oldu. Bu
hökumətin dövründə ABŞ-la əməkdaşlıq, Yunanıstanın
Avropanın siyasi və iqtisadi qurumlarına inteqrasiya olunmaq
cəhdləri artdı. 1993 və 1996-cı ilin parlament seçkilərində
PASOK partiyası dalbadal qələbə çaldı. Hökumətə K.Smitis
başçılıq etdi. Türkiyə ilə mübahisəli olan Egey dənizi, Kipr və
Makedoniya məsələsində K.Smitis hökuməti sərt mövqe tutdu.
Bu məsələlər ABŞ-ın vasitəçiliyi nəticəsində 1999-cu ilin
noyabrında ATƏT-in İstanbul sammitində müzakirə edildi.
Türkiyə və Yunanıstan rəhbərləri görüşdülər və münasibətlər
qismən nizama salındı.
Yunanıstanın hazırda baş naziri PASOK-un lideri
(Ümumyunanıstan Sosialist Hərəkatı) Kostas Smitesdir.
Yunanıstanın prezidenti Konstantineskodur. Ölkədə əsas
Dostları ilə paylaş: