155
münasibətini nifrət-kin, qisas-intiqam sırasında yox, daha çox
natural görkəmdə- bir qədər nostalji: ”
Ara, biz belə olmamışıq
axı? ...Bu gün Uzda da Azərbaycanın çörəyini yeyirəm mən.
Deyirsən, bunu da unudum? (s.100-101)”, bir qədər gizli ictimai-
siyasi: “
İt uşağı qarışdırdı aranı (s.130); it uşağı bizi duşman
elədi (s.100)”, bir qədər də loyal qatda təqdim edir: “
Niyə başa
düşmək istəmirsiniz, onun günahı yoxdu, dərdi sizinkindən də
artıqdı. O da siz çəkəni çəkir!(s.103-104)”; “Ona düşmən deməyə
mənim dilim gəlmir.(s.107)”.
Yazıçı Əfsunun simasında müharibə insanının obrazını
yaratmağa calışmışdır və təəssüf ki, bu kontekstdə qələmə
alınmış müharibə mövzulu əsərlərdən seçilməyə müvəffəq
olmayıb, əksinə onlarla tanış, oxşar məqamlarla kəsişmişdir də.
Burada da qəhrəman döyüş yolu keçmiş, müharibə acısını
dadmış, arxasında vətən, ailə dərdi buraxmış şəxsdir.
Burada
da qəhrəmanın içində bir yurd ağrısı, kənd sevgisi, onu atıb
getmək qorxusu var, burada da şəhər özgə, yad, qərib ab-ha-
vanın daşıyıcısı, “hər addımı şeytan-şüğulla dolu” məkan kimi
təqdim olunur.
Və nəhayət, insan-cəmiyyət antoqonizmi,
yarıtmaz cəmiyyət qanunları və onun ucbatından əzilən, torpaq
üçün ölümə hazır vətən oğullarımızın doğma yurdda intiharla
nəticələnən fəci taleyi.
Bu cür lokal problematika və mündəricə ilə müharibə möv-
zusunun dərkində uzun yol keçmiş nəsr yaddaşımıza yeni bir
nəsnə əlavə etmək olarmı? Təbii, bu konfliktlər realdır, gerçək
cəmiyyət qanunlarından
nəşət edir, amma müəllif bütün bu
hadisələrin bir növ zahiri şəklini çəkir, müharibə yaddaşının
sərt dramatizmi və fəlsəfi psixologizmi əsərdə hiss olunmur.
Halbuki, mövzunu qlobal yanaşma müstəvisində çözməyə
çalışıb, millətin dərdlərindən, ailə-məişət problematikasından
çıxış edib də qlobal məsələlərə çıxmaq, onları bəşəri məzmuna
sığdırmaq olardı.
“Qaraqovaq çölləri” əsəri
başdan-başa patriotik notlarla,
tribun xarakterli çıxışlarla süslənib. Müəllifin təhkiyəsi, qəhrə-