Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Aromatik karbohidrogenlərin və liqninin oksidləşməsi



Yüklə 121,03 Kb.
səhifə29/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   25   26   27   28   29   30   31   32   ...   65
mikro imtahan sualları

29. Aromatik karbohidrogenlərin və liqninin oksidləşməsi

Buraya aromatik həlqəli çətin parçalanan birləşmələr-dən olan benzol, toluol, ksilol və digər maddələr aiddir. Belə birləşmələrin parçalanması oksigenin iştirakı və oksigenazaların köməyi ilə gedə bilir. Onların oksidləşmə prosesi ilk dəfə həmin maddələrdən torpağın sterilizasiyasında istifadə etdikdə aydın olmuşdur. Toluol və ksilolu torpağa verdikdən bir müddət sonra onlar tezliklə torpaqdan yox olmuşlar, yəni parçalanmışlar. Torpaqda bu maddələrin miqdarı 0,01%-dan , 0,1%-a qədər olduqda parçalanma daha intensiv gedir. Aromatik karbohidrogenlərin oksidləşməsində Bact henzoli, Bact toluoli və s. iştirak edir. Həmin bakteriyalardan birincisi benzol, itoliot, ksiloli oksidləşdirdiyi halda, ikinci növ isə bunlarla yanaşı etil-benzol, kumol və timol kimi maddələri oksidləşdirir. Bu bakteriyalardan əlavə torpaqdan Mycobacterium cinsinin müxtəlif növləri də ayrılmışdır ki, bunlar metakrezol, naftalin və fenantren kimi maddələri parçalayır. Liqnin yalnız polisaxaridlərlə birlikdə olur və bu bir və ya bir neçə aromatik qrupların polimeridir. Bu hədsiz möhkəm birləşmə olduğuna görə mikroorqanizmlər sellüloza və hemisellülozaya nisbətən bu maddəni çətin və əksər növləri isə Liqninin heç paraçalamırlar. Demək olar ki, yalnız xüsusi uyğunlaşmış göbələklər bu maddəni parçalama qabiliyyətinə malikdirlər. Liqninin aerob parçalanmasında mülayim temperaturda bazilidili göbələklər, xüsusilə Clavaria, Armilaria, Fomes, Polyporus, Merulius və s. cinslərinin növləri fəal iştirak edirlər. Onlarla yanaşı Fusarium lactis, Trichoderma liqnorum, Alternaria teneuis və s. natamam göbələk növləri də bu parçalanmada fəaliyyət göstərirlər. Torpaqda olan aerob bakteriyalardan Achromobacter və Pseudomonas cinslərinin növləri və hətta aktinomisetlərin də bu prosesdə iştirakı qeyd olunur. Bu parçalanmada proses liqnini hirolizindən başlayır və vanil „vanilin turşusu sadə aromatik birləşmələr alınır. Bu maddələr oksidləşərək son məhsullar olan karbon qazı, su, humusa bənzər maddələr əmələ gəlir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin