Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Mikroorqanizmlərdə dəyişkənlik və əlamətlərin nəslə ötürülməsi



Yüklə 121,03 Kb.
səhifə32/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   28   29   30   31   32   33   34   35   ...   65
mikro imtahan sualları

35. Mikroorqanizmlərdə dəyişkənlik və əlamətlərin nəslə ötürülməsi

Mikroorqanizmlərdə nəzərə çarpan dəyişənlik hadisəsi barədə elmdə iki cərəyan meydana gəlmişdir. Bunlardan biri polimorfizm (Negeli, Xalauer), digəri isə monomorfizm (Kon, Kox) idi. Birincilər mikrob növlərinin həddən artıq dəyişkənliyə uğradıqlarını iddia etdikləri halda, ikincilər bu növlərin sabit qaldığını, dəyişilmədiyini göstərirdilər. Beləliklə, müəyyən olunmuşdur ki, dəyişkənlik digər canlılar kimi, mikroorqanizmlərə də xas olan xüsusiyyətdir. Lakin mikroorqanizmlər ali orqanizmlərə nisbətən daha tez dəyişkənliyə uğrayırlar. İlk dəfə 1925-ci ildə Q.A.Nadsen və Q.S.Filippov rentgen şüalarının təsiri ilə maya göbələklərinin dəyişilmiş formalarını almışdır. Beləliklə, onlar bu şüaların mutagen təsirini kəşf etmişlər. Xarici mühitin təsiri altında mikroorqanizmlərdə baş verən dəyişiklik sayəsində koloniyanın rəngi, forması, ölçüsü və s. xüsusiyyətləri dəyişilir. Burada təkcə morfoloji əlamətlər deyil, fizioloji, biokimyəvi xüsusiyyətlər də dəyişir. Digər orqanizmlərdə olduğu kimi, bakteriyalarda, viruslarda irsiyyət və dəyişkənlik hadisələri DNT ilə əlaqədardır. İrsiyyətin mexanizmi bütün canlılar üçün ümumidir, lakin hər bir canlı orqanizm özünə xas olan xüsusiyyətlə digərindən fərqlənir. İrsiyyətdə əsas rolu nuklein turşuları, xüsusilə hüceyrənin nüvəsində yerləşən DNT oynayır. Mikroorqanizmlərdə əsasən iki formada dəyişkənlik nəzərə çarpır: 1) irsiyyətlə əlaqədar olan dəyişkənlik bu nəslə keçir və mutasiya adlanır; 2) geri qayıda bilən və genetik aparatla əlaqədar olmayan dəyişkənlikdir ki, bu da modifikasiya adlanır. Mutasiya – nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişgənlikdir ki, bu da çox zaman gen mutasiya termini ilə ifadə olunur. Mutasiya orqanizmin genotipində baş verən dəyişiklikdir.



36. Mutasiya

Mutasiya – nuklein turşularının molekul quruluşunun dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişgənlikdir ki, bu da çox zaman gen mutasiya termini ilə ifadə olunur. Mutasiya orqanizmin genotipində baş verən dəyişiklikdir. Mutasiyalar bakteriyanın çox mühüm və müxtəlif xassələrinə toxuna bilər. 2 cür olur: İri mutasiya böyük genom sahələrinin düşməsi və ya dəyişilməsi ilə müşayiət olunur, belə mutasiyalar geri qayıtmayandır. Kiçik (nöqtəvi) mutasiyalar DNT düşməsi  və ya əlavə olunması ilə əlaqədardır. Belə dəyişilmiş bakteriyalar tamamilə əvvəlki vəziyyətinə qayıda bilərlər. Mənşəyinə görə mutasiyalar iki yerə bölünür: a) spontan, yəni heç bir xarici mühit amillərinin təsiri olmadan təbii baş verən mutasiyalar; 2) induksion, yəni xüsusi mutagen maddələrin təsiri ilə əmələ gələn mutasiyalar. Bu axırıncılara müxtəlif radiasiya növləri (ultrabənövşəyi, rentgen şüaları, neytron və protonlar) və temperaturun təsiri ilə yaranan mutasiyalar aiddir. Hər nəsildə əmələ gəlmiş dəyişiklik daimi xarakter daşıyırsa, demək həmin orqanizmdə mutasiya getmişdir. Bir gen bir ferment və ya bütün ferment sisteminə nəzarət edə bilər. Genin parçalanması və ya dəyişilməsi həmin genin nəzarət etdiyi fermentin fəallığından asılıdır. Bəzən mutasiya mikroorqanizm üçün əlverişli, bəzən həmin növ üçün əhəmiyyətsiz, bəzən də tamamilə orqanizmə zərərli, hətta məhvedici olur.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin