Milli Virtual-Elektron Kitabxananın təqdimatında



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

**** 
Aslan  bəy  Sultanova  mərkəzi  hakimiyyət  tərəfindən  
1920-ci  ildə  mandat  və  xüsusi  səlahiyyət  verildikdən  sonra  o 
Qarabağ  və  Zəngəzur  qəzalarının  mərkəzi  olan  Şuşada  otu-
rurdu.  O zamankı Şuşalılar Aslan bəyə Çaylı Aslan bəy deyə 
müraciət  edirdilər.  Qubadlı  elindən  Bərgüşad  və  Həkəri  çay- 
ları axdığından o yerin camaatına çaylılar deyilirdi. Aslan bəy 
bu vəzifəsində də öz missiyasını şərəf və ləyaqətlə başa vur- 
duqdan,  Andronikin  daşnak  tör-töküntülərini  məhv  etdikdən 
sonra mərkəz onun missiyasını bitmiş hesab edərək öz yolun- 
da  onu  real  və  böyük  bir  maneə  kimi  görür.  O  kommunist 
partiyası sıralarına daxil olmaq şərti ilə mərkəzə yüksək vəzi- 
fəyə dəvət olunur. İlk baxışdan bu elə görünə bilərdi ki, guya 
mərkəz  Aslan  bəyin  bu  vaxta  qədər  etdiyi  xidmətlərə  dəyər 
verir  və  ona  daha  böyük  etimad  göstərməyə  çalışır.  Lakin 
bütün  bu işlərin arxasında nəyin  və hansı  məqsədin  dayandı- 
ğını  zərgər  dəqiqliyi  ilə  bilən  Aslan  bəy  mərkəzin  bu  məkrli 
təklifini  qəbul  etməyərək  bəyan  edir  ki,  mən  hərbçiyəm,  heç 
bir  pariyanın  üzvü  olmaq  istəımirəm,  vəzifə  iddiasında  da 
deyiləm.  Mən  öz  qəzamıza  qayıdıb  yenə  də  hərbi  vəzifə 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
192 
 
tutmaq  və  xalqımın  düşmənlərinə  qarşı  mübarizə  aparmaq 
niyyətindəyəm.  Aslan bəy  könüllü olaraq fövqəladə komissar 
vəzifəsindən  imtina  edərək  Zəngəzur  qəzasına  milis  idarəsi- 
nin  rəisi  vəzifəsinə  gedir.  O  zaman  Zəngəzur  qəzasındakı 
bütün  məsul  vəzifələri  onun təyin etdiyi  kadrlar  tutduğundan 
əslində o təkcə milis idarəsinin deyil, həm də qəzanın başçısı, 
qəzadakı real gücün sahibi idi. 
Mərkəzdən  onunçün  qazılan  quyuya  düşməyən  Aslan  bəy 
sonrakı  fəaliyyətində  ona  sadiq  qüvvələrin  arasında  olmağı 
daha  üstün  tutur.  Səksəninci  illərdə  Savalan  Şirinovun  özü- 
nün etirafına  görə bu məsələləri mərkəzdən Aslan bəyə  ötü- 
rən    adam  Mir  Cəfər  Bağırov  özü  imiş,  hansı  ki,  Aslan  bəy 
onu  Zəngəzur  banditləri  ilə  mübarizədə  real  ölümdən  xilas 
edibmiş.  Bu  barədə  daha  sonrakı  fəsillərdə  ətraflı  məlumat 
verməyə çalışacağıq. 
Mərkəzin  məkrli  planını  reallaşdırmaq  üçün  Aslan  bəyə 
qarşı düşünülmüş qarayaxma kompaniyasına start verilir. Bir-
birinin  ardınca  Zəngəzura  yoxlamaya  göndərilən  açıq  və 
məxfi kommunistlər nə yolla olursa-olsun Aslan bəyi və onun 
ətrafındakı bütün qüvvələri şərləməyə, ləkələməyə səy göstə- 
rirlər.  Bu  komissiyaların  əsas  məqsədi  Aslan  bəyin  qurduğu 
yerli hökuməti xain damğası ilə ləkələyərək aradan götürmək 
və gizli  fəaliyyətə çəkilən kommunistləri hakimiyyətə gətirə- 
rək  Zəngəzurun ermənilərə verilməsini  sözdən reallığa çevir- 
mək.  Aslan  bəyi  məhv  etməklə  isə  onların  məqsədi  yerli  ca- 
maatın  gözünü  qorxutmaq,  onları  təkləmək  və  bütün  yerli 
özünümüdafiə  qüvvələrini  zərərsizləşdirmək  istəyirdilər.  Bu- 
nunla da  heç bir maneə və müqavimətlə qarşılaşmadan məq- 
sədlərinə  nail  olmaq,  xəyanətkar  oyunun  nəticəsi  olaraq  öz 
şəxsi  kariyeralarını  qurmaq  istəyirdilər.  Bu  yerdə  xüsusilə 
qeyd etmək lazımdır ki, Zəngəzurun verilməsinə etiraz olaraq 
başlanmış  müqavimət  hərəkatı  geniş  vüsət  alaraq  Qarabağ 
ərazisinə  də  keçir  bu  yolda  canlarından  keçən  şəhidlərimizin 
qanı bahasına Qarabağın verilməsinin qarşısı alınır. Sonradan 
əldə  etdiyimiz  arxiv  sənədləri  də  təsdiq  edir  ki,  Nəriman 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
193 
 
193 
Nərimanov  (“Kommunist”  qəzeti,  1921-ci    il,  səh  2)  Zəngə- 
zurla  bərabər  bütün  Qarabağın  da  ermənilərə  birləşdiril- 
məsinə razılıq verərək imza amışdır.  
Zəngəzurun  və  Qarabağın  ermənilərə  verilməsini  təhlükə 
olaraq  görən  camaat  bununla  mübarizə  yolunu  qaçaqçılıq 
hərəkatının  başlanmasında  gördü.  Bu  həm  də  xalqın  öz  mü- 
qəddəratına  qarşı  biganə  qala  bilməməyin,  ətrafında  baş  ve- 
rən xəyanətlərlə bu yolla mübarizə aparmağın, əslində isə ye- 
ni  igidlik  və  qəhrəmanlıq  səhifəsinin  açılması  demək  idi. 
Nəzər  Heydərov  öz  kitabında  bu  səhifəni  də  xüsusilə  qeyd 
edib.  Müəllif  yazır ki,  “... Digər Sultanovlar (Aslan bəy Sul- 
tanov) Qubadlı sahəsində Lətifin və Kərimin antisovet banda- 
sına  başçılıq  edirdilər.  Sonradan  bu  banda  daşnaklarla  birlə- 
şərək iki qəzanın arasında dolanmağa başladı”. (N.Heydərov. 
“Zəngəzur  dağlarında”  kitabı,  Azərnəşr  1989.  səh  130).  Bu 
həmin  Aslan  Sultanovdur  ki,  daşnaklar  general  Manuku 
öldürdüyü üçün  (Ermənistan 3 gün yas saxlayıb) onun başına 
külli miqdarda pul qoymuşdular. Bu zaman daşnaklarla hansı 
birləşmədən  söz  getdiyini  anlamaq  və  daşnak  dəyirmanına 
kimin su tökdüyünü dərk etmək o qədər də çətin deyil. Bu hə- 
min  Nəzər  Heydərovdur  ki,  1920-ci  ilin  dekabrında  Zəngə- 
zurun ermənilərə verilməsinə öz dəst-xətti ilə imza atmışdı.   
Aslan  bəyin  başçılıq  etdiyi  və  Nəzər  Heydərovun  banda 
adlandırdığı  Lətiflə  Kərimin  qaçaq  dəstəsi  əslində  Zəngəzu- 
run və Qarabağın azadlığı uğrunda, baş verən haqsızlıqlara və 
tarixi cinayətlərə etiraz əlaməti olaraq hökumətə qarşı çıxmaq 
məcburiyyətində  qalmış,  hadisələrə  biganə  qala  bilməmişdi- 
lər. Aslan bəy Qarabağın və Zəngəzurun fövqəladə komissarı 
olduğu vaxt çoxlu sayda özünə sadiq  hərbi kadrları müxtəlif 
vəzifələrdə  yerləşdirmişdi.  Bu  kadrlar  sonradan  Aslan  bəyə 
mərkəzin  xəyanətkar oyunlarına  qarşı müqavimət göstərmək- 
də  bilavasitə  kömək    edirdilər.  Məhz  bu  fədakar  insanların 
silaha  sarılaraq  hökümətə  qarşı  apardıqları  mübarizə  de-yure 
ermənilərə verilmiş Qarabağın de-fakto verilməsinin qarşısını 
aldı.   

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
194 
 
O  dövrdə  yaşayan  və  hadisələrin  birbaşa  şahidləri  olan 
yaşlı  insanların  dediklərinə  görə  bu  dəstələr  olmasaydı  Zən- 
gəzurda  və  Qarabağda  müsəlman  əhalisinə  qarşı  tutulan  di- 
vanların,  axıdılan  qanların  miqdarını  sözlə  demək  çətin  olar- 
dı. Təkcə Lətiflə Kərim hər biri  bu illər ərzində 700-ə qədər 
daşnak məhv etmişdilər. Elə ona görə idi ki, yerli kommunist- 
lər  öz  erməni  qardaşlarına  yarınmaq,  onlarla  iş  birliyində  ol- 
maq,  vəzifə  tutmaq,  var-dövlət  sahibi  olmaq  üçün  Aslan 
bəyin,  Lətifin,  Kərimin  və  bir  çox  başqa  mübariz  insanların, 
xalq qəhrəmanlarının ermənilərə verilməsini, onları ermənilə- 
rin mühakimə etməsini istəyirdilər. Buna nə ad vermək  olar? 
Xalqa,  onun  igid  və  qoçaq  övladlarına  nifrət,  yoxsa  vətəninə 
xəyanət, satqınlıq, şərəfsizlik. Özünüz deyin!  
Aslan  bəyin  necə  bir  insan  olduğunu  bilmək  üçün  sadəcə 
bir faktı nəzərinizə çatdırmaqla kifayətlənmək istəyirəm.  Bü- 
tün vəzifələrini itirdikdən və vəzifələrdə olan əqidə qardaşla- 
rından uzaq düşdükdən sonrakı  8 il ərzində Aslan bəy Sulta- 
nov qaçaqçılıq hərakatına başçılıq etmişdi.    
 
**** 
Ermənistan  Kommunist  Partiyası  Zəngəzur  qəzası  məxfi 
işçilərinin ümumi yığıncağının protokolu 
Sədr: M.Aryutunov 
Katib: Z.Mkrtiçev 
Fond 1, siyahı 2, saxlama vahidi 139 
Gündəlik: 
1) Yerlərdən və İrəvandan gələnlərin məruzələri. 
2)  Bakıya  və  İrəvana  xüsusi  məruzə  ilə  gedəcək  yoldaş- 
ların seçilməsi. 
Dinlənildi 
İclas M.Aryutunovun sədrliyi və Z. Mkrtiçevin katibliyi ilə 
açıldı. 
Birinci  məsələ  ilə  bağlı  Zəngəzur  qəzasından  gələn  məxfi 
işçilərin  məruzələri  dinlənildi.  Məruzələr  dinlənildikdən  son- 
ra  aydın  oldu  ki,  artıq  Zəngəzur  qəzasında  və  Qubadlı  rayo- 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
195 
 
195 
nunda  qalıb işləmək mümkün deyil. Elə ona görə də bu qəza- 
nın bütün işçiləri işlərini buraxaraq Şuşaya getmək məcburiy- 
yətində  qalıblar.  İrəvandan  gələn  yoldaş  Tumasovun  məruzə- 
sindən  məlum    oldu  ki,  daşnakların    məsələsi  tezliklə    həll 
olunacaq. 
Qərara alındı: 
Gündəlik  məsələlər  yığıncaq  iştirakçıları  tərəfindən  ciddi 
müzakirə olunduqdan sonra  iclas həmrəyliklə qərara aldı ki; 
Qubadlı  qəzasında    daşnakların  müsavatçılarla  və  yerli  bəy- 
lərlə əlaqə qurmaları  və həmin əksinqilabçı qüvvələr tərəfin- 
dən  bizim  üç  yoldaşımızın–Şneger  kəndinin  sakinləri  Arme- 
nak  Ağasiyansın,    Arşak  Tunanyansın  və  Parsak  Saakyansın 
öldürülməsi təsdiq edilsin. Vəziyyətlə bağlı Bakını və İrəvanı 
məlumatlandırmaq  üçün  aşağıdakı  yoldaşlar:  Mali-yans  və 
Tumasov  məlumat  vermək  üçün  Bakıya  və  İrəvana  ezam  
olunsunlar.  Onlara  Bakıya  və  İrəvana  gedib  qayıtmaq  üçün  
məxfi əməkdaş mandatları verilsin. 
Sədr: 
Katib: 
**** 
Sənədlər  arasında  Qubadlı  qəzasının    məsul  partiya  işçisi 
Savalan  Şirinovun  23  avqust  1921-ci  il  tarixli  mərkəzə  ötür- 
düyü  məlumatdan  bir  çıxarış  var.  Həmin  çıxarışdan  məlum 
olur ki,  Savalan Şirinov öz məlumatında Qəza  İcrayə Komi- 
təsinin  sədri  seçilən    Hüsü  Hacıyevin  həbs  olunmasını  tələb 
edərək,  onunla  bağlı  bütün  sənədlərin  və  materialların  AKP 
MK-nin  tam  nəzarəti  altında  saxlanmasını  istəyir,  onun  əfvi- 
nə  sığınaraq  azadlığa  buraxılan  əksinqilabçı  qüvvələrin  dinc 
əhaliyə  divan tutmasından, üç  kommunist yoldaşın –  Arso- 
nun, Parsiyanın və Arşakın  məhşur əksinqilabçı İsgəndər bəy 
Sultanov (Aslan bəyin  əmisi  oğlu)    tərəfindən  güllələnməsin- 
dən  söz açır.  
Savalan Şirinov  məlumatında Hüsü Hacıyevi qatı kontra-
bandaçı  adlandırır,  onu  İran  xanları  ilə  əlaqədə  suçlayır,  da-
xildə isə Aslan bəy Sultanovun yaxın qohumları və işçilərinin  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
196 
 
inqilaba  və  sovet  hakimiyyətinə  mane  olmala-rından  danışır.  
İsrafil  bəy  Sultanovdan  neçə  milyonsa  rüşvət  alaraq  onu 
hansısa  bir  sahənin  milis  rəisi  vəzifəsinə  təyin  etməsini 
söyləyir və Sultanovlar nəslinə yeni şər və böhtanlar atmaqda 
davam edir. 
Fond 1, siyahı 2, saxlama vahidi 136  
 
 
 
**** 
Azərbaycan  Sovet  Sosialist  Respublikası  Bakı  Sovetində 
1920-ci  il  1  dekabr  tarixli  yığıncaqda  yoldaş  Nəriman  Nəri- 
manov  qəribə  bir  deklorasiya  ilə  çıxış  edib.  Həmin  deklo- 
rasiyanın  mətni  1920-ci  il  “Bakinskiy  raboçiy”  qəzetinin  
4  dekabr  tarixli  sayında  çap  olunub.  Nəriman  Nərimanov 
bəyənatında  bildirir  ki,  “...Zəngəzur  və  Naxçıvan  qəzalarının 
əraziləri  Sovet  Ermənistanının  ayrılmaz  bir  hissəsidir,  Qara- 
bağın  sadə  kəndli  əhalisinin  isə  öz  müqədəratını  müstəqil 
şəkildə təyin etmək hüququ var. ..”  
 
**** 
Elə buradan başlamaq istəyirik.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
197 
 
197 
Əlimizdə  olan  onlarla  arxiv  sənədi  və  görüşdüyümüz  in- 
sanların  xatirələrində  yaşayan  faktlar  bir  daha  təsdiq  edir  ki, 
ermənilərin  Azərbaycana  qarşı  qaldırdıqları  torpaq  iddiaları- 
nın kökü daha dərinlərə gedib çıxır. 
 Arxiv  sənədlərinin  arasında  qarşımıza  çıxan  maraqlı  bir 
sənəd  də  Savalan  Şirinovun  10  aprel  1921-ci  ildə    Azərbay- 
can  Kommunist  Partiyası  Mərəzi  Komitəsində  yerli  kommu- 
nistlərin  nümayəndəsi  qismində  göndərilmiş  Məruzəsidir. 
Məruzənin    mətnini  olduğu  kimi  sizə  təqdim  etməık  istəyirik. 
Məlumatdan  açıq  aydın  görünür  ki,  bu  Aslan  bəyə  və  onun 
ətrafına  qarşı  başlanan  qarayaxma  əməliyyatının  ilk  açıq 
fakıdır. 
 
Azərbaycan  Respublikası  Prezidenti  Aparatının  Siyasi 
Sənədlər Arxivi. Fond 1, siyahı 2, iş 139. 
 
Savalan Şirinovdan 
 
İnqilab  Komitəsinə  verilən  məlumatla  tanış  olduqda    in- 
sanın  qanını  donduracaq  bir  fakt,  o  faktın  arxasında  isə  
məkrli bir niyyətin dayandığı  diqqəti çəkir. Faktla  aşağıda-
kı  sənədi  oxuduqda  tanış  ola  bilırəsiz,  lakin  məkrli  niyyət 
ondan  ibarətdir  ki,  həmin  qurultayda  çıxarılan  qərar  Azər- 
baycan xalqının kürəyinə saplanmış  zəhərli xəncər idi. Qu- 
rultayın məqsədi  Azərbaycanı  türk  dünyasından,  Türk  dün- 
yasını  isə  coğrafi  cəhətdən  bir-birindən  ayrı  salmaqdan 
ibarət idi. Qurultay nümayəndələri, Çingiz İldırımın himayə 
etdiyi    yerli  xainlərlə  birlikdə  bəsit  və  gülüş    doğuran  fakt- 
ları  əsas  götürərək  Zəngəzurun  Ermənistana  verilməsini 
qaçılmaz hesab ediblər.  
Qurultay  iştirakçılarından  biri,  o  dövrdə  fəal  kommu- 
nistlərdən  biri  olan  Nəzər  Heydərov  sonradan  yazdığı 
“Zəngəzur dağlarında”  adlı kitabında  yazır ki, “Belə ağır 
bir  şəraitdə  Zəngəzur  qəza  partiya  təşkilatının  qurultayı 
çağırıldı.  Qurultay  1920-ci  ilin    ikinci  yarısında    Gorusda 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
198 
 
açıldı.  Qurultayın  işinə  Armenak  Qaragözov  rəhbərlik  
edirdi”. 
Arxiv sənədləri təsdiq edir ki, Çingiz İldırım Zəngəzurun 
Ermənistana  verilməsində    canfəşanlıq    göstərən,    xalqına  
xəyanət  yolunu  seçən  qüvvələrə  birbaşa  rəhbərlik  edib  və 
onları bu işlərə ruhlandırıb. (Azərbaycan Respublikası Pre- 
zidenti  Aparatının  Siyasi  sənədlər  arxivi.  Fond  1,  siyahı  2, 
saxlama vahidi 139
P.S.  Armenak  Qaragözov  həmin  dövrlərdə  Zəngəzurun 
Ermənistan  tərəfinin  fövqəladə  komissarı  olub.  Həmin 
dövrdə  Zəngəzurun  və  Qarabağın  Azərbaycan  tərəfinin 
fövqəladə komossarı isə komunist partiyasının üzvü olmayan 
Aslan bəy Sulatov olmuşdur.  
Aslan  bəy  Sultanov  dövrünün  ən  nüfuzlu  şəxsiyyətlə- 
rindən biri, bacarıqlı sərkərdə, sərrast atıcı, aəzrbaycan, rus 
və erməni dillərində sərbəst danışa bilən, siyasi cəhətdən tam 
hazırlıqlı  və  yetkin,  savadlı  və  vətənpərvər  bir  insan 
olmuşdur. Əldə etdiyimiz arxiv sənədlərinin mənzərəsi də bu 
fikirləri  təsdiq  edir.  Aslan  bəy  Sultanov  özünü  artıq  tam 
olaraq təsdiq etmişdi. Ermənilərin  xalq qəhrəmanı,  daşnak 
Andronikin sağ əli general  Manukyanı məhv edən (o barə- 
də ətraflı məlumat verəcəyik), erməni daşnakları ilə  müba- 
rizədə barışmaz mövqe tutan xalq qəhərmanı idi Aslan bəy.    
1921-ci  ildə,  Zəngəzurun  Ermənistana  verildiyi  vaxtda 
nədənsə  Nəzər  Heydərov  kitbaında  Aslan  bəyin  və  onun 
doğmalarının adarının üstündən sükutla keçir. Mənzərə isə 
aşağıdakı kimidir:  ” 
Baş Dövlət Arxivi 
Fond 410, siyahı 1, iş 130 
 
**** 
Arxiv sənədlərinin təhlilindən sonra  bu məsələyə yenidən 
qayıtmağı lazım bildik. Azərbaycan Prezidenti Aparatının Si- 
yasi  Sənədlər  Arxivində  fond  1,  siyahı  1,saxlama  vahidi  24 
qrifi ilə qorunan sənəd bir daha təsdiq edir ki, 1920-ci ilin 18 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
199 
 
199 
sentyabrında  mərkəzdə,  Nəriman  Nərimanovun,  Dadaş  Bün- 
yadzadənin  və  qeyri    rəsmi  dövlət  nümayəndələrinin  da  işti- 
rak etdiyi  iclasda  artıq  Zəngəzur məsləsinə baxılmış və bura- 
da Zəngəzurun birbaşa daşnak hökumıti ilə  sərhəddə  yerləş-
məyi və buna görə də başqa bölgələrdən fərqli olaraq daha çox 
daşnak  təcavüzünə  məruz  qalması,  eyni  zamanda  bu  yerlərin 
coğrafi cəhətdən keçilməz meşəliklərdən və dağlıq ərazilərdən 
ibarət olması həmin yerlərə yaxşı bələd olan yerli bir liderin, 
sərkərdənin  bacarığından  istifadə  etmək  zərurətini    ortaya 
qoymuşdu.  Çünki  həmin  yerlərə  bələd  olmayan  hərb- 
çilər  burada  heç  bir  döyüş  əməliyyatı  qura  bilməz,  dəqiq 
kəşfiyyat  apara  bilməzdilər.  Ona  görə  də  bu  sənəd  bir  daha 
sübut  edir  ki,  Laçınlı  Sultan  bəydən  daşnaklara  qarşı  birgə 
mübarizə  aparmaq  siyasəti  özünü  doğrultmadı  və  bu  əhali 
arasında böyük narazılığa səsəb olub. Bunu təsdiq edən arxiv 
sənədini sizə təqdim edirik. 
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi  Sə- 
nədlər Arxivi, fond 1, siyahı 1, saxlama vahidi 24  
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
200 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
201 
 
201 
Sənəddə daha sonra qeyd edilir ki,  Xalq  Hərbi Komissarlığı- 
na  tapşırılıb  ki,  Sultan  bəyi  bandası  ilə  birlikdə  məhv  etsin. 
Buradan  da  aydın  görünür  ki,  bu  zonada  mərkəz  tərəfindən 
güclü  sərkərdə axtarışı əvvəlcədən düşünülmüş  məkrli bir si- 
yasət  idi.  Yəni,  özlərinin  də  etiraf  etdikləri  kimi,  arxiv  sənə- 
dində  göstərilən  kimi  onların  gücündən  yalnız  daşnaklara 
qarşı mübarizədə istifadə etmək, bununla da asanlıqla bu mü- 
haribəni  mümkün  qədər  az  itkisiz  daşnaklar  üzərində  qələbə 
ilə  təmin  etmək.  Bütün  bunların  üstündən  keçilərək  Aslan 
bəyin üzərində dayanılması bu artıq mərkəzin və XI qızıl or- 
dunun  kəşfiyyatının  verdiyi  dəqiq  məlumatlardan  sonra  ol- 
muşdu. Yəni onların aldığı kəşfiyyat məlumatlarında  göstəri- 
lirdi  ki,  burada  Aslan  bəy  elə  bir  kəşfiyyat  qurub  ki,  Nijde, 
onun  ətrafındakı  digər  daşnak  komandanları  Azərbaycana 
qarşı  hər  hansı  bir  kəşfiyyat  və  döyüş  planı  tərtib  edirlərsə, 
Aslan  bəyin  kəşfiyyatı  bunu  vaxtında  öyrənir  və  Aslan  bəy 
özünün  əks  hərbi  planı  ilə  həmin  planları  darmadağın  edir. 
Bundan başqa da onun Azərbaycanın ucqar bir bölgəsində ilk 
dəfə  o  dövrün  hərbi  standartlarına  uyğun  nizami  hərbi  hissə 
yaratması və ilk dəfə kazarma rejimi yaratması artıq mərkəzi 
hökumətin nəyin bahasına olursa-olsun Aslan bəyi öz tərəfinə 
çəkmək  və  onun  fitri  hərbi  istedadından  istifadə  etməklə 
daşnaklara  qarşı  müharibənin  taleyini  həll  etmək.  Təsadüfi 
deyil ki, mərkəzdən gələn yüksək çinli dövlət nümayəndələri 
Aslan bəyin bütün təkliflərini gözüyumlu qəbul edir, hətta ona 
fövqəladə  səlahiyytələr  verməklə  yerli  hakimiyyəti  təşkil 
etmək də ona həvalə olunur. Buradan da belə nəticə çıxır ki, 
özünün  də  iştirak  etdiyi  iclasda  Nərimanov  çox  yaxşı  bilirdi 
ki,  Aslan bəy  daşnaklara qarşı mübarizədə bir nömərli fiqur- 
dur.  Lakin  daşnaklarla  mübarizə  Aslan  bəyin  böyük  hərbi 
bacarığı  sayəsində  qələbə  ilə  bitdikdən  sonra  artıq  mərkəzi 
hökumət  yerlərdəki  xainlərin əli ilə Aslan bəyi ləkələmək  və 
onu bütün vəzifələrdən kənarladırmaq yolunu tutdu. Onu daş- 
naklarla  əlbir  olmaqda  və  əksinqilabçılıqda  ittiham  etməyə 
başlayırlar.  Ancaq  onların  ortaya  atdıqları  yalançı  ittihamlar 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
202 
 
ictimai  rəy  tərəfindən  rədd  edildikdən  sonra  insanlar  böyük 
narazılıqla  belə  qondarma  şaiyələrə,  böhtanlara  etirazını  bil- 
dirdikdən  sonra  mərkəzi  hökumət  artıq  geri  çəkilərək,  onu 
daşnakların    dostu  kimi  yox,  bütün  erməni  xalqının  düşməni 
kimi  qələmə  verməyə  başlayır.  Biz  bu  məsləyə  bir  daha  ona 
görə  qayıdıb  oxucuların  diqqətini  bu  məsləyə  cəlb  etməyə 
çalışdıq  ki,  Nəriman  Nərimanov  bu  qəhrəman  sərkərdənin 
daşnaklara  qarşı  mübarizədə  necə  vuruşduğunu,  xalqımızın 
qisasını  erməni qəsbkarlarından necə aldığını  bilə-bilə onun- 
la son dərəcə çirkin bir oyuna getmişdir. Yəni əvvəl, mərkəzə 
lazım  olanda,  onun  hərbi  bacarığına,  fitri  hərbi  istedadına 
ehtiyac  duyulduqda  ondan  yetərincə  istifadə  etmək,  missiya 
başa  çatdıqdan  sonra  isə  onu  ləkləmək,  ona  erməni  xalqının 
düşməni  adını  qoyaraq    xalqın  qəhrəman,  mərd  oğluna  qarşı 
xəyanət  yolunu  tutmaqla,  Moskvadakı  ağalarının  tələblərinə 
görə  öz  qəhrəman  oğlunu  həbs  edərək  cəzalanması  üçün  er- 
mənilərə verilməsini təmin etmək. Bununla da bir daha sübut 
olunur  ki,  Nəriman  Nərimanov  öz  kariyerasını  qoruyub 
saxlamaq  üçün  xalqımızın  qəhrəman  və  mərd  oğullarını  qur- 
ban vermişdir. 
 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin