Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
167
167
sonra Aslan bəy Sultanov o vəzifənin məsuluyyətini heç kəsə
etibar etməmişdir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
168
XXX
Onun göstərişi ilə qəza milis idarəsinin keçmiş rəisi, ya-
rım milyona qədər dövlət pulunu mənimsəməkdə, bu barədə
İnqilab komitəsinə heç bir hesabat verməyən və çoxsaylı
şikayətlərdə günahkar bilinən Əli bəy Şərifov, eləcə də Xan-
lıq sahəsinin İnqilab Komitəsinin sədri Yusif Yusifov çoxsay-
lı şikayətlər və cinayətkar əməllərdə ittiham olunaraq həbs
ediliblər. Həmçinin özünü partiya işçisi kimi qələmə verən,
əslində isə fırıldaqçı və sabotajçı kimi tanınan Mirzə Muxtar
Bayramovun cinayətkar əməllərini ifşa etmişdir (kommunist
partiyasından arayış təqdim edilib ki, o partiya üzvü deyil). Bu
əməllərin ifşa olunduğunu hiss etdikdə Mirzə Muxtar
Bayramov hakimiyyətin onu cinayətkar əməllərinə görə cə-
zalandıracağını bilərək qaçıb canını qurtara bilmişdir.
Xudabaxış bəy Sultanovun həbsdən azad edilməsi barədə
Kommunist Partiyasının bütün üzvləri rəy verib.
Qəzanın kommunist partiyası üzvləri olan bütün məsul
işçiləri Şuşa Siyasi Bürosuna onun azad edilməsi barəsində
müraciət ediblər.
O ki, qaldı mənə, mənim xidməti fəaliyyətimə, xahiş
edirəm ki, o barədə qərəzsiz insanlardan məlumat alasınız:
1) 28-ci diviziyanın 84-cü briqadasının komandiri yoldaş
general Semyonovdan, 2) Hərbi komissar yoldaş Korkoven-
kodan, 3) Qərargah rəisi Mızrıkovdan, 4) Hərbi komissar
Çernikovskidən, 5) Briqada yavəri Fyodorovdan, 6)25-ci
alayın komandiri Kopiyankadan, 7)252-ci alayın komandiri
Qornostayevdən, 8) 251-ci alayın keçmiş komandiri, onun
köməkçisi Parsadanovdan, 9)252-ci alayın Şuşadakı keçmiş,
250-ci alayın hazırkı komandiri Çelovdan, 10) 252-ci alayın
keçmiş komandiri yol. Veyçexovskidən, 11) 28-ci diviziyanın
rəisi Nesterovskidən.
İyulun 15-dən noyabrın 20-dək mən adları çəkilən
yoldaşlarla çiyin-çiyinə həyatımı əsirgəmədən fədakarcasına
vuruşmuşam. Mis zavodunu (müəl: Kafanda yerləşir) ələ
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
169
169
keçirmə əməliyyatında daşnaklar tərəfindən başımdan yara-
lanmışam və Gorusdakı hərbi xəstəxanada müalicə olunmu-
şam. Bu barədə 28-ci diviziyanın 84- cü briqadasının verdiyi
tibbi arayış hal-hazırda özümdə saxlanılır.
Qırmızı ordu heyəti Zəngəzur sərhədlərindən geri çağırıl-
dıqdan sonra mən Zəngəzurun və Qarabağın fövqəladə ko-
missarı, eləcə də Qubadlı Qəzasının və aran Zəngəzurun milis
idarəsinin rəisi vəzifəsinə təyin olunmuşam (müəl: o dövr
üçün mərkəzi Şuşa olan Zəngəzurun və Qarabağın fövqəladə
komissarı generel vəzifəsi idi.) Mərkəzin hansı fəaliyyətlərinə
görə hakim partiyası sayılan kommunist partiyası üzvü
olmayan Aslan bəy Sultanova bu qədər etimad göstərməsi
haqqında daha ətraflı növbəti fəsillərdə məlumat verəcəyik.
Bircə bunu deməklə kifayətlənirik ki, onun düzgün hərbi
planı, döyüş taktikası və həmçinin qeyri-adi sərkərdəlik
istedadı 28-ci diviziyanın bütün heyətini Ersevənnik kəndin-
də Nijdenin, Dronun mühasirəsindən çıxartmış və onların
həyatlarını ölümdən xilas etmişdir. Andronikin Gorusda ya-
ratdığı daşnak hökumətini məhv etdiyinə görə 28-ci diviziya-
nın komandanlığı tərəfindən verilən təqdimata əsasən mərkəz
tərəfindən alternativsiz olaraq Qarabağ və Zəngəzurun föv-
qəladə komissarı vəzifəsinə təyin olunmuşdur və bu qali-
biyyəti əldə etdiklərinə görə Aslan bəy Sultanov, Semyonov
və Çelov qızıl medalla təltif olunmuşlar. O zamandan bəri
mənim fəaliyyətim və səylərim nəticəsində qəzada tam inqi-
labi qayda-qanun hökm sürür. Mən olmasaydım ərzaq payını
və əmək haqqını ala bilməyən milis əməkdaşları çoxdan
vəzifələrindən imtina edərdilər. Mən onlara maaş əvəzinə xoş
vədər verirəm. Sanki bütün bunları etmək onların alın yazı-
sıdır. Mən onları ordunun gələcəyi və hər şeyin tezliklə yaxşı
olacağı ilə ruhlandıraraq bu yolla onları xidməti davam etdir-
mələri üçün saxlayıram. Bir tərəfdən də Fars xanları, daşnak-
lar və daxili zərərli elementlərə qarşı rahatlıq və dinclik
bilmədən mübarizə aparıram.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
170
Mərkəzə verilən yalan və böhtan dolu məlumatlar əsaında
mən haqsız olaraq tutduğum vəzifədən azad edilmişəm.
Mərkəzi hakimiyyətin mənə qarşı etdiyi bu haqsızlıqdan
özümü son dərəcə incimiş hesab edirəm və bütün bunların
müqabilində yalız bircə xahişim var: mənim fəaliyyətimi
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin
komissiya mənim fəaliyyətim haqqında mərkəzə ötürülən
məlumatların nə qədər yalan və böhtan olduğunu müəyyən-
ləşdirsin. Eyni zamanda qeyd edim ki, bizim fəaliyyətimiz
Sovet hakimiyyəti üçün də dəyərli olub. Biz bu hökumətin
mərkəzdən gələn nümayəndələrinin bizi inandırdığına və ən
əsası da xalqımızın ən qatı düşməni olan daşnaklara qarşı
birgə mübarizə aparmağı təklif etdikləri üçün və bu hakimiy-
yətin fəhlə-kəndli hökuməti olduğunu və demokratik olduğu-
na bizə inandırmaq üçün yerli hökuməti qurmağı da qəzanın
insanlarının özlərinə həvalə olunması bu quruluşun tam de-
mokratik bir quruluş olmasına inam yaratmışdı. Hansı ki,
müsavat hakimiyyəti dövründə yerli hökumət mərkəzdən
təyin edilirdi. Bütün bunlardan sonra heç bir silahlı müqavi-
mət göstərmədən razılığa gəldik və yerli qəza hökumətini
qurduq. Bu gün də biz bütün gücümüzü və enerjimizi yeni
quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu
quruluş bizimçün əlverişlidir və milləti xoşbəxtliyə və xilasa
aparır. Elə olmasaydı xalq asanlıqla ona qızıl dağlar vəd edən
daşnak hökumətinə etimad göstərədi.
Ona görə də Mərkəz bizim fəaliyyətimizə qiymətləndir-
məli və dəyərləndirməlidir. Dəqiqləşdirmə aparmadan suyu
bulandırdıqdan sonra bulanıq suda balıq tutmaq istəyənlərin
məkrli və qərəzli fikirlərinə əsaslanıb bizim fəaliyyətimizə
ləkə salmaq o qədər də asan deyil.
Xahiş edirəm ki, mənim faktlara əsalanan məlumatlarımı
Azərbaycan Mərkəzi İnqilab Komitəsinin Ümumi iclasında
oxuyub müzakirə edəsiniz.
Qəza Milis İdarəsinin rəisi A. Sultanov.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
171
171
Yeri gəlmişkən demək lazımdır ki, 1921-ci ildə qəza
hökumətinin rəhbərliyinin hamısının Sultanov olması Aslan
bəyin ətrafına ən inandığı adamları yığması mərkəz
tərəfindən ona verilmiş fövqəladə səlahiyyətlə bağlı idi.
Xudabaxış bəyin böhtanla həbs olunmasına imza atan
kommunistlər ay yarımdan sonra eyni imzanı onun azad
olunması haqqında sənədə atdılıar. Xudabaşıx bəyin
günahsızlığı tam olaraq isbat olundu. Lakin ona şər atan,
onun həbsini istəyənlər və bu barədə müraciətlərə imza
atanların şər və böhtana görə cəzalandırılmaması nə ilə
bağlı idi? Onlar Nərimanova Zəngəzurun ermənilərə ve-
rilməsi guya ki, yerli əhalinin öz tələbi və istəyi ilə oldu
donunu geyindirməkdə lazım olan qüvvələr idilər.
Narazılıq dalğasının artdığını görən mərkəzi hakimiyyət
yeni yaranmış yerli hökumətdə Aslan bəyi qəza hərbi
komissarı vəzifəsinə - Xanlıq qəza komissarı vəzifəsinə təyin
etsələr də Aslan bəy hakimiyyətdən incimiş, küsmüş halda
məzuniyyətə getmişdir. Bu zaman mərkəzdən cürbəcür vəzi-
fəli şəxslər qəzaya gələrək o zamankı qəzanın icrayyə komi-
təsinin yeni təyin olunmuş sədri Hüsü Hacıyevin vasitəsiylə
Aslan bəylə görüşləri olmuş, onu yola gətirməyə çalışmışlar.
Bu barədə Savalan Şirinov sonralar öz xatirələrində deyir-
di ki, mərkəzdən gələn vəzifəli adamları Hüsü Hacıyev qəbul
etdi və onlar təklif etdilər ki, Aslan bəyi bura çağıraq və onu
öz tərəfimizə çəkək. Yeni hökumətin reallığını ona başa salaq
ki, o bizimlə olsa yaxşı olar. Aslan bəyi öz tərəflərinə çəkmək
üçün cürbəcür təkliflər ediblər. Hüsü Hacıyev bildirib ki, biz
Aslan bəyi bura dəvət etməliyik, o bu yerlərin əfsanəvi qəhrə-
manıdır, onun bir barmağının işarəsiylə bizi havaya sovurar-
lar.
Onlar Aslan bəylə görüşmüş onu kommunist partiyası
sıralarına daxil olmağa, Mərkəzi hökumətlə barışmağa və
bunun müqabilində Mərkəzə daha böyük vəzifəyə irəli çəkil-
məsi vəd olunmuşdur. Aslan bəy isə bildirmişdi ki, mən
hərbçiyəm, heç bir partiyanın üzvü olmayacağam, nə qədər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
172
ömrüm varsa onu xalqımın daxili və xarici düşmənlərinə qarşı
mübarizəyə həsr edəcəyəm. Bundan sonra Aslan bəy gələnlərə
etiraz şəklində bir qədər də əsəbi tonda bildirib ki, artıq heç
kəsə inanmım qalmayıb. Mərkəzi Xanlıq olan (Qu-
badlının kəndi) yeni yaradılmış qəza hökuməti az keçmə-
dən yeni bir böyük təhlükə ilə üzləşdi. 1922-ci ili oktyabrın
18-də Bəhlul əfəndi Qoçu Təhməzin başçılıq etdiyi silahlı
dəstəylə qəza mərkəzi olan Xanlığı tutdu. Qəzanın bütün
rəhbərləri qəza mərkəzindən qovuldu.
Bir məsələni də qeyd etmək lazımdır ki, bu hadisəni törə-
dən Bəhlul əfəndi İranda təhsil almışdı, qəzanın da 35
kilometr ərazisi İranla sərhəddə yerləşir. İran tərəfindən də
dəfələrlə təkliflər olmuşdur ki, Zəngəzurun qalan hissəsinin
əhalisi onlarla birləşsin. Bu fikri Azərbaycan Respublikası
Prezident Aparatının Siyasi Sənədlər arxivi fond 1, siyahı 2, iş
105 qrifi ilə qorunub saxlanan arxiv sənədi təsdiq edir. Yoxsa
500-600 silahlı atlı ilə Bəhlul əfəndi Azərbaycana necə
meydan oxuya bilərdi?! Əlbəttə ki, onun arxasında güclü bir
dövlət durmasaydı. Günlər keçdikcə Bəhlul əfəndinin və Qoçu
Təhməzin tərəfdarları artmağa başladı. Qəza hakimiyyəti
tamailə Bəhlul əfəndi və Qoçu Təhməzin hakimiyyəti altına
düşdü. Bu hadisələri öz gözləri ilə görən kənd ağsaqqalı Şəmil
kişinin oğlu İman müəllim şəxsi görüşümüzdə atasının
xatirələrini əsas götürərək bir daha bildirdi ki, deyilənlərə görə
Qəzada
otuz
bir
gün
haki-
miyyət Bəhlul əfəndi ilə Qoçu Təhməzin hakimiyyəti altında
olub.
Vəziyyətin nəzarətdən çıxdığını və getdikcə Bəhlul əfən-
dinin dini çağırışlarına səs verənlərin sayının artması mərkəzi
hakimiyyəti qorxuya salmışdı. Bu hadisə tarixə Xanlıq üsya-
nı adı altında daxil olmuşdur. Həmin tarixi hadisənin işti-
rakçılarından biri olan, hadisələr zamanı qəza mərkəzindən
qovulan rəhbər işçilərin arasında olan Nəzər Heydərov öz
kitabında hadisələri təhrif edərək belə qələmə verir: “Bəhlul
Əfəndi Qoçu Təhməzin rəhbərlik etdiyi hərbi qüvvələrlə qəza
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
173
173
mərkəzi olan Xanlığı tutur. Qəzanın bütün rəhbərləri qəza
mərkəzindən qovulur. Qoçu Təhməz qəza mərkəzini götür-
dükdən sonra bir-neçə silahlı atlı ilə mənim evimi mühasirəyə
almışdı. Qoçu Təhməz ancaq bilmirdi ki, mən qaçıb canımı
qurtarmışam”. Göründüyü kimi, Nəzər Heydərov qaçdığını
etiraf edir, amma həmişə olduğu kimi kimin gəlib bu üsyanı
yatırması barədə, Qoçu Təhməzi kimin öldürdüyü barədə heç
nə yazmır. Bəs əslində hadisələr necə olmuşdu? Bəyalı
Safaoğlu “Azərbaycan Gəncləri” qəzetinin 28 iyun 1990-cı il
tarixli nömrəsində çap olunmuş “Özümlə oynadığım şahmata
güldüm...” adlı məqaləsində Savalan Şirinova istinad edərək
yazır: “Qubadlının milis idarəsinin rəisi vəzifəsindən sonra
onu mərkəzi Xanlıq olmaqla yeni yaradılmış hökümətdə qə-
zanın hərbi komissarı təyin edirlər. Aslan Sultanov məzuniy-
yətdə olarkən qəzanın mərkəzi Xanlıq kəndində üsyan baş
verdi. Yeni hökümət başçıları qəza mərkəzindən qovuldular.
Bu xəbər Aslan bəyə Mac kəndində çatdırıldı. İstirahətdən
yarımçıq qayıdıb zor gücünə üsyanı yatırtdı.” Məqalədə haq-
qında söhbət gedən Xanlıq üsyanına ümumi rəhbərliyi Bəhlul
Əfəndi, hərbi qüvvələrə başçılığı isə Qoçu Təhməz etmişdir.
Həmin bu döyüşdə Aslan bəy Qoçu Təhməzi öldürərək üsyanı
yatırtmış və yerli qəza hakimiyyətini bərpa etmişdir.
Çətin vəziyyətə düşən mərkəz yeni bir hiyləyə əl atır. Mər-
kəzdən Aslan bəyə yeni müraciətlər olmuş, Aslan bəylə danı-
şıqlar başlanmışdır. Mərkəzi hökumət Aslan bəyə üz tutaraq
Azərbaycanın parçalanmasının qarşısının alınmasında kömək
etməyi ondan xahiş etmişdir. Savalan Şirinovun dediyinə görə
mərkəzi hökumət ehtiyat edirdi ki, birdən Aslan bəy də qəza
hakimiyyətini faktiki olaraq əlinə almış Qoçu Təhməzlə
birləşə bilər. O halda qəzada vəziyyət daha da gərginləşər.
Mərkəzdən gələn nümayəndələr o zaman qəza icraiyyə komi-
təsinin sədri vəzifəsini daşıyan Hüsü Hacıyevlə görüşürlər.
Hüsü Hacıyevə yaranmış vəziyyəti müzakirə etmək üçün
Aslan bəyin qəza mərkəzinə çağrılmasını tövsiyə edirlər. Hüsü
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
174
Hacıyev isə mərkəzdən gələn səlahiyyətli adamlara bil-
dirir ki, biz onu bura dəvət etməliyik. Aslan bəy bu diyarın
əfsanəvi qəhrəmanıdır, bir barmağının işarəsiylə bizim külü-
müzü göyə sovurarlar. Aslan bəy dəvəti qəbul edir və qəza
mərkəzində danışıqlar başlayır. Mərkəzdən gələnlər vəd edir-
lər ki, hər şey ədalətlə həll olunacaq və Zəngəzur məsələsinə
də yenidən ədalətlə baxılacaq. Şəxsən Nəriman Nərimanovun
ona müraciət etdiyi bildirilir: “Aslan bəy Azərbaycanın
parçalanmasının qarşısını almaq üçün bütün hərbi gücünüz-
dən və nüfuzunuzdan istifadə etməyinizi sizdən xahiş edi-
rik”.Aslan bəy mərkəzin bu çağırışına müsbət cavab verərək
nəyin bahasına olursa olsun Azərbaycanın parçalanmasının
qarşısını almaq məqsədiylə özünə sadiq bütün hərbi qüvvələri
ayağa qaldırdı və hərbi əməliyyat planını hazırladı. İlk olaraq
Qoçu Təhməzin yanına bir-neçə adam göndərdi və bildirdi ki,
müqavimət göstərmədən ona qəza mərkəzindən çıxıb getmə-
yini məsləhət görür. O Qoçu Təhməzə başa salmağa çalışır ki,
bu gün heç bir ad altında Azərbaycanın parçalanmasına yol
vermək olmaz. Aslan bəy Qoçu Təhməzə vaxtilə səmimi
münasibətdə olduqlarını xatırladaraq əvvəlcədən onun yanına
adamlarını göndərməyə üstünlük vermişdir. Ancaq Qoçu
Təhməz onun təklifi ilə razılaşmamış və cavab olaraq bildir-
mişdir ki, “Aslan bəy mənim də sizə böyük hörmətim var,
ancaq təəsüf ki, bundan sonra yollarımız ayrıldı. Bu yolda ya
sənə verən Allah, ya da mənə...!”
Qoçu Təhməzin bu hərəkəti onun sonrakı faciəsi ilə
nəticələnmişdi. Aslan bəy dərhal hərbi qüvvələri səfərbər
edərək qəza mərkəzi olan Xanlığa hücum edir. Ağır döyüşlər
başlanır. Aslan bəy çox keçmədi ki, ona hücum edərkən uzaq
məsafədən sərrast atəşlə Qoçu Təhməzi alnından vurdu. Qoçu
Təhməz isə can üstə olduğu halda ətrafındakılardan xahiş
etmişdir ki, mənin xahişimi Aslan bəyə çatdırın. Bu xahiş də
ondan ibarət idi ki, Qoçu Təhməz Aslan bəydən xahiş edirdi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
175
175
ki, məni özünüz dəfn edin, gədə-güdə məni atın quyruğuna
bağlayıb sürüyüb beiman etməsin”. Qoçu Təhməz əslində
Aslan bəyin şəxsiyyətinə yaxından bələd olduğu üçün bu
müraciəti ona etmişdi. Qoçu Təhməzin vəsiyyəti Aslan bəyə
çatan kimi dərhal göstəriş veririr ki, onu bütün qayda-qa-
nunlara əməl olunaraq hörmətlə torpağa tapşırsınlar. Baxma-
yaraq ki, Qoçu Təhməz hücum etdiyi zaman ilk güləni Aslan
bəyə özü atıbmış. Ancaq Aslan bəyin fitri hərbi istedadı bu
dəfə də onu xilas etmişdi. Qoçu Təhməz ilk gülləni atsa da
Aslan bəy atın altından fırlanıb çıxaraq Qoçu Təhməzi
alnından vurmuşdu.
Aslan bəyin Qoçu Təhməzi dəfn etdirməyi Zəngəzur
qəzasında əhali arasında birmənalı qarşılanmamışdı. Əslində
onun bu əməli bəyliyin, kişiliyin, mərdliyin fəlsəfəsini açırdı.
Beləliklə, Xanlıq üsyanı da Aslan bəyin hərbi gücü və
taktikası əsasında dəf edilir və qəzada hökumət bərpa olunur.
Bu hərəkatı yatırdığına görə mərkəz tərəfindən Aslan bəy
mükafatlandırılır. Ancaq əfsuslar olsun ki, əlimizdə olan arxiv
sənədləri təsdiq etdiyi kimi, Aslan bəyin əmisi oğlu və qəzada
kommunist rəhbərlərindən biri olan Abbas Sultano-
vun mərkəzə göndərdiyi yazılı məlumatlarda bu üsyanı məhz
Aslan bəyin yatırdığı, üsyanın rəhbəri Qoçu Təhməzin şəx-
sən Aslan bəy tərəfindən öldürüldüyü barədə heç nə yazılmır.
Abbas Sultanov, Nəzər Heydərovun bu hərəkətləri Çingiz
İldırımın xeyir-duası ilə olsa da əslində bu bizim gerçək tari-
ximizə qarşı xəyanət idi. Başqa sözlə desək,
bu növbəti dəfə “şirlərin ovuna çaqqalların sahib çıxması”
demək idi.
Nəzər Heydərov kitabında yazır: “Döyüş zamanı Qoçu
Təhməz bizim tərəfə hücuma keçərkən döyüşçülərimiz
tərəfindən vuruldu və çox keçmədi ki, ağ atın belində həlak
oldu”. İnsan vicdanına nə qədər xəyanət edər, nə qədər yalan
danışar? Belə yerdə deyirlər ki, “Utanmasan oynamağa nə var
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
176
ki?” Göründüyü kimi Aslan bəyin bu xidmətinin də üstündən
xətt çəkərək bunu öz adlarına çıxarırlar. Hansı ki, Nəzər
Heydərov kitabında səhifə 176-da döyüş zamanı qaçıb
gizləndiyini özü də etiraf edir. Bəs nədən Nəzər Heydərov
onun qaçıb gizləndiyi vaxtda kimin gəlib hərəkatı yatırmağını
və Qoçu Təhməzi kimin vurduğunu yazmır? Bu dəstənin fəal
üzvü Savalan Şirinov 1984-cü ildə Qubadlıdakı məktəbin 100
illik yubuleyində iştirak edərkən bu üsyanın Aslan bəyin
yatırdığını, eyni zamanda üsyana rəhbərlik edən Qoçu
Təhməzi şəxsən öldürməsini bütün rayon ictimaiyyəti
qarşısında bəyan etmişdir. Bu barədə lent yazısı da olub və
çox əəsüf ki, hal-hazırda həmin lent yazısının axtarışları bir
nəticə vermir.
Aslan bəyin bu fəaliyyətini–Azərbaycanın parçalanma-
sının qarşısını almasını da yetərli kompariya üzvləri öz
fəaliyyətləri kimi qələmə veriblər. Bu yerdə zamanın süzgə-
cindən keçərək zərb məsələ çevrilmiş bir fikri xatırlamaq
yerinə düşər: “Kimin kim olduğunu yalnız zaman və tarix
təyin edir. Heç bir hakimi-mütləq, heç bir məhkəmə kimin
kim olduğunu təyin edə bilməz. Kimin qəhrəman, kimin xain
olduğunu ancaq və ancaq tarix və zaman müəyyən edir”. Bu
hadisələrə bu günün prizmasından baxdıqda bu sözlərin nə
qədər həqiqət olduğunun şahidi oluruq. Zaman və tarix o
qəhrəmanları ittiham edənlərin bu gün özlərini ittiham edir.
****
Aslan bəyin Zəngəzur mahalı ilə bağlı həyat və fəaliyyəti
dövrü o qədər marqlı və diqqətiçəkəndir ki, həmin hadisələr
haqqında arxiv materialları və faktlarla danışmadıqda hər şey
əfsanəyə oxşayır.
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi Sə-
nədlər Arxivi, fond 1, siyahı 1, saxlama vahidi 108-də diq-
qəti çəkən və 1920-ci ilin yazına aid olan bir arxiv sənədi var.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
177
177
Həmin arxiv sənədinin qısa mətni ilə sizi tanış etməık istə-
yirik: “Qarabağ. Mayın 25 DRO Andronikin əmri ilə (daşnak
generalı Dro) Qarabağdan Zəngəzura hərəkətə keçdi. ”
Məlum məsələ idi ki, o zaman Andronikin birbaşa əmri və
təlimatı olmadan heç bir daşnak generalı müstəqil qərar qəbul
edə bilməzdi. Dronun Qarabağdan Zəngəzura getməyinin də
səbəbi daşnak qüvvələrinin daha da gücləndirmək üçün Zən-
gəzurdakı daşnak hökümətinin başçısı general Nijde ilə
qüvvələri birləşdirmək və birgə fəaliyyət göstərmək idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Dostları ilə paylaş: |