Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə27/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   23   24   25   26   27   28   29   30   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
33



Mövzu 4: Azərbaycan Respublikasında büdcə prosesinin təşkili əsasları. 
Plan 
1. Büdcə prosesinin mahiyyəti və mərhələləri. 
2. Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı. Dövlət büdcəsi vəsaitlərinin 
sərəncamçıları. 
3. Büdcə prosesinin iştirakçıları və onların səlahiyyətləri. Büdcə 
proqnozlaşdırılması. 
4. Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar. 
5. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı sənədlərin hazırlanıb Milli 
Məclisə təqdim edilməsi. 
6. Büdcə layihəsinin hazırlanması və təsdiq edilməsi. 
7. Yerli büdcələrin tərtibi, müzakirəsi və təsdiq edilməsi qaydası. 
Ədəbiyyat 
1. Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə sosial- iqtisadi 
inkişafı.Dövlət proqramı. 
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002. 
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
4. Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov, F.Ə.Qurbanov.Bakı 2003. 
5. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007. 
6. M.M.Sadıqov,S.M.Məmmədov .Maliyyə 2010. 
7. Z.Vəliyev.Büdcə.Bakı 2010. 
KitabYurdu.az 
34



Büdcə prosesləri növbəti il üzrə büdcə layihəsinin hazırlanmasından
başlamış həmin büdcə layihəsinin müzakirəsi, təsdiqi, icrası və icrası ilə bağlı 
hesabatın hazırlanması və dövlət başçısı tərəfindən büdcənin icrası haqqında 
qanunun imzalanmasına qədər olan dövrü əhatə edir. 
Büdcə layihəsinin məsələlərinə daxildir: icmal maliyyə planlaşdırılması, 
büdcə proqnozlaşdırılması, büdcə layihəsinin tərtib edilməsi, müzakirəsi və 
təsdiq edilməsi , büdcə ili ərzində büdcənin icra edilməsi, büdcənin icrası 
haqqında hesabatın tərtib edilməsi və təsdiqi. 
Dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçısı dövlət büdcəsinin xərclərinin
təşkilatlar üzrə təsnifatı əsasında büdcə vəsaitini vəsait alanlar arasında
bölgüsünü həyata keçirmək hüququ olan ilk birbaşa büdcə vəsaiti alan 
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanıdır. 
Büdcə vəsaitlərinin baş sərəncamçısının səlahiyyətləri aşağıdakılardır: 
- dövlət büdcəsinin xərclərini təşkilatlar üzrə təsnifləşdirmək, büdcə vəsaitlərini 
vəsait alanlar arasında bölüşdürmək; 
- qaytarmaq şərtilə verilən büdcə vəsaitlərinin, dövlət və ya bələdiyyə 
zəmanətlərinin, büdcə investisiyalarının verilməsi haqqında müqavilələrdə 
dövləti təmsil etmək; 
- tabeçiliyndə olan büdcə vəsaitlərinin məqsədli istifadəsini təmin etmək, onların 
vaxtında qaytarılması,hesabların vaxtında təqdim edilməsi, dövlət və ya 
bələdiyyə xidmətləri üzrə tapşırıqların yerinə yetirilməsi üzərində nəzarət etmək
- tabeçiliyində olan büdcə idarələrinin gəlirlər və xərclər smetalarını təsdiq 
etmək; 
- büdcənin bölgüsünü tərtib etmək, büdcə öhdəlikləri limitlərini, büdcə 
vəsaitlərini tabeçiliyində olanlar arasında bölüşdürmək; 
- büdcə vəsaitlərinin istifadəsinə nəzarət etmək; 
- büdcənin icrası haqqında icmal hesabatı, gəlir və xərclərin icmal smetasını , 
həmçinin dövlət və ya bələdiyyə xidmətləri üzrə verilən tapşırıqların yerinə 
yetirilməsi haqqında hesabatları hazırlamaq və təqdim etmək. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin